Mobil versiya RU AZ
_




DÜNYA » SİYASƏT

«İşğalçılıq strategiyasının iflasa uğramasında Qüds gününün rolu» adlı məqalə dərc edilib

21 May 2020, 16:33 (GMT +4)

Bakı, 21 may, SalamNews. Beynəlxalq Qüds günü ilə bağlı «İşğalçılıq strategiyasının iflasa uğramasında Qüds gününün rolu» adlı məqalə dərc edilib.

SalamNews xəbər verir ki, İranın Azərbaycandakı səfirliyinin rəsmi saytında “İşğalçılıq strategiyasının iflasa uğramasında dünya Qüds gününün rolu” adlı məqalə dərc edilib.

Məqalədə Qüds günün əhəmiyyəti, müsəlman dünyasının birləşməsi və oyanışı üçün bir sıra qeydlər yer alıb.

Məqalədə deyilir:

“Beytül-müqəddəs şəhəri Məscid-ül-Əqsa-nın bu şəhərdə yerləşməsi səbəbindən ilahi vəhy baxımından və müsəlmanların nəzərində çox böyük dəyərə malikdir. Bu şəhər çox bərəkətli bir yer olub, böyük ilahi peyğəmbərlərin yaşadığı və peyğəmbərlik məqamına çatdığı məkan, müsəlmanların ilk qibləgahı və xüsusilə də Məhəmməd Rəsululahın (s.ə) göylərə merac etdiyi yerdir. Beytül-müqəddəs müsəlmanlarla yanaşı yəhudilər və xristianlar üçün də dini baxımdan çox böyük əhəmiyyətə malikdir. Lakin bu şəhərin bu qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, müsəlmanların ilk qibləgahı olan Qüdsi-Şərif bu gün sionistlərin əlindən qan ağlayır. Hamıya məlumdur ki, Fələstin xalqı uzun illərdir  torpaqlarının işğalından irəli gələn saysız-hesabsız çətinliklərlə üz-üzədirlər və bunun nə demək olduğunu qaçqınlıq həyatının acısını dadmış insanlar daha yaxşı başa düşürlər. Məzlum və səbrli Fələstin xalqı illərdir ki, müsəlmanların Beytül-müqəddəsin sionistlərin işğalından azad olunması üzrə qəti addımını səbrsizliklə gözləyir. Xoşbəxtlikdən İmam Xomeyni (r.ə) tərəfindən müdriklik və uzaqgörənliklə  dünya Qüds günü elan olunması və İİR-in Ali Rəhbəri tərəfindən müqavimət cəbhəsinə verilən hərtərəfli dəstək nəticəsində, Qüdsün azad olunması idealı bu gün həmişəkindən daha çox gerçəkləşməyə yaxındır.

Sionist xristianlar iddia edirlər ki, İsa peyğəmbər (s.ə), müqəddəs kitaba etiqadı olanların şəhəri olan Yerusəlimə (Qüdsə) qayıdaraq və Yerusəlimdə Davud taxtına əyləşərək dünyada sülh və ədalətlə hökmranlıq eləməyi əhd eləmişdir. Onlar İsa peyğəmbərin (s.ə) qayıdaraq gələcək dünyanı idarə edəcəyi barədəki etiqadlarını həyata keçirmək məqsədilə bu əqidədədirlər ki, müsəlmanların, Beytül-müqəddəsdəki iki məscidi yəni “Əqsa” və “Səxra” məscidləri müqəddəs kitab əhli olan insanlar tərəfindən dağıdılmalı və onun yerində Süleymanın məbədi və ya heykəli qoyulmalıdır.

Sionistlər, bu batil inanca əsaslanaraq və ABŞ-ın və bəzi digər dövlətlərin dəstəyi sayəsində 70 ilə yaxındır ki, Fələstində müsəlmanlara qarşı ən rəzil cinayətlərə əl atırlar, elə dəhşətli cinayətlərə ki, tarix boyu yaşamış ən qəddar cinayətkarları belə kölgədə qoymuşdur.

Sionistlərin zülmünə qarşı mübarizə və məzlum Fələstin xalqına dəstək verilməsi hətta İslam inqilabından əvvəl də islam dünyasının ən böyük alimlərindən olan İmam Xomeyninin (r.ə) düşüncələrinin əsas sütunlarından birini təşkil edirdi. İran İslam inqilabının qələbəsindən sonra isə İmam Xomeyni (r.ə) Qüdsün və Fələstinin  azad olunması məqsədilə mübarək Ramazan ayının hər son cümə gününü Qüds günü adlandırdı. İmam bu günü İslam günü, Allahın Rəsulunun günü,  İslamın və İslam qanunlarının bərpası günü kimi, islam səfərbərliyi günü və məzlumların zalımlara qarşı mübarizəsi günü kimi elan etmişdir. Elə bu tərif əsasında da Qüds gününü eyni zamanda Qarabağ günü də adlandırmaq olar, çünki Qüds günü əslində içşğalçılıq əyehhinə elan olunmuş bir gündür. 

