Dövlət Departamenti S-400-ü Türkiyə ilə münasibətlərdə əsas qıcıqlandırıcı amil adlandırıb13 May 2020, 13:58 (GMT +4) Bakı, 13 may, SalamNews. ABŞ hesab edir ki, Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alması məsələsi Vaşinqton və Ankara arasındakı münasibətlərdə əsas qıcıqlandırıcı amil olaraq qalır.
SalamNews RİA Novosti-yə istinadla xəbər verir ki, bunu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi və Türkiyə ilə münasibətlər üzrə aparıcı diplomatlarından biri Ceyms Cefri bildirib.
"S-400 çox iri sualdır ... Bu olduqca çətin bir sualdır, çünki bu, ABŞ və müttəfiqlərinin İkinci Dünya Müharibəsindən bəri ən böyük sərmayəsi olan F-35 qırıcısına aiddir. Türkiyənin addımları bu qırıcının potensialını sarsıdır", deyə Cefri Qudzon İnstitutunun tədbirində çıxış edərkən deyib.
"Bu, ən böyük problemdir. Liviya, NATO, Qafqaz-Qara dəniz bölgəsi, Suriya və İraq da daxil olmaqla bir çox məsələlər də daxil olmaqla qalan hallarda bizim Türkiyə ilə münasibətlərimiz yaxşıdır", o deyib.
|