Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyev Sumqayıtda tibbi maska fabrikinin açılışında iştirak edib

12 May 2020, 14:11 (GMT +4)

Bakı, 12 may, SalamNews. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında iştirak ediblər.

SalamNews xəbər verir ki, “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Mehriban Axundova dövlətimizin başçısına və birinci xanıma müəssisələrin fəaliyyəti barədə məlumat verdi.

Bildirildi ki, tibbi maska fabrikində birdəfəlik istifadə üçün maskalar istehsal olunacaq. Maskalar üçqatdır və orta qatı xüsusi süzgəc funksiyasını yerinə yetirən toxunmamış parçadan ibarətdir. Bu maskalar müxtəlif kateqoriyalı virus və infeksiyalara qarşı davamlıdır. İlk mərhələdə fabrikdə gün ərzində 140 min ədəd maska istehsalı nəzərdə tutulur. May ayının sonunadək burada əlavə avadanlıq quraşdırılacaq. Bu isə öz növbəsində istehsal gücünü artırmağa imkan verəcək. Beləliklə, fabrikdə mərhələli şəkildə bu göstərici 300 min ədədədək artırılacaq. Hazırda istehsalat prosesinə cəlb olunmuş işçilərin sayı 30 nəfərdir, əlavə avadanlıq quraşdırıldıqdan sonra isə 50 nəfərə çatacaq.

“Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətdə birdəfəlik istifadə üçün qoruyucu kombinezonların da istehsalına başlanılıb. Məhsullar polietilen qoruyucu membranla örtülüb, yüksək sıxlıqlı polipropilendən olan toxunmamış parçadan tikilir. Bu isə öz növbəsində məhsulun keyfiyyətini artırır. Belə ki, bu parça möhkəmliyi, sukeçirməzliyi, kimyəvi maddələrə davamlılığı, yüngüllüyü ilə fərqlənir. İstehsal olunan qoruyucu kombinezonlar istifadəçiləri virus, infeksiya, zərərli kimyəvi maddələrdən və ya həssaslıq yarada bilən məhsul və proseslərdən qoruyur. Məhsulun uyğunluğu müvafiq standartlar üzrə sertifikatlaşdırılıb. Burada gün ərzində 6 min ədəd qoruyucu kombinezonun istehsalı nəzərdə tutulur. Müəssisənin istifadəyə verilməsi yeni iş yerlərinin açılması baxımından da böyük əhəmiyyət daşıyır. Belə ki, buradakı istehsalat prosesinə 210 işçi cəlb olunub. Yerli tələbat ödənildikdən sonra həm tibbi maskaların, həm də qoruyucu kombinezonların ixracı da nəzərdə tutulur. Beləliklə, bu cür müəssisələrin fəaliyyətə başlaması Azərbaycanın ixrac potensialının artırılmasına xidmət etməklə bərabər, qeyri-neft sektorunun inkişafı baxımından da böyük rol oynayır.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva müəssisələrin bir qrup işçisi ilə görüşdülər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident İlham Əliyev “8-ci km” yarımstansiyasının açılışında iştirak edib (FOTOLAR)

Prezident İlham Əliyevlə BMT-nin Baş katibi arasında telefon danışığı olub

Prezident İlham Əliyev Yaponiya imperatoruna başsağlığı verib

Prezident İlham Əliyev: Əlavə xəstəxanalara ehtiyac olacaq

Prezident İlham Əliyev Nursultan Nazarbayevə telefonla zəng edib

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib

Prezident İlham Əliyev modul tipli hospitalın açılışında iştirak edib

Prezident İlham Əliyev Donald Trampa təbrik məktubu göndərib

Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib

Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

Prezident İlham Əliyev səhifəsində Polis Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev nazirliklə bağlı fərman imzalayıb

Prezident İlham Əliyev və ÜTT-nin Baş katibi arasında videokonfrans keçirilib

Prezident İlham Əliyev Türkmənistan Prezidentinə zəng edib

Prezident İlham Əliyev iki dənizçini təltif edib 

Prezident İlham Əliyev İçərişəhərdə aparılan bərpa-konservasiya işləri ilə tanış olub

Prezident İlham Əliyev Səhiyyə Nazirliyinə 2 milyon manat ayırıb

Prezident İlham Əliyev: Sosial sahədə heç bir ixtisar olmayacaq

Prezident İlham Əliyev: Qapalı şəraitdə hər kəs maska taxmalıdır

12 İyul 2020, 17:44 (GMT +4)
Ayətullah Xamenei parlamentin Ruhaniyə qarşı impiçment planına münasibət bildirib

