Dünya bazarlarında neftin qiyməti yüksəlməyə başlayıb14 May 2020, 10:58 (GMT +4) Bakı, 14 may, SalamNews. Dünya bazarlarında neftin qiyməti yüksəlməyə başlayıb.
SalamNews xəbər verir ki, mayın 14-ü keçirilən ticarət əməliyyatları bunu göstərir.
"WTI" markalı xam neftin iyun fyuçersinin bir barelinin qiyməti 1.15 faiz artaraq 25.58 dollar olub.
İyul ayında "Brent" markalı neftin bir barelinin qiyməti 0,48 faiz artaraq 29,33 dollar/barel təşkil edib.
Qeyd edək ki, Rusiya Energetika Nazirliyinin rəhbəri Aleksandr Novak ABŞ Enerji naziri Dan Bruyett ilə telefon danışığında neft bazarındakı vəziyyəti müzakirə edib.
|