Fələstin Azadlıq Təşkilatı ABŞ və İsraillə imzalanmış sazişlərin ləğvi barədə xəbərdarlıq edib20 May 2020, 09:50 (GMT +4) Bakı, 20 may, SalamNews, B.Samid. “Fələstin Azadlıq Təşkilatı ABŞ və İsraillə imzalanmış bütün saziş və razılaşmaları o cümlədən təhlükəsizlik məsələlərilə bağlı anlaşmanı ləğv etmək əzmindədir.”
SalamNews Əlcəzirəyə istinadla xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatı ötən günkü toplantısının ardından bəyanat verib.
Bu bəyanatda İsrailin işğal edilən ərazilərdə suverenliyini elan etməsi haqda xəbərdarlıq edilib və Fələstin Azadlıq Təşkilatının da buna qarşılıq verəcəyi bildirilib.
Təşkilat bundan sonra olanlarla bağlı İsrailin məsuliyyət daşıyacağını bəyan edib.
Eləcə də bu bəyanatda ABŞ-ın bütün sferalarda İsrailin işğalçı siyasətinə dəstək verməsi kəskin pislənilib.
Bəyanatda vurğulanıb ki, ABŞ artıq məsələ ilə bağlı vasitəçi rolunu tam itirib və bundan sonra da münaqişənin həlli mümkün olarsa yeganə vasitəçi və təşəbbüskar ola bilməyəcək.
Fələstin Muxtariyyətinin lideri Mahmud Abbas bu toplantıda çıxışı zamanı bildirib ki, Fələstin beynəlxalq təşkilatlara üzv olmağı, müxtəlif istansiyalarda işğala qarşı iş qaldırmağı davam etdirəcək.
Qeyd edək ki, cari ramazan ayının son cümə günü də Fələstin torpaqları və bir sıra müsəlman və dünya ölkələrində Beynəlxalq Qüds günü tədbirləri keçiriləcək.
|