Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » RAMAZAN

Mübariz Mənsimov Ramazan sovqatının paylanılması üçün göstəriş verib

15 May 2020, 14:42 (GMT +4)

Bakı, 15 may, SalamNews. “Palmali” şirkətinin prezidenti Mübariz Mənsimov müqəddəs Ramazan ayı münasibəti ilə soydaşlarımıza sovqatların paylanması barədə göstəriş verib.

Bu barədə SalamNews-a şirkətin İctimai əlaqələr departamentinin rəhbəri Fidan Quliyeva məlumat verib.

Fidan Quliyeva təəssüflə bildirib ki, Mübariz Mənsimov Ramazan ayını həmişə öz soydaşları ilə keçirərdi:

"Ötən il “Palmali Şirkətlər Qrupu”nun təşəbbüsü və dəstəyi ilə 500 nəfərə yaxın İstanbulda təhsil alan azərbaycanlı tələbə, müəllim və həkimlər bir araya gəlib bərabər iftar süfrəsində iştirak etdilər. Mübariz Mənsimov da orada idi. Həmin gün bir çox tələbə özünə iş tapdı, müəllimlər tələbələrlə, həkimlərlə, bir sözlə, insanlar bir-birilə tanış oldular, həmin tanışlıqların bir çoxu bu il artıq dostluq münasibətləri ilə əvəzlənib. Lakin bu, sadəcə, iftar deyildi. Əsas məqsəd soydaşlarımızı bir araya gətirmək, onları bu müqəddəs Ramazan ayında bir-birinə daha yaxın, həmrəy etmək idi. İldən-ilə Mübariz Mənsimov buna daha çox nail olurdu. Ümumiyyətlə, Mübariz Mənsimov hər zaman birlik və bərabərliyin tərəfdarı olub. Ramazan aylarında, Qurban bayramlarında, tələbələr ücün məzuniyət tədbirlərinin, yarışmaların və əyləncələrin təşkili, az təminatlı insanlarla görüşlər yalnız və yalnız bir məqsədə – azərbaycanlıları bir araya toplayıb onları bir gücə çevirmək xidməti daşıyırdı. Təəssüf ki, bu dəfə belə olmadı. Koronavirus səbəbi ilə toplanmağımız mümkün olmadı. Amma heç bir dərd Mübariz bəyə Sizi unutdurmağa qadir deyil. O, Ramazan ayında süfrənizdə “Palmali”dən sovqat olsun deyə göstəriş verdi. İstanbulda yaşayan və ya təhsil alan az təminatlı ailələrə baş cəkmək zamanı gəldi. Artıq siyahılar tutulub. Hər birinizə zəng edib dualarınızı alacayıq. Mənim tək bir duam var: Hər bir Ramazan bayramını Mübariz bəy ilə bərabər qeyd etmək! Əlbəttə, Sizin dualarınızın Mübariz insanın tezliklə azadlığa çıxması ilə bağlı olmasını rica edirik. “İNSAN” adını daşıyan Mübariz üçün…”


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Mübariz Mənsimovun azadlığa çıxması ilə bağlı yayılan məlumatlar əsassızdır (RƏSMİ)

Mübariz Mənsimovla bağlı yayılan məlumatlara rəsmi aydınlıq gətirilib

Mübariz Mənsimovun səhhəti ağırlaşıb

"Palmali" Holdinqin İdarə Heyətinin sədri Mübariz Mənsimov həbs edilib

Mübariz Mənsimov Türkiyədə saxlanılıb

"Palmali”: Mübariz Mənsimovun adından saxta səhifələr açılıb

Mübariz Mənsimov 100 tələbəyə təqaüd verəcək (SİYAHI)

Mübariz Mənsimovun yeni gəmisi Əbülfəz Elçibəyin adını daşıyacaq

Mübariz Mənsimov Azərbaycan Prezidentini təbrik edib

Mübariz Mənsimov İlham Əliyevi təbrik edib

29 May 2020, 22:05 (GMT +4)
Deputat: Yeni salınan şəhərciklər məcburi köçkünlər üçün müvəqqəti yaşayış yeridir

29 May 2020, 18:14 (GMT +4)
Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

29 May 2020, 17:55 (GMT +4)
Mayın 31-dən dövlət qurumları tam heyətlə fəaliyyətə başlayır

29 May 2020, 17:54 (GMT +4)
Azərbaycanda bəzi qadağalar qüvvədə qalacaq - Siyahı

29 May 2020, 17:50 (GMT +4)
Restoran, kafe və çay evlərində xidmət saatları artırılır

29 May 2020, 17:46 (GMT +4)
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verilib

29 May 2020, 17:15 (GMT +4)
Xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi aradan qaldırılıb

29 May 2020, 17:10 (GMT +4)
Azərbaycanda iri ticarət mərkəzləri və “Mall”arın fəaliyyəti bərpa olunur

29 May 2020, 17:01 (GMT +4)
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

29 May 2020, 17:00 (GMT +4)
Prezident İlham Əliyev Xorvatiyanın dövlət başçısını təbrik edib

29 May 2020, 16:50 (GMT +4)
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı açıqlanıb

29 May 2020, 16:40 (GMT +4)
Trampla Twitter-in qarşıdurması qızışıb – Prezidentin son paylaşımı məhdudlaşdırılıb

29 May 2020, 16:37 (GMT +4)
Nazirlər Kabineti: Maskadan istifadə etməmək məsuliyyətə səbəb olacaq

29 May 2020, 16:30 (GMT +4)
Azərbaycanda dayanacaqlarda maskadan istifadə məcburi oldu

29 May 2020, 16:25 (GMT +4)
Qoruyucu tibbi maskaların taxılması məcburi olan yerlərin siyahısı açıqlanıb

29 May 2020, 16:20 (GMT +4)
COVID-19 infeksiyasına qarşı mübarizədə ictimai nəzarət sistemi yaradılıb

29 May 2020, 16:08 (GMT +4)
Netanyahu Fələstin ərazilərinin İsrailə əlavə edilməsinin zamanını açıqlayıb

29 May 2020, 16:07 (GMT +4)
Azərbaycan dövlət sərhədinin bağlanması müddəti uzadılır

29 May 2020, 15:57 (GMT +4)
Kim Çen In Azərbaycan Prezidentini təbrik edib

29 May 2020, 15:40 (GMT +4)
“TariximİZ-Şərqin günəşi” onlayn forumu keçirilib (FOTO)

29 May 2020, 15:36 (GMT +4)
İradə İbrahimova: Ağac kəsənlər cəmiyyət qarşısında utansınlar

29 May 2020, 15:17 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı azalır, yoluxanlar sürətlə artır

29 May 2020, 15:15 (GMT +4)
Bakıda marşrut avtobusu piyadanı vuraraq öldürüb

29 May 2020, 15:01 (GMT +4)
Buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların hesablanması qaydası açıqlanıb

29 May 2020, 14:45 (GMT +4)
Qonşusunun evindən qızıl oğurlayan Zaqatala sakini tutulub

29 May 2020, 14:30 (GMT +4)
Kolleclərə 47 734 nəfər sənəd verib

29 May 2020, 14:20 (GMT +4)
Sabirabad sakinindən 4 kq-a yaxın narkotik götürülüb

29 May 2020, 14:01 (GMT +4)
ADU tələbə qəbulu elan edib

29 May 2020, 13:38 (GMT +4)
Tramp Minnesotada gərginliyin davam edəcəyi təqdirdə «iğtişaşçılar»a atəş açılacağını deyib  (VİDEO)

29 May 2020, 13:30 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66