Ermənistanda COVID-19 virusuna yoluxanların sayı 5 mini ötüb19 May 2020, 16:25 (GMT +4) Bakı, 19 may, SalamNews. Ermənistanda son 24 saat ərzində koronavirusa yoluxma hallarının sayı 218 artaraq 5 041-ə çatıb, üç nəfər ölüb.
SalamNews -un RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə Səhiyyə Nazirliyinin saytında məlumat verilib.
Ötən gün 4.233 nəfərin yoluxduğu, 61 nəfərin öldüyü xəbər verilirdi.
COVID-19-a qarşı mübarizə aparmaq üçün ölkədə 16 mart-13 iyun arasında fövqəladə vəziyyət elan edilib.
"Ermənistanda 5041 nəfərdə koronavirusa yoluxma aşkar edilib. 2164 xəstə sağalıb, 64 nəfər ölüb", - nazirliyin məlumatında deyilir.
Nazirlikdən verilən məlumata görə, 2788 xəstə hazırda müalicə altındadır.
|