Mobil versiya RU AZ
_




DÜNYA » SİYASƏT

Ərəb dünyasının Qüds mövzusunda susqunluğu onlara İraq, Suriya və Yəmən problemlərini yaşadır - şərqşünas

19 May 2020, 14:09 (GMT +4)

Bakı, 19 may, SalamNews, B.Samid. “Qüds mövzusu dünyada insan haqları ilə bağlı qaldırılan məsələlərin yalan olduğunu göstərir. Ümumiyyətlə Qərbi-Asiyada bu məsələ həllini tapmayana qədər, müsəlman ölkələrinin başı hələ çox bəlalar çəkəcək. Məhz Ərəb dünyasının Qüds mövzusunda susqunluğu onlara İraq, Suriya və Yəmən problemlərini yaşadır.”

Bu fikirləri SalamNews-a müsahibəsində şərqşünas-politoloq Vüsal Hətəmov deyib.

Beynəlxalq Qüds günü ilə bağlı danışan şərqşünas hazırda İsrail-Fələstin münaqişəsi ətrafında baş verən prosesləri qiymətləndirib.

Onun sözlərinə görə, ərəb dünyasının Qüds mövzusunda susqunluğu onlara İraq, Suriya, Yəmən problemlərini yaşadır.

Fələstin münaqişəsini Azərbaycanın başına gətirilən Qarabağ problemi ilə müqayisə edən şərqşünas deyib:

“Bəzən Qüds mövzusunu dünyada iki xalqın savaşı kimi göstərirlər, amma əslində İsrail-Fələstin qarşıdurması iki xalqın və ya iki dövlətin problemi deyil. Bildiyimiz kimi ikinci Qüds problemi Qafqazda yaşanmaqdadır; Qarabağ, Şuşa problemi. Fikir verirsinizsə hər iki təcavüzkar dövlətin arxasında beynəlxalq güclər durur. Məhz erməni terrorçularının Qarabağı işğal etməsi onu deməyə əsas verir ki, İsrail və Ermənistan kimi dövlətlərin təcavüzkar siyasəti, nə ermənilərin nə də israillilərin birbaşa siyasəti deyil, regionda daima münaqişə və müharibələrin olmasında maraqlı olan dünya güclərinin niyyətidir. Məqsəd budur ki, 1300 ildən artıqdır Yaxın Şərqi idarə edən müsəlman imperiyaları yenidən formalaşa bilməsin, bu ərazilərdə müsəlman dövlətləri nisbətən azsaylı qeyri müsəlman dövlətləri tərəfindən idarə edilsin. Onlar buna qismən də nail olublar. Bütün ərəb dünyası demək olar ki İsrail diktəsi ilə idarə olunur. Qarabağda buna hələ ki nail ola bilməyiblər. Çünki qeyrətli Azərbaycan xalqı müharibə aparmaq əzmindədir. Dünya gücləri çox çalışır ki biz Qarabağ mövzusunu unudaq. Bildiyimiz kimi öz işğalçılıq dərdini yaşamayan xalqlar digərlərinin də dərdlərinə sahib çıxa bilməz. Dünyanın Qarabağ problemindən bir vasitə kimi istifadə etməsi Qüds gününün mahiyyətini bir sıra ölkələrdən fərqli olaraq, Azərbaycan dövlətinin ictimai-siyasi sferasında xüsusi əhəmiyyətini zəruri edir. Azərbaycan xalqı bu tarixi gündən istifadə edərək, Qarabağ dərdini və Qarabağ faciəsini, ümumbəşər edə və problemə lazımi hüquqi qiyməti tələb edə bilər. Düşünürəm ki, hazırda İsraildə yaşayan yəhudi xalqı da özü İsrail hakimiyyətindən tələb etməlidir ki, dünyanın işğalçılıq planını icra etməsin. Fələstinlilərin öz tarixi torpaqlarına qayıtmasını tələb etsinlər."

