Rusiyada daha 8849 nəfər koronavirusa yoluxub21 May 2020, 13:57 (GMT +4) Bakı, 21 may, SalamNews. Son gün ərzində Rusiyada daha 8849 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
SalamNews-un Rusiya Federasiyasının Operativ qərargahına istinadən verdiyi xəbərə görə, bu ölkədə COVID-19 xəstəliyinə yoluxanların ümumi sayı artıq 317 554 nəfərdir. Ötən gün koronavirus səbəbilə 127 xəstə dünyasını dəyişib, ölənlərin ümumi sayı isə 92 681 nəfərə çatıb.
Hazırda Rusiya ABŞ-dan sonra koronavirusa yoluxanların sayına görə dünyada ikinci pillədədir.
|