Trampın məsləhətçisi Çini turistlər vasitəsi ilə koronavirusu dünyaya yaymaqda ittiham edib18 May 2020, 12:17 (GMT +4) Bakı, 18 may, SalamNews. Çin hökuməti koronavirus haqqında vacib məlumatları gizləyib və turistlərin xəstəliyi dünyaya yaymasına imkan yaradıb.
SalamNews TASS-a istinadla xəbər verir ki, bunu ABŞ prezidentinin müşaviri Peter Navarro açıqlayıb.
Onun sözlərinə görə, ilk koronavirus xəstəsi 2019-cu ilin noyabrında Uxanda aşkar edilibə
"Ümumdünya Səhiyyə Təşkilatının sipərinin arxasında gizlənən Çin, virusu iki ay ərzində bütün dünyadan gizləyib, sonra yüz minlərlə çinlini təyyarə ilə Milana, Nyu-Yorka və bütün dünyaya səyahət edib", Navarro "ABC News" telekanalına açıqlamasında deyib.
|