Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycanda bəzi qadağalar qüvvədə qalacaq - SİYAHI

15 May 2020, 16:30 (GMT +4)

Bakı, 15 may, SalamNews. Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin mayın 18-dən yumşaldılmasına qərar verilib.

SalamNews xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Buna baxmayaraq, bəzi məhdudiyyətlər isə mayın 31-dək qüvvədədədir.

Hazırda xüsusi karantin rejimi müddətində ölkə üzrə aşağıdakı məhdudiyyətlər qüvvədə qalır:

yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması;

xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna, eləcə də Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması;

bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması;

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması;

ASAN Xidmət və “DOST” xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması;

dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması;

toy məclislərinin təşkilinin qadağan olunması;

bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması;

tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması;

ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması;

əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması;

muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması;

nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyətinin dayandırılıması;

ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması; Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə saat 18:00-dan 08:00-dək yerində xidmətin dayandırılması;

tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi;

idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla);

massaj və hamam xidmətlərinin göstərilməsi;


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

05 İyun 2020, 17:40 (GMT +4)
Səudiyyə koronavirusa görə komendant saatını yenidən tətbiq etməyə başlayıb

05 İyun 2020, 17:22 (GMT +4)
Bill Geyts insanlara çiplərin implantasiya edilməsi iddialarına cavab verib

05 İyun 2020, 17:22 (GMT +4)
Balakəndə 2 tondan artıq çətənə kolu məhv edilib

05 İyun 2020, 17:03 (GMT +4)
Cavad Zərif Trampın danışıqlar aparmaqla bağlı təklifinə cavab verib

05 İyun 2020, 17:00 (GMT +4)
Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılıb

05 İyun 2020, 16:59 (GMT +4)
AB-də xarici sərhədləri iyunun sonuna qədər açmamaq təklif edilib

05 İyun 2020, 16:31 (GMT +4)
Azərbaycan Prezidenti İsveç Kralına məktub göndərib

05 İyun 2020, 16:28 (GMT +4)
Ərdoğan həftə sonu Türkiyədə komendant saatını ləğv edib

05 İyun 2020, 16:13 (GMT +4)
Braziliyada sutka ərzində 30 mindən çox insan COVID-19-a yoluxub

05 İyun 2020, 16:10 (GMT +4)
Azərbaycan çempionatının oyunlarında salamlaşma ləğv olunub

05 İyun 2020, 16:01 (GMT +4)
ADY ətraf mühitin qorunması istiqamətində fəaliyyətini genişləndirir

05 İyun 2020, 15:48 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxanların sayı 805-ə çatıb

05 İyun 2020, 15:40 (GMT +4)
Suriya ilə Ermənistan arasında uçuşlar 8 ildən sonra yenidən bərpa edilib

05 İyun 2020, 15:32 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-də videokonfrans keçirilib

05 İyun 2020, 15:23 (GMT +4)
Bayden: Amerikalıların 10-15 faizi çox yaxşı insanlar deyil

05 İyun 2020, 15:06 (GMT +4)
Əfqanıstanın cənubunda Talibanın hücumu nəticəsində ordu 10 əsgərini itirib

05 İyun 2020, 15:04 (GMT +4)
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

05 İyun 2020, 14:50 (GMT +4)
Təhsil Nazirliyi yay imtahan sessiyasının ləğvi ilə bağlı rəsmi açıqlama yayıb

05 İyun 2020, 14:39 (GMT +4)
Uxan xəstəxanalarında koronavirus xəstələri qalmayıb

05 İyun 2020, 14:22 (GMT +4)
Dövlət Sərhəd Xidməti Ermənistan Müdafiə Nazirliyinə cavab verib

05 İyun 2020, 14:20 (GMT +4)
Merkel beşinci müddətə namizədliyini irəli sürməyəcəyini açıqlayıb

05 İyun 2020, 14:15 (GMT +4)
İranda son gündə koronavirusa 2,886 nəfər yoluxub, 63 nəfər ölüb

05 İyun 2020, 14:14 (GMT +4)
Azərbaycanda Cənubi Qafqazda ilk biosfer rezervat yaradılır

05 İyun 2020, 13:56 (GMT +4)
İradə İbrahimova: Cəmiyyətimizdə ətraf mühitə dəyişən münasibət bizə ruh verir

05 İyun 2020, 13:41 (GMT +4)
Elon Mask "Amazon"u inhisarçı adlandırıb

05 İyun 2020, 13:38 (GMT +4)
İran Avropadan Suriyaya qarşı sanksiyaların dayandırılmasını tələb edib

05 İyun 2020, 13:26 (GMT +4)
AzTU Azərbaycan UNESCO klubları şəbəkəsinə üzv olub

05 İyun 2020, 13:24 (GMT +4)
Liviyanın «Milli Razılıq Hökuməti» qüvvələri Tarhuna şəhərini nəzarətə götürüb

05 İyun 2020, 13:21 (GMT +4)
Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində MDB məkanında 1-ci yerdədir

05 İyun 2020, 13:15 (GMT +4)
Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66