Türkiyə koronavirusun yayılmasına qarşı uğurla mübarizə aparır - Ərdoğan13 May 2020, 17:43 (GMT +4) Bakı, 13 may, SalamNews. Türkiyə koronavirus infeksiyasının (COVID-19) yayılmasına qarşı uğurla mübarizə aparmaqda davam edir.
SalamNews -un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, bunu prezident Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının üzvlərinə videokonfrans vasitəsilə müraciət edərkən bildirib.
Dövlət başçısının sözlərinə görə, ölkədə həm koronavirus infeksiyasına yoluxma halları, həm reanimasiya şöbələrində müalicə edilənlər, həm də mexaniki ventilyasiya cihazlarına qoşulanların sayında müsbət tendensiya müşahidə olunur.
"Pandemiya dövründə Türkiyənin üzləşdiyi proseslər yerli tibbin inkişafının düzgün istiqamətdə getdiyini göstərdi. Biz dünyada koronavirus təhlükəsi tamamilə aradan qalxana qədər ayıqlığımızı qorumalıyıq", Ərdoğan deyib.
|