Mobil versiya RU AZ
_




DÜNYA » SİYASƏT

Fələstin ətrafında yeni müharibənin baş verməsi təhlükəsi var – Şərqşünas

20 May 2020, 10:31 (GMT +4)

Bakı, 20 may, SalamNews, B.Samid. “Fələstin münaqişəsi ətrafındakı vəziyyət həqiqətən çox mürəkkəbdir və bir mənada dönüm nöqtəsinə gəlib çatıb. Ya fələstinlilər və ümumilikdə ərəb dünyası bu münaqişədən geri çəkilib ABŞ planı ilə barışmalı olacaq, ya da regionda yeni müharibə olacaq.”

SalamNews xəbər verir ki, bu fikirləri şərqşünas Kənan Rövşənoğlu Beynəlxalq Qüds günü ilə bağlı verdiyi müsahibəsində deyib.

İsraildə yeni koalisiya hökumətinin formalaşması və bu hökumətin Fələstinlə bağlı yeni addımlarını şərh edən şərqşünas, ərəb və müsəlman dövlətlərinin möhtəməl reaksiyasını belə açıqlayıb:

“İsraildə yeni hökumət ortaqları – Benyamin Netanyahu və Beni Qantz hər ikisi hələ seçkilər zamanı elan etmişdilər ki, iqtidar olarlarsa, Urdun vadisini ilhaq edəcəklər. Yəni İordan çayının qərb sahili ərazilərinin bir qismini – hansı ki, İsrailin işğalı altındadır – İsrailə birləşdirəcəklər. Bilindiyi kimi indi seçkilərin nəticələrinə əsasən Netanyahu və Qantz koalisiya hökuməti qurmalı oldular. Yəni artıq yeni İsrail hakimiyyəti Urdun səhrasını birləşdirəcək. Bu qərara hazırkı Vaşinqton administrasiyası da dəstək verib. Ehtimal ki, ilhaq planı layihə olaraq iyulda Knessetə təqdim olunacaq.

Lakin bu plan hər zaman olduğu kimi ərəb ölkələrində narazılıqla qarşılanıb. Ancaq faktiki olaraq ciddi və tutarlı etiraz və müqavimət yoxdur. Yalnız İordaniya Kralı İkinci Abdullah xəbərdarlıq edib ki, əgər İsrail İordan çayının qərb sahillərindəki torpaqları ilhaq edərsə bu, ağır nəticələr doğura bilər. O, bir çox siyasətçinin bir dövlətli həll yolunun hansı nəticələr doğuracağını anlamadığını deyib və əlavə edib ki, əgər İsrail bu əraziləri ilhaq edərsə bu, İordaniya ilə ciddi ixtilafa səbəb ola bilər.

Məsələ ondadır ki, İordaniya ilk dövrdən Fələstin münaqişəsinin içərisində olub və İsraillə bir neçə müharibədə iştirak edib. Eyni zamanda hazırda İordaniyada böyük sayda fələstinli qaçqın var. 1967-ci ilə qədər Şərqi Qüds İordaniyanın nəzarətində olub. Lakin eyni zamanda bu günə qədər İordaniya İsraillə münasibətləri normallaşdırma tərəfdarı olub.

İsrail rəhbərliyinin İordan vadisini ilhaq qərarı Fələstin dövlətinin yaradılması planını tamamilə poza biləcəyi üçün İordaniya hakimiyyəti narahatdır. Müşahidəçilər isə bu qərarın müharibəyə səbəb olacağını ehtimal edir.

Lakin digər dövlətlərin o cümlədən Misirin hələlik ciddi bir etirazı və ya müqavimət göstərməsi ilə bağlı hərəkət yoxdur. Bundan əvvəl ABŞ prezidentinin Qüdsün İsrailin paytaxtı kimi tanıyan qərarı, həmçinin Colan Yüksəkliklərini İsrail ərazisi kimi tanıması onu göstərir ki, ABŞ prezidentini qərarından döndərmək çətin olacaq.”

Şərqşünas K. Rövşənoğlu ABŞ-ın yaşıl işığı və dəstəyilə baş tutan İsrail addımlarının müharibə ilə nəticələnə biləcəyini belə şərh edib:

“İndi Trampın Fələstin münaqişəsini həll planı da ortadadır və güman ki, region ərəb ölkələri buna qarşı ciddi müqavimət göstərə bilmyəcək.

Bu mənada indi Fələstin münaqişəsi ətrafındakı vəziyyət həqiqətən çox mürəkkəbdir və bir mənada dönüm nöqtəsinə gəlib çatıb. Ya fələstinlilər və ümumilikdə ərəb dünyası bu münaqişədən geri çəkilib ABŞ planı ilə barışmalı olacaq, ya da regionda yeni müharibə olacaq.”


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Fələstində parlament və prezident seçkilərinin vaxtı açıqlanıb

Fələstinlilər “Şəhid günü”nü qeyd edirlər

İlk dəfə olaraq Fələstinli hərəkatlar birgə hərbi təlim keçiriblər (VİDEO)

İsraillə əlaqələrə başlayan Mərakeş Fələstinlə bağlı konfrans təşkil edir

Fələstin məsələsi həll edilməyincə Pakistan İsraili tanımayacaq – Rəsmi İslamabad

Kanada fələstinlilərə yardım üçün 90 milyon dollar ayıracaq

Fələstinlilər İsrailin PUA-sını vuraraq yerə salıblar (VİDEO)

Fələstinli hərəkatlar Mərakeş-İsrail əlaqələrinin rəsmiləşməsini tənqid ediblər

İsrail Qüdsün şimalında həbslər həyata keçirib, dörd fələstinli güllə yarası alıb

