Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Dr.Müseyib Əhmədov: Xəstələr oynaqlarda ağrı yarandığı dövrdə ixtisasçı həkimə müraciət etsinlər

15 May 2020, 11:26 (GMT +4)

Bakı, 14 may, SalamNews, K.Orxan. Travmatologiya və ortopediya tibbin aktual sahələrindən biri olub, dayaq-hərəkət sistemi xəstəliklərinin diaqnostikası və cərrahi müalicəsi ilə məşğul olur. Bu xəstəliklərə ilk növbədə, oynaq artrozları, dayaq-hərəkət aparatının travmaları, vətər kəsilmələri, onurğa sütununun xəstəlikləri, periferik sinirlərin travmatik zədələnmələri və müxtəlif ortopedik patologiyalar aiddir.

Travmatologiya və ortopediya son illərdə texnoloji və elmi inkişaf nəticəsində ən sürətlə irəliləyən, dəyişən, əhatəsini genişləndirən sahələrdən birinə çevrilib. Hazırda Azərbaycanın tibb müəssisələri dayaq-hərəkət sistemi xəstəliklərinin diaqnostikası və müalicəsində ən müasir tibbi avadanlıqlarla və beynəlxalq təcrübəyə malik yüksəkixtisaslı həkimləri ilə əhalinin xidmətindədir.

Əsasən yol qəzaları, yüksəklikdən yıxılma və istehsalat qəzaları ilə bağlı müraciət edən xəstələrin sayı daha çox olur. Düzdür, hazırda pandemiya dövrü ilə əlaqədar travmatoloji xəstəliklərin sayında bir qədər azalma var. Belə ki, karantin rejimi qaydalarına uyğun olaraq insanlar vaxtını daha çox evdə keçirir. Buna baxmayaraq, artroz xəstələrini maraqlandıran çoxlu suallar vardır. Bunu nəzərə alıb suallarımızı Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu Müseyib Əhmədova ünvanladıq.

-Doktor, artroz xəstəliyini ilkin dövrdə müalicə etməklə qarşısını almaq olarmı?

-Statistikaya əsasən son dövrlərdə artroz xəstələrinin sayı artıb. Bunların arasında əsasən diz-oynaq, bud-çanaq oynağı artrozu xəstəlikləri yer alır. Təəssüf ki, xəstələr adətən diz və bud-çanaq oynaqlarında 3-cü və ya 4-cü dərəcəli artroz şikayətləri ilə müraciət edirlər. Bunlar xəstəliyin gecikmiş formaları sayılır. Bu cür artrozlu xəstələrdə biz məcburən oynaqların süni protezləşməsi olan endoprotez əməliyyatını seçirik. Belə xəstələrə tövsiyəmiz ondan ibarətdir ki, ağrıların ilk əlamətini hiss edərkən həkimə müraciət etsinlər. Belə olduğu təqdirdə əməliyyata da ehtiyac qalmır. Başqa sözlə desək, vaxtında aparılmış profilaktika xəstəliyin irəliləməsinin qarşısını ala və sümük sağlamlığını uzun müddət qoruya bilər.

Ortopediyaya aid bir çox xəstəlikləri innovasiya texnologiyalarından istifadə etməklə aradan qaldırmaq olar. Sümüklərin sınması zamanı hazırda intramedulyar ştiftlər və metal lövhələrin vasitəsi ilə azinvaziv osteosintez metodlardan istifadə edilərsə, pasiyentlər qısa müddətdə müalicə olunur. Xəstə tez bir zamanda aktiv həyata qayıdır. Burada fəsadlar riski çox minimaldır. Kosmetik effekt isə əladır. Ortopedik xəstəliklərin inqilabi metodlarından biri oynaqların endoprotezləşdirilməsidir. Bu, hətta müalicədən qabaq sərbəst yeriyə, hərəkət edə bilməyən yaşlı insanlara belə tam yaşamaq sevinci bəxş edir.

- Mərkəzi Gömrük Hospitalında travmatoloji və ortopedik xəstəliklərlə bağlı hansı cərrahi əməliyyatlar yerinə yetirilir?

-Hospitalda travmatoloji və ortopedik xəstəliklərlə bağlı bütün cərrahiyyə əməliyyatları icra edilir. Ən əsası isə xəstələr əməliyyatdan öncə və sonra reabilitasiya proqramına qoşulur və onların fizioterapiya üzrə müalicələri aparılır.

-İndiki dövrdə, koronavirus pandemiyası ilə əlaqədar sizə müraciətlərin sayı azalıbmı?

-Bəli, COVİD-19 pandemiyası davam etdikcə, məktəblərin və uşaq bağçalarının bağlandığı, insanlar evdə oturduqları bir dövrdə travmaların da sayı azalıb. Belə ki, uşaqlar evdən çıxmır, velosiped və diyircəkli baysikllərdən yıxılma, idman oyunları zamanı zədə almalar olmur. Eləcə də, karantin rejimində küçələrdə avtomobillərin azalması yol-nəqliyyat qəzalarının da bir qədər qarşısını alıb.

