Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Baş Prokurorluq terrorçuluğu maliyyələşdirən şəxsi həbs edib

19 May 2020, 16:36 (GMT +4)

Bakı, 19 may, SalamNews. Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ölkənin ictimai təhlükəsizliyinə qarşı yönələn təhdid və pozuculuq hərəkətlərinin qarşısının alınması və təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri tədbirlər davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən SalamNews-a verilən məlumatda bildirilir ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Məmmədov Qabil Əmrah oğlunun Azərbaycan Respublikası ərazisində 2015-2017-ci illərdə törətdiyi aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirmə cinayət əməllərinə görə məsuliyyətdən yayınmaq məqsədi ilə Almaniya ərazisində sığınacaq alaraq Azərbaycan Respublikası ərazisində terrorçuluğa hazırlıq və terrorçuluğa açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlanmış cinayət işinin istintaqı zamanı Q.Məmmədovun əvvəllər konkret cinayət əməllərinə görə məhkum olunmuş həmfikirləri və havadarları ilə qabaqcadan əlbir olduğu qrupda gizli təşkilatlanıb Azərbaycan Respublikasında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə terror aktları törətmək üçün 2019-cu ildə sosial şəbəkələr vasitəsi ilə yayımladığı çoxsaylı videoçıxışlarında özünə tərəfdar bildiyi və dəstək verəcəklərini güman etdiyi həmfikirlərinə müraciət edərək silahlanıb mümkün kütləvi aksiyaların gedişində Azərbaycan Respublikasının hakimiyyət orqanlarının yüksək vəzifəli şəxslərini, o cümlədən ictimai asayişi qoruyan polis əməkdaşlarını qətlə yetirmək, onların evlərini yandırmaqla terrorçuluğun törədilməsinə yönələn açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla həmin materialları internet resurslarında yaymaqla nəzərdə tutulmuş cinayətlərin hazırlanması və törədilməsində istifadə edilməsi məqsədi ilə dövlətə və hakimiyyətə qarşı cinayət əməllərində dəstəklənməsinə etibar etdiyi şəxslərə, o cümlədən yaxından tanıdığı həmyerlisi Əhmədov Niyaməddin Arif oğluna müxtəlif üsullarla göndərdiyi pul vəsaitlərini verməsinə, sonuncunun isə öz növbəsində terrorçuluğun maliyyələşdirilməsində istifadə olunacağını bilib həmin pul vəsaitlərini qəbul edərək uydurma ünvanlar adı altında qəsdən toplamaqla terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Lakin Qabil Məmmədovun çıxışlarında bəyan etdiyi terrorçuluğun törədilməsinə yönələn cinayət əməlləri iradəsindən asılı olmayan səbəblərdən başa çatdırılmayıb.

Göstərilənlərlə əlaqədar hazırda barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilməklə axtarışda olan Qabil Məmmədova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunmaqla onun Azərbaycan Respublikasına ekstradisiyası üzrə müvafiq hüquqi prosedurlar həyata keçirilir. Niyaməddin Əhmədov isə Cinayət Məcəlləsinin 214-1-ci (Terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın pozulmasına yönələn bütün hüquqazidd əməllərin və onları törətmiş şəxslərin vaxtında aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Baş Prokurorluq "Masazır" gölünün çirklənməsi məsələsini nəzarətə götürüb

Baş Prokurorluq növbəti maarifləndirici videoçarx hazırlayıb

Baş Prokurorluq: KİVDF ilə bağlı istintaq tədbirləri davam etdirilir

Baş Prokurorluq: Suallar videoçarxlar vasitəsilə cavablandırılacaq

Baş Prokurorluq Kürdəmirin icra başçısı və vəzifəli şəxslərin tutulması haqqında məlumat yayıb

Baş prokurorluq əhaliyə müraciət edib (FOTO)

Baş Prokurorluq: Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib

Baş Prokurorluq mətbuat işçilərini təbrik edib (VİDEO)

Baş Prokurorluq Sumqayıtdakı qətllə bağlı məlumat yayıb

Baş Prokurorluq əsgər ölümü ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

Baş Prokurorluq: Orkestrin bədii rəhbəri rüşvətə görə həbs edilib

Baş Prokurorluq sosial şəbəkələrdə yeni hesablar yaradıb

Baş Prokurorluq: İtkin düşmüş şəxsin meyiti fermanın həyətində tapılıb

Baş Prokurorluq dövlət qulluqçularının peşə bayramını təbrik edib

Baş Prokurorluqda yeni kadr təyinatları olub

Baş Prokurorluqda yeni idarələr yaradılıb

Baş Prokurorluq: Daha bir tikinti şirkətinin təsisçiləri barədə cinayət işi başlanıb

