Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Bu gündən xüsusi karantin rejimi məhdudiyyətləri yumşaldılıb

18 May 2020, 09:31 (GMT +4)

Bakı, 18 may, SalamNews.Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılması ilə bağlı Nazirlər Kabineti yanından Operativ Qərargahın mayın 15-də verdiyi qərar bu gündən qüvvəyə minib.

SalamNews xəbər verir ki, mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə:

yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunub;

bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülüb;

restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunub (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla);

Qeyd edək ki, restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında xidmətlər pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Bu qaydalara riayət edilməsi ictimai iaşə obyektlərinin rəhbər şəxsləri və əməkdaşlarının, eyni zamanda xidmətlərdən istifadə edən müştərilərin birbaşa öhdəliyidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.
Eyni zamanda 18 may 2020-ci il saat 00:00-dan bütün ölkə üzrə:

muzey və sərgi zallarının fəaliyyəti bərpa olunub;

65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülüb. Bununla belə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir.

Hazırda xüsusi karantin rejimi müddətində ölkə üzrə aşağıdakı məhdudiyyətlər qüvvədə qalır:

yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması;

xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna, eləcə də Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması;

bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması;

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması;

ASAN Xidmət və “DOST” xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması;

dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması;

toy məclislərinin təşkilinin qadağan olunması;

bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması;

tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması;

ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması;

əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması;

muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması;

nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyətinin dayandırılıması;

ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması;

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə saat 18:00-dan 08:00-dək yerində xidmətin dayandırılması;

tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi;

idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla);

massaj və hamam xidmətlərinin göstərilməsi;

Qeyd olunub ki, fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçirilməlidir.

Operativ Qərargah bir daha vurğulayır ki, COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməlidir:

"Bu baxımdan COVID-19 ilə bağlı hazırkı vəziyyətdə hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, evdən yalnız ciddi ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. Mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ADIF Nazirlər Kabinetinə məktub ünvanlayıb

Nazirlər Kabinetində koronavirusla mübarizənin vəziyyəti müzakirə olunub

Nazirlər Kabineti həftəsonu qadağası qərarında dəyişiklik edib

Lukaşenko yeni Nazirlər Kabinetinin tərkibini təsdiqləyib

Nazirlər Kabineti həftəsonu məhdudiyyətlərin siyahısını açıqlayıb

Nazirlər Kabineti koronavirusa görə vəsait ayırıb

Nazirlər Kabineti: Maskadan istifadə etməmək məsuliyyətə səbəb olacaq

Nazirlər Kabineti: Metronun fəaliyyətinin bərpası məsələsi müzakirə olunur

Nazirlər Kabineti: Təcrid qaydalarının sərtləşdirilməsi günün tələbinə çevrilir

Nazirlər Kabineti yanında Operativ Qərargahın iclası keçirilib

Nazirlər Kabineti: Yeni ödəniş normativləri təbiətdən istifadə subyektlərinin məsuliyyətini artıracaq

Nazirlər Kabineti: İnsanlar yalnız yaxın market və apteklərə gedə bilər

Nazirlər Kabinetində vətəndaşların təxliyəsi məsələsi müzakirə edilib

Nazirlər Kabineti: Süni qiymət artımına və əsassız qıtlığa qarşı sərt tədbirlər görüləcək

Nazirlər Kabineti yanında Qərargah vətəndaşlara müraciət edib

Nazirlər Kabineti vergi və gömrük güzəştlərin tətbiqi qaydasını izah edib

Nazirlər Kabinetində müşavirə keçirilib

Nazirlər Kabinetində su ehtiyatlarının səmərəli idarə olunması müzakirə edilib

Nazirlər Kabinetində yeni kadr təyinatları olub

Nazirlər Kabinetində yeni təyinat olub

09 İyul 2020, 16:00 (GMT +4)
Neft Fondunun 2019-cu il üzrə illik hesabatı hazırlanıb

09 İyul 2020, 15:56 (GMT +4)
Pompeo Çini Hindistanla sərhəddə aqressiv davranmaqda ittiham edib