-Sonda izləyicilərimizə hansı məsləhətləri vermək istərdiniz?

-Koronavirus pandemiyası dövrü hələ bitməyib və bu xəstəliyin tam aradan qaldırılması müddəti də məlum deyil. İnsanların zərurət olmadan evdən çıxmaması ilə əlaqədar olaraq, evdə qaldıqda da, hərəkətsiz qalmasınlar, yüngül idman hərəkətləri etsinlər, yəni hərəkətin məhdud olduğu bir şəraitdə hərəkətsiz qalmasınlar. Evin havasını tez-tez dəyişib idman məşğələlərini icra etsinlər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

04 İyul 2020, 17:05 (GMT +4)
AQTA: Daha 78 obyektdə qanun pozuntuları aşkarlanıb

04 İyul 2020, 17:00 (GMT +4)
Lənkəran sakinindən 11 kq-dan çox narkotik vasitə götürülüb

04 İyul 2020, 16:47 (GMT +4)
Tacikistanda 5 bal gücündə zəlzələ baş verib

04 İyul 2020, 16:33 (GMT +4)
İsrail qüvvələri fələstinlilərin aksiyasına müdaxilə edib, 23 nəfər xəsarət alıb

04 İyul 2020, 16:27 (GMT +4)
Əflatun Amaşov: KİV-lərin ümumrespublika konfransı keçiriləcək

04 İyul 2020, 16:19 (GMT +4)
NYT: ABŞ kəşfiyyatı Rusiyanın Talibanla əlaqələrinə dair dəlil olmadığını iddia edir

04 İyul 2020, 16:08 (GMT +4)
“İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə bir sıra yeniliklər tətbiq edilib

04 İyul 2020, 15:50 (GMT +4)
AMEA-nın şöbə müdiri vəfat edib

04 İyul 2020, 15:47 (GMT +4)
"Mançester Siti" Messinin yeni klubu ola bilər

04 İyul 2020, 15:29 (GMT +4)
İranda koronavirusa yoluxanlardan 198 mini sağalıb

04 İyul 2020, 15:29 (GMT +4)
Qazaxda nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb

04 İyul 2020, 15:18 (GMT +4)
Ermənistanda son sutkada 580 nəfər COVID-19-a yoluxub, 8 nəfər ölüb

04 İyul 2020, 15:07 (GMT +4)
Abşeronda qanunsuz işləyən dərzi sexi aşkarlanıb, 56 nəfər cərimələnib

04 İyul 2020, 14:51 (GMT +4)
Türkiyə Kaşıqçının işi üzrə şəffaflığı təmin edib

04 İyul 2020, 14:34 (GMT +4)
Əlcəzair Fransaya qarşı mübarizə aparmış şəhid cənazələrini Paris muzeyindən ölkəyə gətirib (FOTO)

04 İyul 2020, 14:34 (GMT +4)
Qanunsuz yollarla Bakıdan Qəbələyə gələn şəxslər cəzalandırılıblar

04 İyul 2020, 14:30 (GMT +4)
Sahibkarlara hüquqi xidmətlərin göstərilməsi müzakirə edilib

04 İyul 2020, 14:20 (GMT +4)
Yenilənmiş Rusiya Konstitusiyasının mətni dərc edilib

04 İyul 2020, 14:06 (GMT +4)
Bakıda alternativ qaz xətləri yaradılır

04 İyul 2020, 13:49 (GMT +4)
Bostonda baş verən atışma ilə bağlı iki nəfər saxlanılıb

04 İyul 2020, 13:46 (GMT +4)
İranda dolların qiyməti rekord həddə bahalaşıb

04 İyul 2020, 13:40 (GMT +4)
Şamaxıda ictimai iaşə və ərzaq satışı müəssisələrində reydlər keçirilir (FOTO)

04 İyul 2020, 13:20 (GMT +4)
KİV: Hindistanın şimal-şərqində sel nəticəsində təxminən 60 nəfər ölüb

04 İyul 2020, 13:13 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

04 İyul 2020, 13:00 (GMT +4)
Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır 

04 İyul 2020, 12:50 (GMT +4)
ABŞ, Taliban və hökumət Əfqanıstandaxili sülh danışıqlarının zamanını təyin edə bilməyiblər

04 İyul 2020, 12:44 (GMT +4)
Rusiyada son sutkada koronavirusa yoluxanların sayı 6 632 nəfər artıb

04 İyul 2020, 12:41 (GMT +4)
DYP: 2 491 hərəkət iştirakçısı karantin qaydalarını pozub

04 İyul 2020, 12:25 (GMT +4)
Forbes: İlon Maskın sərvəti bir həftədə $5 milyard artıb

04 İyul 2020, 12:15 (GMT +4)
İran Nətənz nüvə obyektindəki hadisənin səbəbilə bağlı açıqlamanı təxirə salıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66