Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycanda daha 2 bank bağlanıb

12 May 2020, 12:32 (GMT +4)

Bakı, 12 may, SalamNews. Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyəti tərəfindən 12 may 2020-ci il tarixindən etibarən “AGBank” ASC-nin və “NBCBank” ASC-nin lisenziyaları ləğv edilib.

Bu barədə SalamNews-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumatda deyilir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 57.1-ci və 57.3-cü maddələrinə əsasən “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrahbank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunmuş, bu bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçmişdir. Daha sonra Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə həmin banklardan ikisinin – “Atabank” ASC-nin və “Amrahbank” ASC-nin lisenziyaları həmin tarixdən etibarən ləğv edilmişdir.

Bu qərarların qəbul edilməsindən ötən dövr ərzində Mərkəzi Bank tərəfindən müvəqqəti inzibatçı təyin edilmiş “AGBank” ASC və “NBCBank” ASC-də qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi davam etdirilmiş, müvafiq qiymətləndirmələr aparılıb.

“NBCBank” ASC-də müvəqqəti inzibatçı tərəfindən aparılmış qiymətləndirmələr bir daha həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapitalın tam itirildiyini, likvidliyi ilə bağlı ciddi problemlərinin olduğu təsdiq olunmuş, əmanətlər üzrə öhdəliklərini yerinə yetirə bilmədiyi və banka tətbiq edilmiş təshih tədbirlərinə riayət edilmədiyi məlum olmuşdur. “NBCBank” ASC tərəfindən tətbiq edilmiş riskli və qeyri-prudensial kredit siyasəti nəticəsində, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanəti Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditləri istisna edilməklə, 30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 54%-i (73 mln. manat) qeyri-işlək statusundadır. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 24 mln. manat təşkil etmişdir. Kapital mövqeyinin bərpası üçün 74 mln. manat məbləğində əlavə kapital qoyuluşu tələb olunurdu. Bundan əlavə, müvəqqəti inzibatçı tərəfindən müəyyən edilmişdir ki, bank təqdim etdiyi prudensial və statistik hesabatları davamlı olaraq təhrif etmişdir.

“AGBank” ASC-də də müvəqqəti inzibatçı tərəfindən aparılmış dəqiqləşdirmələr həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapital mövqeyinin tam itirildiyi təsdiq edilmiş və daha da pisləşdiyi məlum olmuşdur. 30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 51%-i qeyri-işlək statusundadır. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 167 mln. manat təşkil etmişdir. Kapital mövqeyinin bərpası üçün 212 mln. manat məbləğində əlavə kapital qoyuluşu tələb olunurdu.

Qeyd olunanları nəzərə alaraq, kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yetirə bilmədiklərinə, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiklərinə görə Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 12 may 2020-ci il tarixindən etibarən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci və 16.1.9-cu maddələrinə əsasən “AGBank” ASC-nin və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.8-ci, 16.1.9-cu və 16.1.16-cı maddələrinə əsasən “NBCBank” ASC-nin lisenziyaları ləğv edilmiş və hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur.

Hökumət və Mərkəzi Bank tərəfindən atılan addımların əsas hədəfi bütövlükdə bank sisteminin sağlamlaşdırılması və əhalinin maraqlarının, xüsusilə onların banklarda olan əmanətlərinin qorunması və onların banklarda olan əmanətlərinin itirilməsi təhlükəsinin qarşısının alınması və onlardan sərbəst istifadə etmək imkanlarının yaradılmasıdır. Lisenziyası geri alınmış 4 bankda əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manat təşkil etməklə, ümumilikdə 215 min əmanətçini əhatə edir. Bu banklarda ümumi əmanət portfelinin 99%-dən çoxu qorunan əmanətlərdir və onlar tam kompensasiya edilir.

Ləğvedici tərəfindən bankların öhdəliklərinin icrası ilk növbədə əmanətlərin qaytarılmasından başlayacaq. Aktivlərin reallaşdırılmasından və əmlakın satışından daxil olan vəsaitlər sözügedən bankların digər öhdəliklərinin (biznes subyektlərinin, eləcə də əmanətlərin sığortalanması sxemi ilə əhatə edilməmiş fiziki şəxslərin qarşısında olan öhdəliklərinin) qanunvericiliklə müəyyən edilmiş növbəliklə icrasına yönələcəkdir.

Məlumat üçün bildiririk ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, Mərkəzi Bankın ərizəsi əsasında Bakı Apelyasiya Məhkəməsinin 30 aprel tarixli qərarları ilə “Atabank” ASC və “Amrahbank” ASC müflis elan olunmuş, Əmanətlərin Sığortalanması Fondu bu banklara ləğvedici olaraq təyin edilmişdir. 1 may tarixindən bankların ləğvediciyə təhvil verilməsi prosesinə başlanılmış və hazırda təhvil-təslim prosesləri artıq yekunlaşmaq üzrədir. Artıq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində “Kapitalbank” ASC seçilmişdir və qorunan əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tam kompensasiya olunacaq.

Ləğv edilmiş bankların hamısı Əmanətlərin Sığortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda qorunan əmanətləri heç bir dövlət vəsaiti cəlb etmədən Fond tərəfindən bağlanmış bankların aktivlərinin reallaşdırılmasından daxil olan vəsait və fəaliyyətdə olan bankların ödədikləri təqvim haqqı hesabına ödəniləcək.

