Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Taleh Ziyadov: Bakı Limanında 4000 yaxın sürücü və digər şəxslər testdən keçib

15 May 2020, 15:54 (GMT +4)

Bakı, 15 may, SalamNewsBu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə “Hökumətlər tərəfindən COVID -19-a qarşı görülən çevik tədbirlər” mövzusunda Qlobal Veb Forumu çərçivəsində ticarət və logistika mövzusuna həsr olunmuş panel keçirilib.

BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Ticarət Logistika bölməsinin rəhbəri Yan Hofmanın, Böyük Xəzər Assosiyasının Prezidenti Murat Seitnepesovun, ticarət və logistikanın İKT həlləri üzrə eksperti Maks Enin qatıldığı forumda Bakı Limanının Baş direktoru Taleh Ziyadov qonaqların diqqətini Orta Dəhliz (Middle Corridor) adlandırılan marşrutun əhəmiyyətinə cəlb edib.

Baş direktor qeyd edib ki, COVID-19 pandemiyası dövründə adı çəkilən marşrutun qlobal səviyyədə əhəmiyyəti daha bariz formada nümayiş olundu. Digər qlobal nəqliyyat və logistika dəhlizlərində məhdudiyyətlər tətbiq olunsa da, Orta Dəhliz tam gücü ilə fəaliyyətini davam etdirdi və Avropa ilə Çin arasında yüklərin daşınmasında etibarlı dəhliz olduğunu sübut etdi. Avropa-Orta Asiya-Çin və əks istiqamətdə ticarət dövriyyəsinin artımı buna sübutdur. Qeyd olundu ki, 2020-ci ilin ilk 4 ayında (yanvar-aprel ayları) Bakı Limanında yükaşırmanın həcmi 22 faiz artaraq 1,72 milyon ton olmuşdur. Bunlardan təkərli texnikanın aşırılması 22,4 faiz (11 399 TIR), quru yük aşırılması 4,4 dəfə (261 min ton), konteyner isə 6,7faiz (10.767 TEU) artmışdır.

Bakı Limanında COVID-19 pandemiyası ilə mübarizə tədbiri barədə ətraflı məlumat verən Taleh Ziyadov bildirib ki, Bakı Limanı COVID-19 pandemiyasından qorunmaq məqsədi ilə daimi olaraq gücləndirilmiş iş rejimində işləyir və davamlı olaraq dezinfeksiya tədbirləri keçirilir. Əlavə olaraq, Baş direktor bildirib ki, virusun yarada biləcəyi təhlükəni minimuma endirmək məqsədi ilə liman daxilində müvəqqəti saxlanma-karantin və steril (təmiz) zonalar yaradılıb. Limana daxil olan hər bir TIR sürücüsü müvəqqəti saxlanma-karantin zonasında test olunur və yalnız nəticələr mənfi çıxdığı təqdirdə steril zonaya yola salınır.

Mart ayının 18-dən etibarən liman ərazisində xarici TIR sürücüləri və yerli əməkdaşlar da daxil olmaqla 2266 şəxs test olunub. Eyni zamanda, liman xidmətlərindən istifadə edən sürücülərin böyük əksəriyyətinin “Qırmızı Körpü” sərhəd buraxılış məntəqəsindən daxil olduğunu nəzərə alaraq, liman əməkdaşları sözügedən məntəqədə Dövlət Gömrük Komitəsi, TƏBİB və Referance hospitalının əməkdaşları ilə birgə sürücülərin müayinəsini təşkil ediblər və aprel ayının 12-dən başlayaraq 1.318 şəxs test olunub. Ümumiyyətlə pandemiya başlayan dövrdən bu günə kimi 4000 yaxın sürücü və digər şəxslər test ediliblər.

