Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 46 mini ötüb15 May 2020, 13:57 (GMT +4) Bakı, 15 may, SalamNews, B.Samid. Səudiyyə Ərəbistanında koronavirusa yoluxduğu qeydə alınan xəstələrin sayı 46,869 nəfər təşkil edir.
SalamNews Səudiyyə Ərəbistanın dövlət xəbər agentliyi VAS-a istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, ölkədə Covid-19 virusuna yoluxma sayı armaqdadır.
Əlavə edilib ki, ölkədə yeni yoluxmaların qeydə alınması ilə xəstələrin ümumi sayı 46,869, ölənlərin sayı isə 283 nəfərdir.
Yoluxanlardan 19,051 nəfərinin sağaldığı bildirilir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında koronavirusa görə Məkkə və Mədinə hərəmlərində yalnız təravih namazı məhdud sayda insanların iştirakı ilə qılınır. Ölkə rəsmiləri vəziyyətin belə davam edəcəyi təqdirdə avqust ayına təsadüf edəcək həcc mərasiminin də keçirilməyəcəyini ehtimal edirlər.
|