Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Ombudsmanın müraciəti əsasında Baş Prokurorluqda cinayət işi başlanıb

18 May 2020, 16:25 (GMT +4)

Bakı, 18 may, SalamNews. Ölkəmizdə həyata keçirilən iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən qanunla ona həvalə edilmiş səlahiyyətləri çərçivəsində daim diqqət mərkəzində saxlanılmaqla aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərə qarşı mübarizədə ardıcıl tədbirlərin icrası davam etdirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən SalamNews-a verilən məlumata görə, bu tədbirlərin davamı kimi, dövlət strukturlarının əhalinin sağlamlığının qorunması, digər sahələr üzrə xidməti fəaliyyətin təşkili istiqamətində səfərbər olunduğu bir vaxtda bəzi vəzifəli şəxslərin mövcud vəziyyətdən öz maraqları naminə istifadə edərək, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının işinə kölgə salan hüquqazidd əməllərə yol vermələrinə dair məlumatlar araşdırılaraq hüquqi məsuliyyət tədbirləri görülür.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilindən (Ombudsman) vəzifəli şəxslər tərəfindən yol verilən qanun pozuntularına dair materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa daxil olub.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalarla Nizami rayon 117 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi İsmayıl Mansurovun öz qulluq mövqeyindən istifadə edərək səlahiyyəti olmadığı halda vətəndaşın evində əlavə tikilinin inşası ilə bağlı sənədləşməsini rəsmiləşdirmək vədi ilə onu aldadaraq 10 500 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda dələduzluq) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə bütün qanunazidd halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Ombudsmanın müraciəti əsasında Dağıstanda qalan azərbaycanlılardan 19-u Vətənə gətirilib

Ombudsman KİV və sosial şəbəkə istifadəçilərinə müraciət edib

Ombudsman Yasamal rayonu ərazisində baş verənlərlə bağlı məlumat yayıb

Milli Məclis Ombudsmanın illik məruzəsini qəbul edib

Ombudsman Aparatı COVID-19-a qarşı mübarizə üzrə dəstək kampaniyasına qoşulub

Ombudsman 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb

Səbinə Əliyeva yeni Ombudsman seçilib

Bu gün Milli Məclis Azərbaycanın yeni ombudsmanını seçəcək

Ombudsman BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

Baş prokuror Türkiyənin Baş Ombudsmanı ilə görüşüb

Ombudsman aparatı nümayəndələri hərbi hissədə olublar

Ombudsman: Hökumətə regional sığınacaqların yaradılması təklifini vermişik

Vergi ombudsmanı vergi ödəyicilərinin hüquqlarını müdafiə edəcək

Ombudsman aparatı nümayəndələri hərbi hissədə olublar

Vergi ombudsmanı sahibkarların hüquqlarını daha etibarlı müdafiə edəcək

Ombudsman Aparatının nümayəndələri hərbi təhsil müəssisələrində olublar

Bakıda Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının iclası keçirilib

Ombudsman Aparatı Emin Aslanovla bağlı məlumat yayıb

Azərbaycanda deputatların, hakimlərin və Ombudsmanın maaşlarının 10 faiz artırılması təklif olunur

Ombudsman nümayəndələri HHQ bölmələrində olublar

04 İyul 2020, 15:18 (GMT +4)
Ermənistanda son sutkada 580 nəfər COVID-19-a yoluxub, 8 nəfər ölüb

04 İyul 2020, 15:07 (GMT +4)
Abşeronda qanunsuz işləyən dərzi sexi aşkarlanıb, 56 nəfər cərimələnib

04 İyul 2020, 14:51 (GMT +4)
Türkiyə Kaşıqçının işi üzrə şəffaflığı təmin edib

04 İyul 2020, 14:34 (GMT +4)
Əlcəzair Fransaya qarşı mübarizə aparmış şəhid cənazələrini Paris muzeyindən ölkəyə gətirib (FOTO)

04 İyul 2020, 14:34 (GMT +4)
Qanunsuz yollarla Bakıdan Qəbələyə gələn şəxslər cəzalandırılıblar

04 İyul 2020, 14:30 (GMT +4)
Sahibkarlara hüquqi xidmətlərin göstərilməsi müzakirə edilib

04 İyul 2020, 14:20 (GMT +4)
Yenilənmiş Rusiya Konstitusiyasının mətni dərc edilib

04 İyul 2020, 14:06 (GMT +4)
Bakıda alternativ qaz xətləri yaradılır

04 İyul 2020, 13:49 (GMT +4)
Bostonda baş verən atışma ilə bağlı iki nəfər saxlanılıb

04 İyul 2020, 13:46 (GMT +4)
İranda dolların qiyməti rekord həddə bahalaşıb

04 İyul 2020, 13:40 (GMT +4)
Şamaxıda ictimai iaşə və ərzaq satışı müəssisələrində reydlər keçirilir (FOTO)

04 İyul 2020, 13:20 (GMT +4)
KİV: Hindistanın şimal-şərqində sel nəticəsində təxminən 60 nəfər ölüb

04 İyul 2020, 13:13 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

04 İyul 2020, 13:00 (GMT +4)
Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır 

04 İyul 2020, 12:50 (GMT +4)
ABŞ, Taliban və hökumət Əfqanıstandaxili sülh danışıqlarının zamanını təyin edə bilməyiblər

04 İyul 2020, 12:44 (GMT +4)
Rusiyada son sutkada koronavirusa yoluxanların sayı 6 632 nəfər artıb

04 İyul 2020, 12:41 (GMT +4)
DYP: 2 491 hərəkət iştirakçısı karantin qaydalarını pozub

04 İyul 2020, 12:25 (GMT +4)
Forbes: İlon Maskın sərvəti bir həftədə $5 milyard artıb

04 İyul 2020, 12:15 (GMT +4)
İran Nətənz nüvə obyektindəki hadisənin səbəbilə bağlı açıqlamanı təxirə salıb

04 İyul 2020, 12:10 (GMT +4)
Azərbaycanın Enerji Xartiyası Konfransına sədrliyində görüləcək işlər müzakirə edilib

04 İyul 2020, 11:53 (GMT +4)
Hillari Klinton pandemiyanın öhdəsindən Trampdan daha yaxşı gələcəyinə əmindir

04 İyul 2020, 11:40 (GMT +4)
Əfqanıstan prezidentinin müşaviri koronavirusdan ölüb

04 İyul 2020, 11:22 (GMT +4)
Dünyada 11 milyondan çox insan koronavirusa yoluxub

04 İyul 2020, 11:21 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

04 İyul 2020, 11:08 (GMT +4)
İraqda ikisi İŞİD komandiri olmaqla 6 terrorçu ələ keçib

04 İyul 2020, 11:00 (GMT +4)
Şahmar Mövsümov: 190 manatlıq birdəfəlik ödənişlər hissə-hissə veriləcək

04 İyul 2020, 10:47 (GMT +4)
Marneolidə İmam Rzanın (ə) mövludu münasibətilə mərasim keçirilib (FOTO)

04 İyul 2020, 10:41 (GMT +4)
ABŞ-da son sutkada rekord sayda COVID-19-a yoluxma qeydə alınıb

04 İyul 2020, 10:30 (GMT +4)
QMİ-də din xadimləri ilə videokonfrans formatında görüş keçirilib

04 İyul 2020, 10:25 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 42 dəfə pozub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66