Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

22 May 2020, 15:13 (GMT +4)

Bakı, 22 may, SalamNews. Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

SalamNews-un xəbərinə görə, təbrikdə deyilir:

"Hörmətli həmvətənlər!

Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.

İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin hidayət yolu olaraq bəşəriyyətə göndərildiyi Ramazan ayı insanları saflığa, vəhdətə, şəfqət və mərhəmətə dəvət edir. Bu ayda möminlər Uca Yaradan qarşısında mənəvi borclarını ödəmək fürsəti qazanır, əxlaqi-ruhi kamilliyin nəfs üzərində qələbəsinin sevincini yaşayırlar.

Builki Ramazan ayını dünyanın böyük təhlükə ilə üz-üzə qaldığı mürəkkəb bir şəraitdə başa vururuq. Mövcud vəziyyət əhalimizin sağlamlığı və rifahı üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri edir. Qarşılaşdığımız qlobal bəla ilə mübarizənin uğuru daha çox cəmiyyətin hər bir üzvünün yüksək məsuliyyəti və intizamlı davranışından asılıdır. Müqəddəs kitabımız Quran da daim birlik və bərabərliyə, sosial yardımlaşma və xeyirxahlığa çağırır. Əminəm ki, həmişə belə nəcib keyfiyyətləri ilə seçilən və milli-mənəvi dəyərlərini uca tutan xalqımız öz mütəşəkkilliyi və həmrəyliyi sayəsində bu çətinliyi də geridə qoyacaqdır.

Əziz bacı və qardaşlarım!

Orucluğun sınaqlarından alnıaçıq çıxan inanclı vətəndaşlarımız Ramazan ayını qürur və şükranlıq duyğuları ilə yola salırlar. Bu mübarək bayram günlərində ölkəmizin firavanlığı və əmin-amanlığı naminə etdiyiniz dualara qatılır, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsini bir daha ehtiramla yad edirəm.

Oruc və ibadətlərinizin Allah dərgahında qəbul olunması diləyi ilə hər birinizə möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.

Ramazan bayramınız mübarək olsun!"


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Fransa prezidenti Emanuel Makron Beyruta gedib

Prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlərlə bağlı müşavirə keçirib

Prezident İlham Əliyev livanlı həmkarına başsağlığı verib

Ərdoğan Livan prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev Fəttah Heydərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıb

Prezident İlham Əliyev Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olub

El Pais: Bolton Trampı "mənəviyyatsız" prezident hesab edir

Ağ ev prezident seçkilərinin tarixinə aydınlıq gətirib

İlham Əliyev İran prezidenti ilə telefonla danışıb

Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Birinci vitse-prezident Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün tapşırıq verib

Prezident İlham Əliyev Əmirvan-Vəndam avtomobil yolunun açılışında iştirak edib

Prezident İlham Əliyev Balakən rayonuna səfərə gəlib

Prezident İlham Əliyev İsmayıllı rayonuna səfər edib

Prezident Bakı-Şamaxı-Muğanlı-İsmayıllı–Qəbələ avtomobil yolunun qurulması layihəsi ilə tanış olub

Prezident İlham Əliyevin Qobustan rayonuna səfəri başlayıb

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident: Biz elə etməliyik ki, Azərbaycanda vətəndaşlar işlə təmin edilsinlər

AMEA-nın prezidenti Fransanın ölkəmizdəki səfiri ilə görüşüb

06 Avqust 2020, 17:08 (GMT +4)
DSMF-yə büdcədən ayrılan vəsait 13% azaldılır

06 Avqust 2020, 17:00 (GMT +4)
AzTU-nun rektroru "İDRAK Texnoloji Transfer"in rəhbərliyi ilə görüşüb

06 Avqust 2020, 16:35 (GMT +4)
Daşkəsəndə dəmir filizi yatağı istismara veriləcək

06 Avqust 2020, 16:17 (GMT +4)
Fransa prezidenti Emanuel Makron Beyruta gedib

06 Avqust 2020, 16:03 (GMT +4)
Paytaxtda yeni məktəb binaları inşa olunur

06 Avqust 2020, 15:37 (GMT +4)
Ermənilərin Tovuzu atəşə tutması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün vəsait ayrılıb

06 Avqust 2020, 15:23 (GMT +4)
Dünya miqyasında koronavirusa yoluxanların sayı 19 milyonu ötüb

06 Avqust 2020, 15:20 (GMT +4)
Ruslan Əliyev “Caspian Energy Club” üzvləri ilə görüşüb

06 Avqust 2020, 14:54 (GMT +4)
DİN: "İnstagram"da narkotiki təbliğ edən şəxs həbs olunub

06 Avqust 2020, 14:26 (GMT +4)
Azərbaycan Ordusunda keçirilən andiçmə mərasimində valideynlərin iştirakı qadağan edilib

06 Avqust 2020, 14:23 (GMT +4)
İranda koronavirusa yoluxan 320 min nəfərdən 277 mini sağalıb

06 Avqust 2020, 14:04 (GMT +4)
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərin müxtəlif elementlərini icra ediblər

06 Avqust 2020, 13:39 (GMT +4)
Türkiyə xarici işlər naziri qarşıdurmaların yaşandığı Liviyaya gedib

06 Avqust 2020, 13:25 (GMT +4)
AÇG və Şahdəniz üzrə gəlirlər açıqlanıb

06 Avqust 2020, 13:00 (GMT +4)
Prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlərlə bağlı müşavirə keçirib

06 Avqust 2020, 12:51 (GMT +4)
İcra hakimiyyəti Polad Həşimov küçəsi ilə bağlı məsələyə aydınlıq gətirib

06 Avqust 2020, 12:39 (GMT +4)
2020-ci il dövlət büdcəsinə dəyişiklik II oxunuşda qəbul edilib

06 Avqust 2020, 12:38 (GMT +4)
Ayətullah Sistani müsəlmanları Livana dəstək verməyə çağırıb

06 Avqust 2020, 12:22 (GMT +4)
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub

06 Avqust 2020, 12:15 (GMT +4)
Göyçayda narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb

06 Avqust 2020, 11:50 (GMT +4)
Abşeron rayonunda 23 küçə və yol təmir edilir 

06 Avqust 2020, 11:39 (GMT +4)
Cavad Zərif «Google translate»nin İran-Livan xalqlarının əlaqələrilə bağlı «təxribatı»ndan yazıb (VİDEO)

06 Avqust 2020, 11:35 (GMT +4)
DİM qəbul imtahanının ikinci mərhələsinə hazırlaşanlara müraciət edib

06 Avqust 2020, 11:20 (GMT +4)
Bakıda onlayn yolla narkotik satan şəxs saxlanılıb

06 Avqust 2020, 11:00 (GMT +4)
Azərbaycan və İran nazirləri arasında videokonfrans formatında görüş olub

06 Avqust 2020, 10:57 (GMT +4)
Beyrut partlayışı nəticəsində ölənlərin sayı 135-i keçib

06 Avqust 2020, 10:37 (GMT +4)
AQTA ictimai iaşə müəssisələrinə çağırış edib

06 Avqust 2020, 10:25 (GMT +4)
ABŞ İrana qarşı silah enbarqosunu gələn həftə BMT TŞ-a çıxaracağını bildirib

06 Avqust 2020, 09:56 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəsi 35 dəfə pozub

06 Avqust 2020, 09:46 (GMT +4)
Politoloq: Gec-tez bütün dünya ictimaiyyəti erməniliyin əsl mahiyyəti ilə üzləşəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66