Oruc, gözümüzün nuru, ruhumuzun güc qaynağıdır - Ramazan ayının 21-ci gününün duası15 May 2020, 02:52 (GMT +4) Bakı, 15 may, SalamNews. Ramazan bədənlərə şəfa, könüllərə səfa bəxş edən, rəhmət, məğfirət, bərəkət və müjdələrlə dolu bir aydır. Dəyəri getdikcə daha yaxşı aydın olan oruc, gözümüzün nuru, ruhumuzun güc qaynağıdır.
SalamNews xəbər verir ki, bu gün Ramazan ayının 21-ci günüdür.
Bu günün duası belədir:
"Allahumməc-əl li fihi ila mərzatikə dəlila. Və la təc-əl liş-şeytani fihi əleyyə səbila. Vəc-əlil-cənnətə li mənzilən və məqila. Ya qaziyə həvaicit-talibin".
Tərcüməsi:
"İlahi, bu gün sənin razılığına bais olan əməllərə doğru mənə yol göstər! Bu gün şeytanın mənə hökmranlıq yollarını bağla! Cənnəti mənim üçün mənzil və aramgah et! Ey tələb əhlinin ehtiyacını yerinə yetirən Allah!"
|