AMB bank sektorunun sağlamlaşdırılması istiqamətində qəbul etdiyi qərarlarının şəffaflığının təmin edilməsi məqsədilə geniş kommunikasiya tədbirləri həyata keçirilir, ictimaiyyət məlumatlandırılır və bu proses davam etdiriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“AGBank”ın yeni səhmlərinə abunə yazılışı avqustun 9-da başlayacaq

“AGBank” ASC-nin yeni səhm emissiyasına abunə yazılışı başlayır

“AGBank” ASC nizamnamə kapitalını artırır

AGBank-ın bağlanması ilə bağlı yayılan məlumatlara rəsmi aydınlıq gətirilib

"AGBank" mükafatlandırılıb

"PAŞA Həyat" “AGBank”la əməkdaşlığa başlayıb

“AGBank”ın nizamnamə kapitalı 102 milyon manata çatıb

"AGBank" "Bank Standard"la birləşir

AGBank filial şəbəkəsinin optimallaşdırılması prosesinə başlayır

26 Yanvar 2021, 18:00 (GMT +4)
AZAL: Bakı-Naxçıvan aviareyslərinin sayı artırılır ⠀

26 Yanvar 2021, 17:50 (GMT +4)
Azərbaycanda şəhid ailələrinin üzvləri növbədənkənar işə götürüləcək

26 Yanvar 2021, 17:41 (GMT +4)
Səudiyyə Ərəbistanın havadan müdafiə sistemləri paytaxt səmasında bir obyekti vurub

26 Yanvar 2021, 17:40 (GMT +4)
ABŞ Senatı Janet Yelleni Maliyyə naziri vəzifəsinə təsdiqləyib

26 Yanvar 2021, 17:36 (GMT +4)
Silsilə oğurluqlar edən şəxs ifşa olunub

26 Yanvar 2021, 17:27 (GMT +4)
Çində son sutkada 139 koronavirusa yoluxma aşkar edilib

26 Yanvar 2021, 17:25 (GMT +4)
Dövlət Xidməti məişət texnikası və mobil telefon istehsalçıları və satıcılarını qanunvericiliyin tələblərinə əməl etməyə çağırıb

26 Yanvar 2021, 17:15 (GMT +4)
Ceyhun Bayramov və Çavuşoğlu arasında telefon danışığı olub

26 Yanvar 2021, 17:11 (GMT +4)
Naxçıvanda bank hesablarının sayı 9% artıb

26 Yanvar 2021, 17:01 (GMT +4)
Azərbaycan və Rusiya pirotexnikləri işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsini davam etdirir (VİDEO)

26 Yanvar 2021, 16:56 (GMT +4)
Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Azərbaycanda səfərdədir

26 Yanvar 2021, 16:45 (GMT +4)
Türkiyə və Azərbaycan liderləri Şuşadakı məktəbin layihəsini təsdiqləyib - Dövlət Bahçeli

26 Yanvar 2021, 16:40 (GMT +4)
Azərbaycanda 551 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub

26 Yanvar 2021, 16:33 (GMT +4)
Mühəndis qoşunlarının şəhid olan hərbi qulluqçularının sayı açıqlanıb

26 Yanvar 2021, 16:28 (GMT +4)
İraq Ordusu İŞİD-in silah dolu tenellərini aşkarlayıb (FOTO)

26 Yanvar 2021, 16:23 (GMT +4)
Naxçıvan sahibkarlarına ötən il 38 mln. manata yaxın kredit verilib

26 Yanvar 2021, 16:20 (GMT +4)
CNN: Bayden Trampa impiçmentin uğurla nəticələnəcəyinə şübhə edir 

26 Yanvar 2021, 16:12 (GMT +4)
Naxçıvanda əhalinin sayı 461 mini ötüb

26 Yanvar 2021, 15:58 (GMT +4)
Ramin Quluzadə Prezidentin İşlər müdiri təyin edilib

26 Yanvar 2021, 15:56 (GMT +4)
Oqtay Şahbazov Prezidentin İşlər müdiri vəzifəsindən azad edilib

26 Yanvar 2021, 15:48 (GMT +4)
Bakıda COVID-19-a yoluxma göstəricisi açıqlanıb

26 Yanvar 2021, 15:38 (GMT +4)
Xaçmazda qızıl mağazasından oğurluq edən şəxs saxlanılıb

26 Yanvar 2021, 15:27 (GMT +4)
Xırdalanda partlayış baş verən evin dağıntıları altında qalan azyaşlının meyiti tapılıb

26 Yanvar 2021, 15:15 (GMT +4)
Qarabağ böhranının həlli regionda sülh və dostluq imkanları yaradıb – Cavad Zərif

26 Yanvar 2021, 15:14 (GMT +4)
ABŞ Ali Məhkəməsi Trampa qarşı qaldırılmış korrupsiya iddialarını bağlayıb

26 Yanvar 2021, 15:06 (GMT +4)
Təhsil Nazirliyi: Heç bir müəllim məcburi peyvənd olunmayacaq

26 Yanvar 2021, 14:54 (GMT +4)
Dövlət başçısı: “Azərbaycanda internet azaddır, heç bir senzura, heç bir məhdudiyyət yoxdur”

26 Yanvar 2021, 14:41 (GMT +4)
İnternatlardakı 38 uşaq ailəsinə qaytarılıb, 27 uşaq isə övladlığa verilib

26 Yanvar 2021, 14:31 (GMT +4)
Prezident: Ya Laçın, ya Kəlbəcər rayonlarının ərazisində ikinci beynəlxalq hava limanı inşa ediləcək

26 Yanvar 2021, 14:22 (GMT +4)
Laçın polisi qanunsuz ov edən şəxsi saxlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66