Şərqşünas V.Hətəmov Qüds probleminin tarixini belə şərh edib:

"Bunun tarixi aspektləri də var. Yəni necə oldu ki birdən birə yəhudilər min ildən çox Yaxın Şərqi idarə edən müsəlman xalqları, dövlətləri və imperiyalarının daxilində belə bir gücə malik ola bildilər?! Bunun bir sıra tarixi məqamları var. Birinci dünya müharibəsi (1914-1918) dövründə Yaxın Şərqin böyük bir hissəsini nəzarətdə saxlayan Osmanlı imperiyası məğlub olur, 1917-ci ilin dekabr ayının 9-da Qüds ingilislər tərəfindən işğal edilir və bununla da müsəlmanların Qüdsdəki 400 ilik hakimiyyəti başa çatır. Sözügedən proseslər ötən əsrin bu illərinə yəni 17-19 -cu illərə təsadüf edir. Bu da Qüdsün 100 illik işğalı deməkdir. Sonradan ingilislər Fələstin məsələsini BMT-ə həvalə edirlər. Bu, oradakı gərginliyin idarə edilməsinin ingilislər üçün çətin olmasına görə idi. 1947-ci ildə Fələstin torpaqlarında iki dövlətin yaradılması qərarı gündəmə gəlir. Burada Fələstin ərazisinin 56 faizi İsrail, yerdə qalan 44 faizində (təqribən 11 min kvadrat km) isə Fələstin ərəb dövlətinin yaradılması qərara alınır. Halbuki həmin dövrdə demoqrafik say baxımından fələstinlilər yəhudilərdən daha çox idilər. Bundan öncə də məsələnin siyasi tərəflərini qeyd etdik ki, ərəb dünyasının içində qeyri-ərəb xalqlarını təmsil edən bir dövləti yaratmaq, ərəb dünyasını idarə edilməsini müyəssər etmək və nəticədə buradakı neft kimi enerji resurslarına, gələcəkdəki karbohidrat bazalarına malik olmaq məqsədi daşıyır. Hesab edirəm ki, onlar buna nail olublar. Ərəb dünyasının mövcud durumu da bunu deməyə əsas verir.”


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Allahşükür Paşazadə: Qüds bütün bəşərə məxsus sülh və dialoq məkanı olmalıdır (FOTO)

Qüdsdə əl-Əqsa və Mədinədə Peyğəmbər məscidi iki aydan sonra yenidən açılıb (VİDEO)

Qüdsdə əl-Əqsa məscidi iki ay fasilədən sonra bu həftə açılır

Hacı İlqar İbrahimoğlu: Beynəlxalq Qüds günü İslam ümmətinin əhyasıdır (VİDEO)

Ayətullah Xamenei Qüds günü ilə bağlı çıxış edərək münaqişənin həlli üçün təklif irəli sürüb

Qüds Fələstinin dəyişməz paytaxtı olaraq qalacaq - Həsən Ruhani

Bu gün ramazanın son cüməsi Beynəlxalq Qüds Günüdür

Ayətullah Xamenei Qüds günündə dünya və regionda baş verən son proseslərlə bağlı çıxış edəcək

Hizbullah, HƏMAS, Husilər və sair hərəkatlar Qüds günü ilə bağlı birgə bəyanat veriblər (VİDEO)

«İşğalçılıq strategiyasının iflasa uğramasında Qüds gününün rolu» adlı məqalə dərc edilib

İranın Bakıdakı səfirliyi Beynəlxalq Qüds Günü ilə bağlı mətbuata açıqlama verib

«İran İslam inqilabı rəhbərinin Qarabağ və Qüds münaqişələrinin ədalətli həllinə dair baxışları» adlı məqalə dərc edilib

Sosial şəbəkələrdə onlayn «Qüds Günü 2020» həmrəylik aksiyası keçirilir

Fələstin ətrafında yeni müharibənin baş verməsi təhlükəsi var – Şərqşünas

İsrailin yeni XİN rəhbəri Qüds və Fələstin torpaqları ilə bağlı planını açıqlayıb

Bütün dünyada Qüds şəhidi haştağı ilə virtual aksiya keçirilir

Qüds günü ilə bağlı beynəlxalq virtual konfrans keçirilir

İsrailin işğal siyasəti fələstinlilər üçün heç bir dialoq yolu saxlamayıb – Şərqşünas

