Rusiyada koronavirusa yoluxmuşların sayı 300 minə yaxındır19 May 2020, 13:20 (GMT +4) Bakı, 19 may, SalamNews. Rusiyada son sutkada 9263 koronavirusa yoluxma halı qeydə alınıb.
Bu barədə əməliyyat qərargahının "Telegram" kanalında məlumat verilir.
SalamNews xəbər verir ki, yeni hallar Rusiyanın 84 bölgəsində qeydə alınıb.
Yoluxanların əksəriyyəti Moskva və Moskva bölgəsinin sakinləridir.
Statistikaya görə, artıq dördüncü gündür ölkədə yeni yoluxma hadisəsi on mindən azdır.
18 may tarixinə olan məlumata görə, Rusiyada 8926 nəfər koronavirusa yoluxub.
91 ölüm hadisəsi qeydə alınıb, bir gündə 2836 nəfər tam sağalıb.
|