12 İyul 2020, 17:24 (GMT +4)
Azərbaycan Ordusu 2 şəhid verib, 5 hərbiçi yaralanıb

12 İyul 2020, 16:13 (GMT +4)
MN: Ermənistan silahlı qüvvələri təxribat törədib, itki var

12 İyul 2020, 09:44 (GMT +4)
Aprel döyüşlərinin şəhidi Raquf Orucovun doğum günüdür

11 İyul 2020, 18:45 (GMT +4)
Təhsil Jurnalistləri Birliyinin ilk virtual görüşü keçirilib

11 İyul 2020, 18:20 (GMT +4)
Ağstafanın icra başçısı Seymur Orucovun rəhbərliyi ilə reydlər keçirilib

11 İyul 2020, 17:09 (GMT +4)
Azərbaycan-Türkiyə arasında həftədə 4 dəfə uçuş həyata keçiriləcək

11 İyul 2020, 17:04 (GMT +4)
Tramp ABŞ-ı NATO-dan çıxarmaq niyyətində deyil

11 İyul 2020, 16:56 (GMT +4)
Xızıda hərbi hissənin yaxınlığında top mərmisi tapılıb

11 İyul 2020, 16:51 (GMT +4)
Əlcəzair Ərəb Dövlətləri Liqasını Liviya və Suriya ilə bağlı mövqeyinə görə tənqid edib

11 İyul 2020, 16:48 (GMT +4)
DİM qəbul imtahanlarına hazırlaşan abituriyentlərə müraciət edib

11 İyul 2020, 16:48 (GMT +4)
BMT-nin xüsusi məruzəçisi Məhəmməd bin Salmanı “Kaşıqçı işinin əsas şübhəlisi” adlandırılıb

11 İyul 2020, 16:38 (GMT +4)
Azərbaycanda daha 531 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib

11 İyul 2020, 16:35 (GMT +4)
Kür çayında batan şəxslərdən daha birinin meyiti tapılıb

11 İyul 2020, 16:21 (GMT +4)
BDU-nun jurnalistika fakültəsinin müəllimi koronavirusdan sağalıb

11 İyul 2020, 16:11 (GMT +4)
Bill Geyts ilk növbədə ehtiyacı olanları koronavirus peyvəndi ilə təmin etməyə çağırıb

11 İyul 2020, 16:00 (GMT +4)
AZAL Ər-Riyaddan çarter reysi ilə 83 həmyerlimizi Bakıya gətirib

11 İyul 2020, 15:45 (GMT +4)
Bu gün Srebrenitsa qətliamının 25-ci ildönümüdür

11 İyul 2020, 15:35 (GMT +4)
Talibanın son həftədə hücumu nəticəsində 23 mülki şəxs həlak olub – Rəsmi Kabil

11 İyul 2020, 15:32 (GMT +4)
Yaponiyada leysan yağışları nəticəsində 12 mindən çox binaya ziyan dəyib

11 İyul 2020, 15:30 (GMT +4)
“Nar” abunəçilərini “e-Təbib” tətbiqindən istifadə etməyə çağırır

11 İyul 2020, 15:13 (GMT +4)
Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

11 İyul 2020, 15:11 (GMT +4)
Azərbaycanda taxıl biçini yekun mərhələyə qədəm qoyub

11 İyul 2020, 14:57 (GMT +4)
"Facebook" siyasi reklamları qadağan edə bilər

11 İyul 2020, 14:40 (GMT +4)
“Sumqayıt Texnologiyalar Parkı”na müvəqqəti olaraq baş direktor təyin olunub

11 İyul 2020, 14:30 (GMT +4)
İranda son sutkada koronavirusdan 188 nəfərin ölümü qeydə alınıb

11 İyul 2020, 14:27 (GMT +4)
BMT Yəməndəki münaqişə tərəflərinə yeni saziş layihəsi təklif edib

11 İyul 2020, 14:11 (GMT +4)
Təhsil Nazirliyi və Aİ-nın birgə təşkilatçılığı konfrans keçirilib

11 İyul 2020, 13:41 (GMT +4)
Türkiyənin şimal-şərqində təhlükəli terrorçu zərərsizləşdirilib

11 İyul 2020, 13:35 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66