Rusiyada son sutka ərzində 8 894 nəfər koronavirusa yoluxub 22 May 2020, 14:20 (GMT +4) Bakı, 22 may, SalamNews. Rusiyada son sutka ərzində 8894 nəfər koronavirusa (COVID-19) yoluxub.
SalamNews -un Rusiya Federasiyasının əməliyyat qərargahına istinadla verdiyi xəbərə görə, Rusiyada COVID-19 virusuna yoluxanların sayı 325.448-ə çatıb.
Ötən gün ərzində koronavirusdan 150 nəfər ölüb. Koronavirusdan ölənlərin sayı 3249-a çatıb, 99 825 nəfər müalicə edilib.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxanların sayına görə ABŞ-dan sonra dünyada ikinci yerdədir.
|