Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Nuran Abdullayev: COVID-19 virusu qanın laxtalanma sisteminə təsir edir

19 May 2020, 14:04 (GMT +4)

Bakı, 19 may, SalamNews."COVID-19 pandemiyası ilə mübarizənin növbəti mərhələyə keçdiyi indiki zamanda virus haqqında elmi məlumatlar da yenilənir. Belə ki, pandemiyanın başlanğıcında ağır xəstələrdə kliniki gedişatın belə olmasının səbəbi kimi təkcə ağciyərin pnevmoniyası göstərilirdisə, zaman-zaman kliniki mənzərəni çətinləşdirən digər faktorlar da öyrənilməyə başlanılıb".

Bu barədə SalamNews-a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib.

Həmin faktorların biri barədə danışan N.Abdullayev bildirib ki, ürək əzələsinin ilkin olaraq virus nəticəsində iltihabı prosesə cəlb olunması barədə mətbuat və televiziya vasitəsi ilə kifayət qədər tövsiyələri olub: “Sadəcə, ürəklə bağlı onu əlavə etmək istəyərdim ki, son elmi tədqiqatlara görə, təxminən 20% xəstələr xəstəxanaya ürək infarktı simptomları ilə gəlirlər. Onlar aktiv virus daşıyıcılarıdırlar və bu virus ilkin olaraq ürək əzələsinin iltihabına səbəb olduğuna görə xəstələrdə belə simptomlar yaranır. Bunun da diaqnozunu daha dəqiq ürəyin maqnit rezonans tomoqrafiyası (MRT) ilə qoymaq olar. Vaxtında qoyulan diaqnoz Azərbaycanda belə simptomlarla gələn xəstələrdə olüm sayını azaldar”.

N.Abdullayevin sözlərinə görə, ağırlaşmalara səbəb olacaq yeni elmi məlumatlardan biri də COVID-19 virusunun qanın laxtalanma sisteminə təsiridir: “Virusun bu sistemə təsir mexanizmi hələ dəqiq öyrənilməsə də, düşünülən səbəblərdən biri damarların daxili qatlarının virus nəticəsində iltihablaşmasıdır. Laxtalanma sisteminə təsir nəticə etibarı ilə kiçik damarlarda və eləcə də böyük damarlarda tromb əmələ gəlməsinə səbəb olur. Bu tromblar da müxtəlif böyük damarları tutaraq, ölümcül təhlükə yaradırlar. Məsələn, ağciyər arteriyasına düşərək ağciyər infarktı, yaxud beyini qidalandıran damarlara düşərək beyin insultu yarada bilər ki, bunlar da ağır kliniki gedişlə, hətta ölümlə nəticələnə bilər. Burada həkimlərin diqqət etməli olduğu məqam ondan ibarətdir ki, bu xəstələrdə heç də həmişə tipik ağır ağciyər pnevmoniyasına rast gəlinmir”.

Nuran Abdullayev onu da bildirib ki, hazırda elmi arenada müzakirə olunan əsas mülahizələr bunlardır: “Daha öncədən damarlarında tromb olmuş insanların xüsusi risk qrupuna daxil olması;

Virusa yoluxmazdan öncə tromb əleyhinə dərman qəbul edən şəxslərin xəstəliyin ağır gedişindən sığortalanması”.

Daha bir maraqlı məqama diqqət çəkən N.Abdullayevin sözlərinə görə, artıq müxtəlif ölkələrin böyük elmi mərkəzlərində viruslu xəstələrin xəstəxanaya qəbulu zamanı kompüter tomoqrafiya metodunun standart protokolu ilə yanaşı, ağciyər arteriyalarının da kontrastlı müayinəsi aparılır: “Bu, xəstələrdə emboliyanın vaxtından tez diaqnozunun qoyulması və ağır kliniki gedişin, o cümlədən ölümün qarşısının alınması məqsədi daşıyır. Azərbaycanda da xəstələrin qiymətləndirilməsi zamanı bu müayinə metodunun nəzərə alınması vacibdir”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Nuran Abdullayev: Hər bir Azərbaycan vətəndaşı virusla mübarizədə dəstək olmalıdır