BMT Fələstinlilərin və Suriyanın lehinə 5 qərar qəbul edib, İsrail etirazını bildirib

Türkiyədə Fələstinin müdafiəsilə bağlı böyük konfrans keçirilib

Fələstinin Fəth hərəkatı Co Baydenin komandasının gəlişini gözlədiyini bildirib

Fələstini beynəlxalq danışaqlarda təmsil edən tanınmış siyasətçi koronavirusdan vəfat edib

İsrail işğalda olan ərazilərdə fələstinlilərin yaşadığı bir kvartalı söküb

İsrail cari ildə Qüdsün Şərqində fələstinlilərin 129 evini söküb

Fələstinlilər Makronun təxribatlarına cavab olaraq Türkiyə bayrağını dalğalandırıb

İsrail həbsxanalarında 60 fələstinli məhbus aclıq aksiyasına başlayıb

Fələstinin maraqlarını qorumaq bütün İslam dünyasının problemidir- Çavuşoğlu

İsrail son gündə İordan çayının qərbində 22 fələstinlini həbs edib

Fələstinli hərəkatların növbəti taleyüklü görüşü Qətərdə keçiriləcək

25 Yanvar 2021, 22:18 (GMT +4)
FHN: Dağıntılar altından xilas edilənlərin sayı 6-ya çatıb 

25 Yanvar 2021, 19:19 (GMT +4)
Xırdalanda partlayış olub, dağıntılar altından 2 nəfər çıxarılıb

25 Yanvar 2021, 18:00 (GMT +4)
Bakıda evlərdən oğurluq edən şəxslər tutulub

25 Yanvar 2021, 17:50 (GMT +4)
Ötən il İraq həbsxanalarından və uşaq evlərindən qayıtmış 194 uşaq-dan 83-ü dövlət qeydiyyatına alınıb

25 Yanvar 2021, 17:47 (GMT +4)
Putin yetkinlik yaşına çatmayanların icazəsiz aksiyalara cəlb edilməsinə münasibət bildirib

25 Yanvar 2021, 17:45 (GMT +4)
Şəhid ailəsi üzvlərinin bir hissəsi azadlığa buraxılıb

25 Yanvar 2021, 17:39 (GMT +4)
"Azercell"in LTE şəbəkəsinin əhatə dairəsi 85%-i ötüb

25 Yanvar 2021, 17:32 (GMT +4)
Baş Prokurorluqda başlanmış 62 cinayət işi üzrə 21 şəxs barəsində axtarış elan edilib

25 Yanvar 2021, 17:23 (GMT +4)
XİN Ceyhun Bayramov və Cavad Zərifin görüşünə dair məlumat yayıb

25 Yanvar 2021, 17:17 (GMT +4)
Əfqanıstanda İtaliya səfirliyinin avtomobili partladılıb, yaralananlar var

25 Yanvar 2021, 17:17 (GMT +4)
MN Füzuli rayonunun Kürdlər kəndindən videogörüntülər hazırlayıb

25 Yanvar 2021, 17:11 (GMT +4)
Putin Gəlincikdəki "saray" ilə bağlı aparılan araşdırmanı şərh edib

25 Yanvar 2021, 17:06 (GMT +4)
Ağstafa sakinindən narkotik vasitə götürülüb

25 Yanvar 2021, 17:00 (GMT +4)
Bakıda avtomobil piyadanı vuraraq öldürüb

25 Yanvar 2021, 16:53 (GMT +4)
NRYTN-in Apellyasiya Şurasının növbəti iclası keçirilib

25 Yanvar 2021, 16:42 (GMT +4)
Putin Rusiyada epidemioloji vəziyyətin sabitləşdiyini açıqlayıb

25 Yanvar 2021, 16:42 (GMT +4)
Şəmkir sakinlərindən silah aşkarlanıb

25 Yanvar 2021, 16:31 (GMT +4)
Ötən il 2 072 məhkum cəzadan şərti azad edilib

25 Yanvar 2021, 16:21 (GMT +4)
Azərbaycan XİN rusiyalı deputatın adını «qara siyahı»ya salıb

25 Yanvar 2021, 16:15 (GMT +4)
Bağdad partlayışından sonra onlarla İŞİD üzvü barədə edam hökmü çıxarılıb

25 Yanvar 2021, 16:14 (GMT +4)
Çavuşoğlu: Dəniz quldurları tərəfindən öldürülən azərbaycanlının nəşi Qabona gətirilib

25 Yanvar 2021, 16:05 (GMT +4)
Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

25 Yanvar 2021, 15:58 (GMT +4)
İngiltərə ölkəyə gələnlər üçün karantini sərtləşdirməyi planlaşdırır

25 Yanvar 2021, 15:53 (GMT +4)
Azərbaycan Qarabağda vuruşan 17 muzdlu döyüşçü barəsində axtarış elan edib

25 Yanvar 2021, 15:40 (GMT +4)
Qəbələdə evi tərk edən koronavirus xəstəsi saxlanılıb

25 Yanvar 2021, 15:30 (GMT +4)
Ötən il ali dövlət mükafatları ilə təltif edilən prokurorluq işçilərinin sayı açıqlanıb

25 Yanvar 2021, 15:20 (GMT +4)
Avstriya sakinləri maska yerinə respirator taxmağa məcbur edilir

25 Yanvar 2021, 15:20 (GMT +4)
Milli Depozit Mərkəzi yeni strateji planını açıqlayıb

25 Yanvar 2021, 15:10 (GMT +4)
Astarada narkotik alverçisi tutulub 

25 Yanvar 2021, 15:00 (GMT +4)
Bağdadda 32 nəfərin ölümünə səbəb olan kamikadzelərin kimliyi müəyyənləşib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66