ETSN-ə daxil olan şikayət araşdırılıb21 May 2020, 15:25 (GMT +4) Bakı, 21 may, SalamNews.Ekologiya və Təbii Sərvətlər Nazirliyinə paytaxtın Xətai rayonunun Zığ şosesi 1B ünvanında ağacın kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən SalamNews-a bildiriblər ki, araşdırma zamanı həmin ünvanda güclü külək nəticəsində qovaq ağacının aşdığı müəyyən edilib. Aşan qovaq ağacı Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən doğranaraq ərazidən yığışdırılıb.
Xatırladaq ki, Milli Hidrometeorologiya Xidməti mayın 17-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi barədə əvvəlcədən məlumat vermişdi.
|