Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Operativ Qərargah: Xüsusi karantin rejimi məhdudiyyətlərinin bir qismi yumşaldılacaq

15 May 2020, 15:56 (GMT +4)

Bakı, 15 may, SalamNews. Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilmişdir.

SalamNews  xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə:

yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur;
bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülür;

restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla);

Qeyd edək ki, restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında xidmətlər pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Bu qaydalara riayət edilməsi ictimai iaşə obyektlərinin rəhbər şəxsləri və əməkdaşlarının, eyni zamanda xidmətlərdən istifadə edən müştərilərin birbaşa öhdəliyidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.
Eyni zamanda 18 may 2020-ci il saat 00:00-dan bütün ölkə üzrə:

muzey və sərgi zallarının fəaliyyəti bərpa olunur;

65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür. Bununla belə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir.
Hazırda xüsusi karantin rejimi müddətində ölkə üzrə aşağıdakı məhdudiyyətlər qüvvədə qalır:
yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması;

xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna, eləcə də Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması;
bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması;
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması;
ASAN Xidmət və “DOST” xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında v

ətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması;
dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması;
toy məclislərinin təşkilinin qadağan olunması;

bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması;
tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması;
ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması;
əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması;

muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması;
nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyətinin dayandırılıması;

ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması;
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə saat 18:00-dan 08:00-dək yerində xidmətin dayandırılması;
tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi;
idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla);
massaj və hamam xidmətlərinin göstərilməsi;

Fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçirilməlidir.
Bir daha vurğulayırıq ki, COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməlidir. Bu baxımdan COVID-19 ilə bağlı hazırkı vəziyyətdə hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, evdən yalnız ciddi ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. Mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

03 Avqust 2021, 17:58 (GMT +4)
Bakıda kişi arvadını qətlə yetirib, qonşusunu və daha bir nəfəri bıçaqlayıb

03 Avqust 2021, 17:52 (GMT +4)
Bolqarıstanın cənub-qərbində yanğınlar davam edir, xəsarət alanlar var

03 Avqust 2021, 17:49 (GMT +4)
Ucarda arvadını öldürən kişinin cinayət işi məhkəməyə göndərilib

03 Avqust 2021, 17:38 (GMT +4)
Pirallahı rayonunda Mübariz İbrahimov küçəsi təmir olunub

03 Avqust 2021, 17:30 (GMT +4)
Rusiyanın şərqində meşə yanğınlarının sahəsi böyüyür

03 Avqust 2021, 17:16 (GMT +4)
Son iki ayda Əfqanıstanda 80 min uşaq qaçqın vəziyyətinə düşüb

03 Avqust 2021, 15:33 (GMT +4)
İsmayıllıda meşədə narkotik becərən şəxslər saxlanılıb

03 Avqust 2021, 15:22 (GMT +4)
AQTA: Kənd təsərrüfatı məhsullarına ziyan vuran viruslar yayılır

03 Avqust 2021, 15:15 (GMT +4)
Rusiya Estoniya diplomatik nümayəndəliyinin əməkdaşını ölkədən qovur

03 Avqust 2021, 15:04 (GMT +4)
Tokio-2020: Rafiq Hüseynov erməniyə qalib gəlib

03 Avqust 2021, 15:02 (GMT +4)
Rayonlarda DOST Mərkəzlərinin filalları yaradılacaq

03 Avqust 2021, 15:00 (GMT +4)
Türkiyə Tokio-2020-də növbəti medalını qazanıb

03 Avqust 2021, 14:56 (GMT +4)
Hökumət qüvvələri və yerli könüllülər Hərat şəhərində Talibana müqavimət göstərirlər, onlarla ölən var

03 Avqust 2021, 14:51 (GMT +4)
ABŞ Konqresini müdafiə edən dörd zabit intihar edib

03 Avqust 2021, 14:50 (GMT +4)
“Sabah”la “Qəbələ” yoxlama oyunu keçirəcək

03 Avqust 2021, 14:48 (GMT +4)
Şənlik mərasimlərində iştirak edən 230 min qonağın sənədlərinə baxılıb

03 Avqust 2021, 14:39 (GMT +4)
Cari ilin yanvar-iyul aylarında DGK büdcə öhdəliyinə 113% əməl edib

03 Avqust 2021, 14:30 (GMT +4)
Qurban Qurbanov: “Qarabağ” AEL-i də məğlub etməlidir” – (VİDEO)

03 Avqust 2021, 14:24 (GMT +4)
Google payızda Pixel 6 və Pixel 6 Pro smartfonlarını təqdim edəcək

03 Avqust 2021, 14:19 (GMT +4)
“Champions Chess Tour”: Şəhriyar Məmmədyarov 1/4 finalda Levon Aronyanla üz-üzə gələcək

03 Avqust 2021, 14:16 (GMT +4)
Azərbaycanda havanın temperaturu 43 dərəcəyə yüksələcək

03 Avqust 2021, 14:09 (GMT +4)
Prezident İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib

03 Avqust 2021, 14:06 (GMT +4)
İsrail Avropa İttifaqı rəsmilərinin İran prezidentinin andiçmə mərasiminə qatılmasını qınayıb

03 Avqust 2021, 14:03 (GMT +4)
"Neftçi" bu gün Finlandiya klubu ilə qarşılaşır

03 Avqust 2021, 13:59 (GMT +4)
Deputat toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov saxlanılıb

03 Avqust 2021, 13:52 (GMT +4)
"bp"nin mənfəəti 3 milyard dollardan çox olub

03 Avqust 2021, 13:49 (GMT +4)
Azərbaycanlı atlet Ramil Quliyev Tokio-2020-də yarımfinala yüksəlib

03 Avqust 2021, 13:46 (GMT +4)
ABŞ-da "delta" ştamına görə lokdaun tətbiq edilməyəcək

03 Avqust 2021, 13:45 (GMT +4)
"Kəpəz" klubu hazırlığa başlayıb

03 Avqust 2021, 13:42 (GMT +4)
Astarada 85 yaşlı qadın yanaraq ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66