Qüds gününün elan olunması və bundan irəli gəlmiş islam oyanışı sayəsində bu gün sionist rejim böyük bir daxili böhranla üz-üzə qalmış və dünya xalqları arasında şəxsiyyət və etibarını əldən vermişdir. Qəsbkar İsrailin məğlubiyyəti və onun zəifləyərək yoxa çıxması aşkar bir prosesə çevrilmişdir.

İmam Xomeyninin (r.ə) dünya Qüds günü elan olunması təşəbbüsü dörd onillikdən sonra öz səmərəsini verməyə başlamışdır. Buna misal olaraq Sionist rejimin özünün son müharibələrində, özü də islam ölkələri ilə yox, “Həmas”, Livandakı “Hizbullah” və s. kimi təşkilatlarla qarşıdurmada uğradığı məğlubiyyətləri göstərmək olar. Bu siyasi təşəbbüsün ən mühüm nəticələrindən biri də budur ki, sionist rejim özünün mövcudluğundan 70 il sonra belə dünyanın böyük dövlətlərinin, o cümlədən ABŞ-ın və müxtəlif ölkələrdəki güclü yəhudi lobbisinin hərtərəfli dəstəyinə baxmayaraq, özünü normal və hörmətə layiq bir ölkə kimi qəbul etdirə bilməmişdir  və əslində bu rejim dünya ictimai rəyində və xüsusən də islam ölkələrinin ictimai fikrində qanunilik baxımından çətin vəziyyətlə üz-üzədir və bu rejimin müxtəlif  ölkələrdəki səfirlikləri yalnız gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində öz fəaliyyətlərini həyata keçirə bilirlər. Hətta ABŞ-ın özünün bu rejimdəki  səfirliyini Təl-Əvivdən Beytül-müqəddəsə köçürməsi kimi bəzi passiv və qanunsuz hərəkətləri də nəinki İsrailə heç bir kömək etməmişdir, hətta müsəlmanların bu rejimdən narazılıq və qəzəbini daha da artırmışdır.

Dünyanın azadlıqsevər insanları mübarək Ramazan ayının hər son cümə gününün gəlişi ilə kütləvi şəkildə İsrail əleyhinə nümayişlərdə iştirak etməklə və Qüds gününü qeyd etməklə özlərinin sionistlərə qarşı qəzəb və nifrətini nümayış etdirirlər. Dünyanın “COVİD-19”  adlı yeni bir bəla ilə üz-üzə qaldığı bu günkü günlərdə islam ölkələrinin və hətta qeyri-islam ölkələrinin də xalqları virtual məkanda və müxtəlif KİV-lərdə sionistlərin işğalçılığına və zülmünə öz etirazlarını ifadə etməklə, bildirirlər ki, sionist virusu korona vurisindan dəfələrlə daha təhlükəlidir.

Sonda bunu qeyd etmək istərdik ki, İmam Xomeyninin (r.ə) dünya Qüds günü elan olunması barədəki strateji qərarının dərinliyi həqiqətdə işğalçılığın strateji məğlubiyyətinin labüd olduğunu sübuta yetirmişdir. Bu üzdən də islam dünyasının ictimai fikri və islam ölkələrinin xalqları özlərinin hətta bir qarış olsa belə torpağının işğala məruz qalması ilə barışa bilmirlər ki, bu, islam dünyası torpaqlarının, o cümlədən  Qüds-i Şərifin və məzlum Qarabağın azad olunacağı günün yaxında olduğundan xəbər verir.”


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Koronavirus Azərbaycanda: Daha 338 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

DİN: Evlərdən silah-sursat aşkarlanaraq götürülüb

“Nar” sərt karantin rejimində abunəçilərinə xidmət göstərəcək

AZAL: Daha 144 Azərbaycan vətəndaşı ölkəyə gətirilib

Energetika naziri “OPEC+” nazirlərinin iclasında iştirak edəcək

Yaponiyada isti havalar ilə əlaqədar küçədə maskaların çıxarılması tövsiyə olunur