Nuran Abdullayev: Əlimdən gələn köməkliyi göstərməyə hazıram

30 May 2020, 17:00 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

30 May 2020, 16:50 (GMT +4)
Bakıda iki marşrutun hərəkət istiqaməti dəyişdiriləcək

30 May 2020, 16:43 (GMT +4)
Moskvada sərnişin təyyarəsi hava limanına enişdən sonra alovlanıb

30 May 2020, 16:41 (GMT +4)
“Fəvvarələr meydanı”nda fleşmob keçirənlər saxlanılıb

30 May 2020, 16:30 (GMT +4)
Azərbaycan bu il dezinfeksiyaedici vasitələrin idxalını 3 dəfəyə qədər artırıb

30 May 2020, 16:24 (GMT +4)
Rusiyada koronavirusa qarşı peyvənd hazırlanıb

30 May 2020, 16:20 (GMT +4)
"Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının videokonfrans formatında keçiriləcək görüşünün vaxtı məlum olub

30 May 2020, 16:10 (GMT +4)
Bakıda daha bir marşrut xətti “BakuBus”un ixtiyarına verilib

30 May 2020, 16:01 (GMT +4)
“Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib

30 May 2020, 15:49 (GMT +4)
Özbəkistanda karantin rejimi iyunun 15-dək uzadılıb

30 May 2020, 15:44 (GMT +4)
Bakıda istixanada narkotik bitkiləri əkib-becərən şəxs saxlanılıb

30 May 2020, 15:30 (GMT +4)
Milli Məclisin son iclasının gündəliyinə dəyişiklik edilib

30 May 2020, 15:21 (GMT +4)
Baydenin fikrincə ABŞ polisinin iş prinsipləri dəyişdirilməlidir

30 May 2020, 15:10 (GMT +4)
DİN: AXCP üzvü polisə tabe olmadığına görə həbs edilib

30 May 2020, 14:54 (GMT +4)
Rusiyada son sutka ərzində daha 8 952 nəfər koronavirusa yoluxub

30 May 2020, 14:30 (GMT +4)
Tibbi maskalardan istifadə edilməməsinə görə cərimələr müəyyənləşib

30 May 2020, 14:17 (GMT +4)
Çin koronavirusun mənbəyinin Uxandakı bazar olduğuna dair iddiları rədd edib

30 May 2020, 14:15 (GMT +4)
DGK: "Samur" postundan keçən yük avtomobillərinin sayı artıb

30 May 2020, 14:01 (GMT +4)
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı artıb

30 May 2020, 13:40 (GMT +4)
Moskvada daha 3599 nəfər koronavirusdan sağalıb

30 May 2020, 13:30 (GMT +4)
Sabah Milli Məclisin plenar iclası keçiriləcək

30 May 2020, 13:22 (GMT +4)
Almaniyada koronavirusdan təxminən 8,5 min nəfər ölüb

30 May 2020, 13:20 (GMT +4)
Dahi satirik şair Mirzə Ələkbər Sabirin doğum tarixidir

30 May 2020, 13:15 (GMT +4)
Su hovuzunda və yaşadığı evdə narkotik becərənlər saxlanılıb

30 May 2020, 13:04 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanib

30 May 2020, 12:45 (GMT +4)
Zaxarova ABŞ-ın ÜST-lə bağlı qərarına münasibət bildirib

30 May 2020, 12:45 (GMT +4)
“Reabilitasiya” elektron sistemi yaxın aylarda işə salınacaq

30 May 2020, 12:25 (GMT +4)
Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib

30 May 2020, 12:15 (GMT +4)
Ləki-Qəbələ dəmir yolu xəttində tikinti işlərinin 70 faizi tamamlanıb

30 May 2020, 12:10 (GMT +4)
KİV: Minneapolisdə iğtişaşlar zamanı 200-dən çox bina talan edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66