09 İyul 2020, 15:53 (GMT +4)
Əfqanıstan hökuməti və Taliban sərbəst buraxılan adamlarının sayını açıqlayıblar

09 İyul 2020, 15:45 (GMT +4)
AzMİU-da onlayn “Məzun günü” keçirilib

09 İyul 2020, 15:26 (GMT +4)
Kadırov Avstriyada rusiyalının öldürülməsinə münasibət bildirib

09 İyul 2020, 15:13 (GMT +4)
Neftçalada koronavirusla mübarizə tədbirləri gücləndirilib

09 İyul 2020, 14:53 (GMT +4)
Moskvada küçədə məcburi maska taxmaq ​​rejimi iyulun 13-də ləğv edilir

09 İyul 2020, 14:45 (GMT +4)
Birinci vitse-prezidentin tapşırığı ilə Cavid Paşayevin səhhəti xüsusi nəzarətə götürülüb

09 İyul 2020, 14:43 (GMT +4)
İranda koronavirusa yoluxan 250 min xəstədən 212 mini sağalıb

09 İyul 2020, 14:25 (GMT +4)
DİN subsidiyaların mənimsənilməsi ilə bağlı əməliyyat keçirib

09 İyul 2020, 14:10 (GMT +4)
Rusiya "Norman Dördlüyü"nün yeni saamitininin keçirilməsini istisna edib  

09 İyul 2020, 14:01 (GMT +4)
DİM: Sabah 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

09 İyul 2020, 13:47 (GMT +4)
Dmitri Medvedev Putinlə münasibətlərindən danışıb

09 İyul 2020, 13:38 (GMT +4)
İran Yəmənə silah göndərmək və gəmisinin ələ keçməsilə bağlı iddianı təkzib edib

09 İyul 2020, 13:36 (GMT +4)
Qusarda evlərdən oğurluq edən usta tutulub

09 İyul 2020, 13:25 (GMT +4)
ABŞ Jurnalistləri Müdafiə Komitəsi Safronovun dərhal azadlığa buraxılmasını tələb edir

09 İyul 2020, 13:00 (GMT +4)
ATU: Koronavirusa yoluxmuş şöbə müdiri EKMO cihazına qoşulub

09 İyul 2020, 12:48 (GMT +4)
Moskvada aprelin 5-dən indiyə qədər ən az koronavirusa yoluxma sayı qeydə alınıb

09 İyul 2020, 12:46 (GMT +4)
İsrail qüvvələri işğal edilən ərazilərdə 14 fələstinlini həbs ediblər

09 İyul 2020, 12:30 (GMT +4)
Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramıdır

09 İyul 2020, 12:15 (GMT +4)
BMT TŞ Rusiyanın Suriya ilə bağlı qətnaməsini dəstəkləməyib

09 İyul 2020, 12:11 (GMT +4)
Professor Elton Məmmədov qızıl medalla təltif edilib

09 İyul 2020, 12:03 (GMT +4)
AZAL Berlinə xüsusi reyslər həyata keçirəcək

09 İyul 2020, 12:02 (GMT +4)
İranın paytaxtında 4,500 həkim və tibb işçisi koronavirusa yoluxub

09 İyul 2020, 11:50 (GMT +4)
Tramp ABŞ və Meksika arasındakı münasibətlərin "əla" olduğunu açıqlayıb 

09 İyul 2020, 11:34 (GMT +4)
DİN: Karantin qaydalarını pozan daha bir kafe aşkarlanıb

09 İyul 2020, 11:20 (GMT +4)
Prezident İlham Əliyev “8-ci km” yarımstansiyasının açılışında iştirak edib (FOTOLAR)

09 İyul 2020, 11:16 (GMT +4)
Rusiya «Cəbhətan-Nusra»nın yeni «kimyəvi hücum planı»ndan xəbər verib

09 İyul 2020, 11:14 (GMT +4)
Trüdo: Kanada koronavirusa qarşı ABŞ-dan daha effektiv mübarizə aparır

09 İyul 2020, 10:58 (GMT +4)
ABŞ Süleymaninin öldürülməsi ilə bağlı BMT ekspertinin məruzəsini qeyri-obyetktiv hesab edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66