Pompeo Fələstin ərazilərinin İsrailə əlavə edilməsi fonunda Qüdsə gedib

Qəzzada "Qüds Günü" hərbi təlimi keçirilib

04 İyul 2020, 17:05 (GMT +4)
AQTA: Daha 78 obyektdə qanun pozuntuları aşkarlanıb

04 İyul 2020, 17:00 (GMT +4)
Lənkəran sakinindən 11 kq-dan çox narkotik vasitə götürülüb

04 İyul 2020, 16:47 (GMT +4)
Tacikistanda 5 bal gücündə zəlzələ baş verib

04 İyul 2020, 16:33 (GMT +4)
İsrail qüvvələri fələstinlilərin aksiyasına müdaxilə edib, 23 nəfər xəsarət alıb

04 İyul 2020, 16:27 (GMT +4)
Əflatun Amaşov: KİV-lərin ümumrespublika konfransı keçiriləcək

04 İyul 2020, 16:19 (GMT +4)
NYT: ABŞ kəşfiyyatı Rusiyanın Talibanla əlaqələrinə dair dəlil olmadığını iddia edir

04 İyul 2020, 16:08 (GMT +4)
“İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə bir sıra yeniliklər tətbiq edilib

04 İyul 2020, 15:50 (GMT +4)
AMEA-nın şöbə müdiri vəfat edib

04 İyul 2020, 15:47 (GMT +4)
"Mançester Siti" Messinin yeni klubu ola bilər

04 İyul 2020, 15:29 (GMT +4)
İranda koronavirusa yoluxanlardan 198 mini sağalıb

04 İyul 2020, 15:29 (GMT +4)
Qazaxda nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb

04 İyul 2020, 15:18 (GMT +4)
Ermənistanda son sutkada 580 nəfər COVID-19-a yoluxub, 8 nəfər ölüb

04 İyul 2020, 15:07 (GMT +4)
Abşeronda qanunsuz işləyən dərzi sexi aşkarlanıb, 56 nəfər cərimələnib

04 İyul 2020, 14:51 (GMT +4)
Türkiyə Kaşıqçının işi üzrə şəffaflığı təmin edib

04 İyul 2020, 14:34 (GMT +4)
Əlcəzair Fransaya qarşı mübarizə aparmış şəhid cənazələrini Paris muzeyindən ölkəyə gətirib (FOTO)

04 İyul 2020, 14:34 (GMT +4)
Qanunsuz yollarla Bakıdan Qəbələyə gələn şəxslər cəzalandırılıblar

04 İyul 2020, 14:30 (GMT +4)
Sahibkarlara hüquqi xidmətlərin göstərilməsi müzakirə edilib

04 İyul 2020, 14:20 (GMT +4)
Yenilənmiş Rusiya Konstitusiyasının mətni dərc edilib

04 İyul 2020, 14:06 (GMT +4)
Bakıda alternativ qaz xətləri yaradılır

04 İyul 2020, 13:49 (GMT +4)
Bostonda baş verən atışma ilə bağlı iki nəfər saxlanılıb

04 İyul 2020, 13:46 (GMT +4)
İranda dolların qiyməti rekord həddə bahalaşıb

04 İyul 2020, 13:40 (GMT +4)
Şamaxıda ictimai iaşə və ərzaq satışı müəssisələrində reydlər keçirilir (FOTO)

04 İyul 2020, 13:20 (GMT +4)
KİV: Hindistanın şimal-şərqində sel nəticəsində təxminən 60 nəfər ölüb

04 İyul 2020, 13:13 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

04 İyul 2020, 13:00 (GMT +4)
Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır 

04 İyul 2020, 12:50 (GMT +4)
ABŞ, Taliban və hökumət Əfqanıstandaxili sülh danışıqlarının zamanını təyin edə bilməyiblər

04 İyul 2020, 12:44 (GMT +4)
Rusiyada son sutkada koronavirusa yoluxanların sayı 6 632 nəfər artıb

04 İyul 2020, 12:41 (GMT +4)
DYP: 2 491 hərəkət iştirakçısı karantin qaydalarını pozub

04 İyul 2020, 12:25 (GMT +4)
Forbes: İlon Maskın sərvəti bir həftədə $5 milyard artıb

04 İyul 2020, 12:15 (GMT +4)
İran Nətənz nüvə obyektindəki hadisənin səbəbilə bağlı açıqlamanı təxirə salıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66