Mobil versiya RU AZ
_




DÜNYA » SİYASƏT

Türkiyədə Atatürkü Anma Gənclik və İdman Bayramı qeyd edilir

19 May 2020, 10:15 (GMT +4)

Bakı, 19 may, SalamNews. Bu gün Türkiyədə Atatürkü Anma Gənclik və İdman Bayramı qeyd edilir.

SalamNews-un verdiyi xəbərə görə, 19 May 1919-cu il Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün Samsuna gəlişi və Müstəqillik mübarizəsinin başladığı gün kimi qeyd edilir. Eyni zamanda İdman bayram kimi qeyd edilir. 

Bu il rəsmi tədbirlər, eləcə də gənclər və idmanın inkişafına dair estafeta yarışları, nümayişlər, yarışlar, seminar və konfranslar koronavirus infeksiyasının yayılması təhlükəsi səbəbiylə təxirə salınıb.

Bayramın qeyd olunması Türkiyədə 1919-cu il mayın 19-da Milli İstiqlal Müharibəsinin başladığı tarixlə əlaqədardır. I Dünya müharibəsi başa çatdıqdan sonra Osmanlı dövlətinin bəzi əraziləri müttəfiq dövlətlər tərəfindən işğal edilib. 1919-cu il 16 may tarixində Mustafa Kamal paşa 36-cı Osmanlı Padşahı IV Mehmet Vahdəddin tərəfindən İstanbuldan “Bandırma” gəmisi ilə Anadoluya göndərilir. Mayın 19-da Samsuna çatan Mustafa Kamal paşa (Atatürk) burada qurtuluş mücadiləsini başladır. Məhz bu mücadilə ilə Türkiyə xarici qüvvələrdən xilas edilib və 1923-cü il oktyabrın 29-da Türkiyə Cümhuriyyəti elan edilib. Mustafa Kamal paşanın Samsuna çatma tarixi olan 19 may isə onun istəyi ilə hər il “Gənclik və İdman” bayramı kimi qeyd olunub.

Bayrama Atatürkü Anma Günü isə 1981-ci ildə əlavə olunub və həmin vaxtdan bu günədək hər il rəsmi qaydada Atatürkü anma, Gənclik və İdman bayramı kimi qeyd olunur.

Qeyd edək ki, bu gün, həmçinin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün doğum günüdür. Atatürk 1881-ci il may ayının 19-da Qərbi Trakya vilayətinin Selanik şəhərində dünyaya gəlib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

01 İyun 2020, 18:40 (GMT +4)
Azərbaycanda daha 168 nəfər COVİD-19-a yoluxub, 5 nəfər vəfat edib

01 İyun 2020, 18:10 (GMT +4)
Prezident İlham Əliyev İtaliyanın dövlət başçısını təbrik edib

01 İyun 2020, 18:00 (GMT +4)
Nazirlik: Sosial təminat sistemi ilə əhatə olunanların 600 minə qədəri uşaqlardır

01 İyun 2020, 17:45 (GMT +4)
Çin XİN Trampın sanksiya tətbiqi ilə bağlı təhdidlərinə cavab verib

01 İyun 2020, 17:37 (GMT +4)
Gömrük Hospitalında uşaqların müalicəsi uğurla həyata keçirilir

01 İyun 2020, 17:30 (GMT +4)
Rezidenturaya qəbul imtahanının vaxtı açıqlanıb

01 İyun 2020, 17:18 (GMT +4)
ABŞ-da son sutka ərzində 20 mindən çox insan COVID-19-a yoluxub

01 İyun 2020, 17:14 (GMT +4)
Gəncədə mənşəyi məlum olmayan preparatlar aşkarlanıb

01 İyun 2020, 17:05 (GMT +4)
Bərbərxana və gözəllik salonları sahibləri ilə onlayn görüş keçirilib

01 İyun 2020, 16:58 (GMT +4)
İranda son 24 saat ərzində koronavirusa yoluxan 81 nəfər ölüb

01 İyun 2020, 16:56 (GMT +4)
“Azercell” xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək olub

01 İyun 2020, 16:41 (GMT +4)
Bakı Ali Neft Məktəbi onlayn Yay Məktəbi təşkil edəcək

01 İyun 2020, 16:28 (GMT +4)
Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənir

01 İyun 2020, 16:23 (GMT +4)
Moskva Mərkəzi Məscidi bu gün açılacaq

01 İyun 2020, 16:22 (GMT +4)
Təhsil naziri uşaqları təbrik edib

01 İyun 2020, 16:16 (GMT +4)
BDU-da onlayn elmi seminar keçirilib

01 İyun 2020, 16:00 (GMT +4)
Mərkəzi Bank ADIF-ə 480 milyon manat kredit verəcək

01 İyun 2020, 15:41 (GMT +4)
Zaxarova Rusiyanın ABŞ-dakı aksiyalarda rolu olduğuna dair açıqlamarı şərh edib

01 İyun 2020, 15:40 (GMT +4)
AzTU-nun professoru Türkiyə telekanalında erməni yalanlarını ifşa edib (VİDEO)

01 İyun 2020, 15:21 (GMT +4)
Bu gündən subbakalavrların sənəd qəbulu başlanır

01 İyun 2020, 15:12 (GMT +4)
Corc Floydun oğlu etirazçıları zorakılıqdan çəkinməyə çağırıb

01 İyun 2020, 15:10 (GMT +4)
Azərbaycanda iyun ayına olan hava proqnozu açıqlanıb

01 İyun 2020, 14:46 (GMT +4)
Koronavirusla bağlı yeni sistem istifadəyə verilib

01 İyun 2020, 14:43 (GMT +4)
İran XİN ABŞ rəhbərliyini insanalara qarşı zorakılığı dayandırmağa çağırıb

01 İyun 2020, 14:27 (GMT +4)
Co Bayden Delaver ştatında aksiyaların keçirildiyi ərazini ziyarət edib

01 İyun 2020, 14:26 (GMT +4)
Maskadan istifadə etməyən sərnişinlərin avtobuslarda hərəkəti qadağan ediləcək

01 İyun 2020, 14:08 (GMT +4)
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilib

01 İyun 2020, 13:58 (GMT +4)
Millət vəkili Könül Nurullayeva qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərib

01 İyun 2020, 13:50 (GMT +4)
AP: ABŞ-da aksiyalar zamanı 4100 nəfər saxlanılıb

01 İyun 2020, 13:44 (GMT +4)
DİN: İş yerində narkotik becərən şəxs saxlanılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66