Baş Prokurorluq 35 yaşlı kişinin intihara cəhd etməsi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Ombudsmanın müraciəti əsasında Baş Prokurorluqda cinayət işi başlanıb

Baş Prokurorluq 6,5 milyonluq korrupsiya faktı ilə bağlı məlumat yayıb

18 Sentyabr 2020, 18:00 (GMT +4)
Azərbaycanın valyuta ehtiyatlarının məbləği açıqlanıb

18 Sentyabr 2020, 17:58 (GMT +4)
Elman Paşayevin vəkillik statusu ləğv edilib 

18 Sentyabr 2020, 17:51 (GMT +4)
Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi" keçirilib

18 Sentyabr 2020, 17:46 (GMT +4)
Ankara Yunanıstanla istənilən səviyyədə danışıqlara hazırdır - Ərdoğan

18 Sentyabr 2020, 17:45 (GMT +4)
YAP İcra Katibliyində videokonfrans keçirilib

18 Sentyabr 2020, 17:41 (GMT +4)
Penitensiar Xidmət Tofiq Yaqublu ilə bağlı rəsmi açıqlama yayıb

18 Sentyabr 2020, 17:23 (GMT +4)
“Mənim Bakcellim” telekommunikasiya sahəsinin ən çox seçilən tətbiqidir

18 Sentyabr 2020, 17:14 (GMT +4)
Əvvəl-axır Haftar məğlub olacaq - Ərdoğan

18 Sentyabr 2020, 17:13 (GMT +4)
İsveçrədə Yəmən münaqişəsi tərəfləri arasında danışıqlar başlayıb

18 Sentyabr 2020, 17:07 (GMT +4)
ASA peşə fəaliyyəti ilə məşğul olanlara müraciət edib

18 Sentyabr 2020, 17:00 (GMT +4)
Nazirlikdə fındıq istehsalçıları ilə görüş keçirilib

18 Sentyabr 2020, 16:42 (GMT +4)
AMB bu il üçün inflyasiya proqnozunu yeniləyib

18 Sentyabr 2020, 16:30 (GMT +4)
Türkiyədə rusiyalıların olduğu avtobus aşıb

18 Sentyabr 2020, 16:25 (GMT +4)
Tofiq Yaqublu ev dustaqlığına buraxılıb

18 Sentyabr 2020, 16:23 (GMT +4)
Dövlət satınalmaları üzrə gözlənilən yeniliklər açıqlanıb

18 Sentyabr 2020, 16:20 (GMT +4)
Baş İdarə Musiqi Günü münasibətilə yeni videoçarxı təqdim edib (VİDEO)

18 Sentyabr 2020, 16:18 (GMT +4)
Dünyada koronavirusa yoluxanların sayı 30 milyonu keçib

18 Sentyabr 2020, 16:17 (GMT +4)
İsrail BƏƏ-dən Hayfa dəniz limanına gəmi nəqliyyatını bərpa edir

18 Sentyabr 2020, 16:15 (GMT +4)
Təhsil Nazirliyi vətəndaşlara müraciət edib

18 Sentyabr 2020, 16:02 (GMT +4)
Prezidentin köməkçisi sərhəddəki hərbi hissəyə gedib (FOTO)

18 Sentyabr 2020, 15:42 (GMT +4)
Azərbaycanda daha 117 yeni yoluxma qeydə alınıb

18 Sentyabr 2020, 15:40 (GMT +4)
Qarabağın azərbaycanlı icmasının sədri diplomatlarla görüşüb

18 Sentyabr 2020, 15:27 (GMT +4)
Lavrov: Rusiya-Gürcüstan münasibətləri bərpa olunacaq

18 Sentyabr 2020, 15:22 (GMT +4)
İsraildə bir günə koronavirusa 5,238 nəfər yoluxub

18 Sentyabr 2020, 15:02 (GMT +4)
Bakı Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək

18 Sentyabr 2020, 14:58 (GMT +4)
Rusiyada təxminən 6 min yeni COVID-19-a yoluxma aşkar edilib

18 Sentyabr 2020, 14:46 (GMT +4)
Mərkəzi Bank uçot dərəcəsini endirib

18 Sentyabr 2020, 14:39 (GMT +4)
İranda koronavirusa gündəlik yoluxmanın sayı yenidən üç mini keçib

18 Sentyabr 2020, 14:25 (GMT +4)
KİV: Çinli hakerlər İspaniyanın COVID-19 peyvəndi ilə bağlı məlumatları oğurlayıb

18 Sentyabr 2020, 14:20 (GMT +4)
Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman preparatı aşkarlanıb 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66