Putin rus genetiklərinin koronavirusa qarşı mübarizədə göstərdiyi əməyə görə təşəkkür edib14 May 2020, 17:29 (GMT +4) Bakı, 14 may, SalamNews. Rusiya Prezidenti Vladimir Putin, rus genetiklərinin koronavirus infeksiyası COVID-19 ilə mübarizəyə verdiyi töhfəni xüsusi vurğulayıb.
"İndi genetik tədqiqatlar test sistemləri, peyvəndlər və dərmanlar, o cümlədən koronavirusla mübarizəyə yol açır", Putin deyib.
SalamNews RT-yə istinadla xəbər verir ki, bu barədə o, Rusiyada genetik texnologiyaların inkişafı ilə bağlı keçirilən iclasda açıqlama verib.
"Genetiklərə bu təhlükəyə qarşı mübarizədə verdiyi töhfələrə görə təşəkkür edirəm", Putin deyib.
|