Sonda Baş direktor Taleh Ziyadov qeyd edib ki, bütün bu tədbirlər Orta Dəhlizin stabil və operativ işləməsini təmin edib. Qeyd olunan dövr ərzində əldə olunan təcrübə Qazaxıstan və Türkmənistan həmkarları ilə də bölüşülübdür.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Taleh Ziyadov СEO Lunch-ın qonağı olub

Hər ay Bakı Beynəlxalq Dəniz Ticarət Limanından 700-dən çox konteyner yola salınır - Taleh Ziyadov

Taleh Ziyadov: "Təklifimiz odur ki, Ələtdəki Bakı Limanı ətrafında iqtisadi zona yaradılsın"

30 May 2020, 17:44 (GMT +4)
Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

30 May 2020, 17:00 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

30 May 2020, 16:50 (GMT +4)
Bakıda iki marşrutun hərəkət istiqaməti dəyişdiriləcək

30 May 2020, 16:43 (GMT +4)
Moskvada sərnişin təyyarəsi hava limanına enişdən sonra alovlanıb

30 May 2020, 16:41 (GMT +4)
“Fəvvarələr meydanı”nda fleşmob keçirənlər saxlanılıb

30 May 2020, 16:30 (GMT +4)
Azərbaycan bu il dezinfeksiyaedici vasitələrin idxalını 3 dəfəyə qədər artırıb

30 May 2020, 16:24 (GMT +4)
Rusiyada koronavirusa qarşı peyvənd hazırlanıb

30 May 2020, 16:20 (GMT +4)
"Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının videokonfrans formatında keçiriləcək görüşünün vaxtı məlum olub

30 May 2020, 16:10 (GMT +4)
Bakıda daha bir marşrut xətti “BakuBus”un ixtiyarına verilib

30 May 2020, 16:01 (GMT +4)
“Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib

30 May 2020, 15:49 (GMT +4)
Özbəkistanda karantin rejimi iyunun 15-dək uzadılıb

30 May 2020, 15:44 (GMT +4)
Bakıda istixanada narkotik bitkiləri əkib-becərən şəxs saxlanılıb

30 May 2020, 15:30 (GMT +4)
Milli Məclisin son iclasının gündəliyinə dəyişiklik edilib

30 May 2020, 15:21 (GMT +4)
Baydenin fikrincə ABŞ polisinin iş prinsipləri dəyişdirilməlidir

30 May 2020, 15:10 (GMT +4)
DİN: AXCP üzvü polisə tabe olmadığına görə həbs edilib

30 May 2020, 14:54 (GMT +4)
Rusiyada son sutka ərzində daha 8 952 nəfər koronavirusa yoluxub

30 May 2020, 14:30 (GMT +4)
Tibbi maskalardan istifadə edilməməsinə görə cərimələr müəyyənləşib

30 May 2020, 14:17 (GMT +4)
Çin koronavirusun mənbəyinin Uxandakı bazar olduğuna dair iddiları rədd edib

30 May 2020, 14:15 (GMT +4)
DGK: "Samur" postundan keçən yük avtomobillərinin sayı artıb

30 May 2020, 14:01 (GMT +4)
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı artıb

30 May 2020, 13:40 (GMT +4)
Moskvada daha 3599 nəfər koronavirusdan sağalıb

30 May 2020, 13:30 (GMT +4)
Sabah Milli Məclisin plenar iclası keçiriləcək

30 May 2020, 13:22 (GMT +4)
Almaniyada koronavirusdan təxminən 8,5 min nəfər ölüb

30 May 2020, 13:20 (GMT +4)
Dahi satirik şair Mirzə Ələkbər Sabirin doğum tarixidir

30 May 2020, 13:15 (GMT +4)
Su hovuzunda və yaşadığı evdə narkotik becərənlər saxlanılıb

30 May 2020, 13:04 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanib

30 May 2020, 12:45 (GMT +4)
Zaxarova ABŞ-ın ÜST-lə bağlı qərarına münasibət bildirib

30 May 2020, 12:45 (GMT +4)
“Reabilitasiya” elektron sistemi yaxın aylarda işə salınacaq

30 May 2020, 12:25 (GMT +4)
Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib

30 May 2020, 12:15 (GMT +4)
Ləki-Qəbələ dəmir yolu xəttində tikinti işlərinin 70 faizi tamamlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66