Peskov: Putinlə "canlı bağlantı"nın vaxtı müəyyənləşdirilməyib18 May 2020, 15:23 (GMT +4) Bakı, 18 may, SalamNews. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov son illərdə iyun ayında keçirilən "Vladimir Putinlə canlı bağlantı"nın vaxtının hələ müəyyənləşdirilmədiyini açıqlayıb.
SalamNews bu barədə TASS-a istinadən məlumat verir.
"Müəyyən səbəblərə görə, vaxt hələ təyin edilməyib", Peskov deyib.
Sonuncu dəfə Putin 2019-cu ilin iyununda ölkə vətəndaşları ilə bu formatda danışıb.
Ən uzun "canlı bağlantı" 2013-cü ildə baş tutub, 4 saat 47 dəqiqə davam edib.
|