Lukaşenko Minskdəki Qələbə Paradından sonra koronavirusa yoluxmanın azaldığını açıqlayıb13 May 2020, 14:22 (GMT +4) Bakı, 13 may, SalamNews. Belarusiya Prezidenti Aleksandr Lukaşenko Minskdəki hərbi paraddan sonra koronavirusa yoluxmanın azaldığını açıqlayıb.
"Paradla bağlı danışım. İnsanlar havada idi, əminəm ki, bu qapalı yerdən qalmaqdan daha yaxşıdır", Lukaşenko iclasda deyib.
SalamNews -un "İnterfaks"a istinadla verdiyi xəbərə görə, o hökumətin paraddan sonra xəstəliyin artması ilə əlaqədar narahatlıq keçirdiyini etiraf edib.
"İndi biz nə əldə etdik? Minskdə yoluxma iki dəfə azalıb", o deyib.
Qeyd edək ki, Belarus koronavirus pandemiyası səbəbiylə 9 mayda planlaşdırılan paradı ləğv etməyib.
|