Muraşko koronavirus peyvəndinin yaranacağı tarixi açıqlayıb 13 May 2020, 16:25 (GMT +4) Bakı, 13 may, SalamNews. Rusiya Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko, koronavirus infeksiyası üçün ilk vaksinlərin yaranacağı tarixi açıqlayıb.
Nazirin sözlərinə görə, koronavirusa qarşı peyvənd üçün ilk dərmanlar iyulun sonlarında yarana bilər.
SalamNews -un TASS-a istinadla verdiyi xəbərə görə, nazir bunu Dövlət Dumasının plenar iclasında açıqlayıb.
O həmçinin qeyd edib ki, "normal həyata qayıdış" yalnız peyvəndin yaranması ilə mümkün olacaq.
Qeyd edək ki, "Rospotrebnadzor" koronavirus infeksiyası ilə əlaqədar məhdudiyyətlərin aradan qaldırılması üçün tövsiyələr hazırlayıb.
|