Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Sahibə Qafarova vətəndaşları koronavirusla bağlı qaydalara riayət etməyə çağırıb

22 May 2020, 11:30 (GMT +4)

Bakı, 22 may, SalamNews.98 saylı Şəmkir şəhər seçki dairəsindən millət vəkili, Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib.

Milli Məclisdən SalamNews-a verilən məlumata görə, videoqəbulda millət vəkili seçicilərin xəstəliyə görə müavinətlərin təyin olunması, Şəmkirdə sosial evlərin tikilməsi, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, yolların asfalt örtüyünün yenilənməsi, "Varlı həyat" kəndinin qazlaşdırılması, Çinarlı qəsəbəsi 1 saylı orta məktəbin binasının əsaslı təmiri və digər məsələlərlə əlaqədar müraciətlərini dinləyib. Videoqəbulda seçicilər tərəfindən qaldırılan bəzi məsələlər yerli xarakterli olduğundan baxılması üçün görüşdə iştirak edən İcra Hakimiyyəti nümayəndələrinə yönləndirilib. Bir sıra digər müraciətlərin araşdırılması üçün aidiyyəti orqanlara sorğular göndərilib.

Görüşdə iştirak edən seçicilər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurlarını qeyd edərək, Şəmkir rayonunda da sosial infrastruktur layihələrinin reallaşdırıldığını diqqətə çatdırıblar. Vurğulanıb ki, dövlətimizin başçısı əhalinin sosial müdafiəsinin gücləndirilməsinə daim diqqət göstərir, bununla bağlı mühüm tədbirlər həyata keçirilir. Həmçinin bildirilib ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların problemlərinə həssaslıqla yanaşan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti vətəndaşlar tərəfindən təqdir olunur, yüksək qiymətləndirilir.

Videoqəbulda millət vəkili S.Qafarovanın seçicilər tərəfindən qaldırılan bəzi məsələlərin həlli ilə beşinci çağırış Milli Məclisin üzvü kimi məşğul olduğu, onun istər Milli Məclisin plenar iclaslarında çıxışları zamanı, istərsə də müvafiq dövlət qurumlarına müraciətlərində seçicilərin qaldırdıqları məsələlərin əks olunduğu vurğulanıb.

S.Qafarova videoqəbulda iştirak edən bütün seçiciləri ölkəmizdə koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyələrinə əməl etməyə, mövcud vəziyyətlə əlaqədar zəruri sosial davranış, şəxsi gigiyena və tibbi – profilaktik qaydalara əməl etməyə, sosial məsafəyə riayət etməyə, zərurət olmadığı halda evdən çıxmamağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa çağırıb.

Millət vəkili qarşıdan gələn Ramazan bayramı və 28 may – Respublika Günü münasibətilə seçiciləri təbrik edib, videokonfrans vasitəsilə görüşlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Sahibə Qafarova türkiyəli həmkarını təbrik edib

Deputat Sahibə Qafarova BMT-nin 59-cu sessiyasında iştirak edəcək

01 İyun 2020, 18:40 (GMT +4)
Azərbaycanda daha 168 nəfər COVİD-19-a yoluxub, 5 nəfər vəfat edib

01 İyun 2020, 18:10 (GMT +4)
Prezident İlham Əliyev İtaliyanın dövlət başçısını təbrik edib

01 İyun 2020, 18:00 (GMT +4)
Nazirlik: Sosial təminat sistemi ilə əhatə olunanların 600 minə qədəri uşaqlardır

01 İyun 2020, 17:45 (GMT +4)
Çin XİN Trampın sanksiya tətbiqi ilə bağlı təhdidlərinə cavab verib

01 İyun 2020, 17:37 (GMT +4)
Gömrük Hospitalında uşaqların müalicəsi uğurla həyata keçirilir

01 İyun 2020, 17:30 (GMT +4)
Rezidenturaya qəbul imtahanının vaxtı açıqlanıb

01 İyun 2020, 17:18 (GMT +4)
ABŞ-da son sutka ərzində 20 mindən çox insan COVID-19-a yoluxub

01 İyun 2020, 17:14 (GMT +4)
Gəncədə mənşəyi məlum olmayan preparatlar aşkarlanıb

01 İyun 2020, 17:05 (GMT +4)
Bərbərxana və gözəllik salonları sahibləri ilə onlayn görüş keçirilib

01 İyun 2020, 16:58 (GMT +4)
İranda son 24 saat ərzində koronavirusa yoluxan 81 nəfər ölüb

01 İyun 2020, 16:56 (GMT +4)
“Azercell” xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək olub

01 İyun 2020, 16:41 (GMT +4)
Bakı Ali Neft Məktəbi onlayn Yay Məktəbi təşkil edəcək

01 İyun 2020, 16:28 (GMT +4)
Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənir

01 İyun 2020, 16:23 (GMT +4)
Moskva Mərkəzi Məscidi bu gün açılacaq

01 İyun 2020, 16:22 (GMT +4)
Təhsil naziri uşaqları təbrik edib

01 İyun 2020, 16:16 (GMT +4)
BDU-da onlayn elmi seminar keçirilib

01 İyun 2020, 16:00 (GMT +4)
Mərkəzi Bank ADIF-ə 480 milyon manat kredit verəcək

01 İyun 2020, 15:41 (GMT +4)
Zaxarova Rusiyanın ABŞ-dakı aksiyalarda rolu olduğuna dair açıqlamarı şərh edib

01 İyun 2020, 15:40 (GMT +4)
AzTU-nun professoru Türkiyə telekanalında erməni yalanlarını ifşa edib (VİDEO)

01 İyun 2020, 15:21 (GMT +4)
Bu gündən subbakalavrların sənəd qəbulu başlanır

01 İyun 2020, 15:12 (GMT +4)
Corc Floydun oğlu etirazçıları zorakılıqdan çəkinməyə çağırıb

01 İyun 2020, 15:10 (GMT +4)
Azərbaycanda iyun ayına olan hava proqnozu açıqlanıb

01 İyun 2020, 14:46 (GMT +4)
Koronavirusla bağlı yeni sistem istifadəyə verilib

01 İyun 2020, 14:43 (GMT +4)
İran XİN ABŞ rəhbərliyini insanalara qarşı zorakılığı dayandırmağa çağırıb

01 İyun 2020, 14:27 (GMT +4)
Co Bayden Delaver ştatında aksiyaların keçirildiyi ərazini ziyarət edib

01 İyun 2020, 14:26 (GMT +4)
Maskadan istifadə etməyən sərnişinlərin avtobuslarda hərəkəti qadağan ediləcək

01 İyun 2020, 14:08 (GMT +4)
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilib

01 İyun 2020, 13:58 (GMT +4)
Millət vəkili Könül Nurullayeva qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərib

01 İyun 2020, 13:50 (GMT +4)
AP: ABŞ-da aksiyalar zamanı 4100 nəfər saxlanılıb

01 İyun 2020, 13:44 (GMT +4)
DİN: İş yerində narkotik becərən şəxs saxlanılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66