Səudiyyə koronavirusa görə komendant saatını yenidən tətbiq etməyə başlayıb

Bill Geyts insanlara çiplərin implantasiya edilməsi iddialarına cavab verib

Balakəndə 2 tondan artıq çətənə kolu məhv edilib

Cavad Zərif Trampın danışıqlar aparmaqla bağlı təklifinə cavab verib

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılıb

AB-də xarici sərhədləri iyunun sonuna qədər açmamaq təklif edilib

Azərbaycan Prezidenti İsveç Kralına məktub göndərib

Ərdoğan həftə sonu Türkiyədə komendant saatını ləğv edib

Braziliyada sutka ərzində 30 mindən çox insan COVID-19-a yoluxub

Azərbaycan çempionatının oyunlarında salamlaşma ləğv olunub

ADY ətraf mühitin qorunması istiqamətində fəaliyyətini genişləndirir

Gürcüstanda koronavirusa yoluxanların sayı 805-ə çatıb

Suriya ilə Ermənistan arasında uçuşlar 8 ildən sonra yenidən bərpa edilib

Meliorasiya və Su Təsərrüfatı ASC-də videokonfrans keçirilib

05 İyun 2020, 18:21 (GMT +4)
Koronavirus Azərbaycanda: Daha 338 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

05 İyun 2020, 18:01 (GMT +4)
DİN: Evlərdən silah-sursat aşkarlanaraq götürülüb

05 İyun 2020, 17:57 (GMT +4)
“Nar” sərt karantin rejimində abunəçilərinə xidmət göstərəcək

05 İyun 2020, 17:56 (GMT +4)
AZAL: Daha 144 Azərbaycan vətəndaşı ölkəyə gətirilib

05 İyun 2020, 17:51 (GMT +4)
Energetika naziri “OPEC+” nazirlərinin iclasında iştirak edəcək

05 İyun 2020, 17:49 (GMT +4)
Yaponiyada isti havalar ilə əlaqədar küçədə maskaların çıxarılması tövsiyə olunur

05 İyun 2020, 17:40 (GMT +4)
Səudiyyə koronavirusa görə komendant saatını yenidən tətbiq etməyə başlayıb

05 İyun 2020, 17:22 (GMT +4)
Bill Geyts insanlara çiplərin implantasiya edilməsi iddialarına cavab verib

05 İyun 2020, 17:22 (GMT +4)
Balakəndə 2 tondan artıq çətənə kolu məhv edilib

05 İyun 2020, 17:03 (GMT +4)
Cavad Zərif Trampın danışıqlar aparmaqla bağlı təklifinə cavab verib

05 İyun 2020, 17:00 (GMT +4)
Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılıb

05 İyun 2020, 16:59 (GMT +4)
AB-də xarici sərhədləri iyunun sonuna qədər açmamaq təklif edilib

05 İyun 2020, 16:31 (GMT +4)
Azərbaycan Prezidenti İsveç Kralına məktub göndərib

05 İyun 2020, 16:28 (GMT +4)
Ərdoğan həftə sonu Türkiyədə komendant saatını ləğv edib

05 İyun 2020, 16:13 (GMT +4)
Braziliyada sutka ərzində 30 mindən çox insan COVID-19-a yoluxub

05 İyun 2020, 16:10 (GMT +4)
Azərbaycan çempionatının oyunlarında salamlaşma ləğv olunub

05 İyun 2020, 16:01 (GMT +4)
ADY ətraf mühitin qorunması istiqamətində fəaliyyətini genişləndirir

05 İyun 2020, 15:48 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxanların sayı 805-ə çatıb

05 İyun 2020, 15:40 (GMT +4)
Suriya ilə Ermənistan arasında uçuşlar 8 ildən sonra yenidən bərpa edilib

05 İyun 2020, 15:32 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-də videokonfrans keçirilib

05 İyun 2020, 15:23 (GMT +4)
Bayden: Amerikalıların 10-15 faizi çox yaxşı insanlar deyil

05 İyun 2020, 15:06 (GMT +4)
Əfqanıstanın cənubunda Talibanın hücumu nəticəsində ordu 10 əsgərini itirib

05 İyun 2020, 15:04 (GMT +4)
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

05 İyun 2020, 14:50 (GMT +4)
Təhsil Nazirliyi yay imtahan sessiyasının ləğvi ilə bağlı rəsmi açıqlama yayıb

05 İyun 2020, 14:39 (GMT +4)
Uxan xəstəxanalarında koronavirus xəstələri qalmayıb

05 İyun 2020, 14:22 (GMT +4)
Dövlət Sərhəd Xidməti Ermənistan Müdafiə Nazirliyinə cavab verib

05 İyun 2020, 14:20 (GMT +4)
Merkel beşinci müddətə namizədliyini irəli sürməyəcəyini açıqlayıb

05 İyun 2020, 14:15 (GMT +4)
İranda son gündə koronavirusa 2,886 nəfər yoluxub, 63 nəfər ölüb

05 İyun 2020, 14:14 (GMT +4)
Azərbaycanda Cənubi Qafqazda ilk biosfer rezervat yaradılır

05 İyun 2020, 13:56 (GMT +4)
İradə İbrahimova: Cəmiyyətimizdə ətraf mühitə dəyişən münasibət bizə ruh verir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66