Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » RAMAZAN

Bu gecə Ramazan ayının ehtimal edilən birinci Qədr gecəsidir

12 May 2020, 10:56 (GMT +4)

Bakı, 12 may, SalamNews. Ramazan ayının 18-dən 19-na keçən gecə (bu il mayın 12-dən 13-nə keçən gecə) ehtimal olunan birinci Qədr gecəsidir.

SalamNews-un məlumatına görə, məhz bu gecə Allah Quranı bəşəriyyətə nazil edib. Buna dair Müqəddəs Kitabda iki ayə var: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir." (“Bəqərə”, 185) və “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik!” (“Qədr”, 1). Bu ayələrdən aydın olur ki, Quran Ramazan ayında və Qədr gecəsi nazil olub.

Qədr gecəsinin konkret hansı gecə olduğu məlum deyil. Amma Peyğəmbər (s) və imamlardan gələn rəvayətlərə görə, Qədr gecəsi Ramazan ayının son 10 gününün tək gecələrindən biridir və daha çox ehtimal 19, 21 və 23-cü gecələr üzərinə düşür (27-ci gecə barədə də məlumat var). Bu gecələr xalq arasında "Əhya gecələri" kimi də tanınır.

Qədr gecəsi olduqca fəzilətli gecədir. Bu gecənin şəninə ayrıca bir surə nazil olduğu buna sübutdur. Məhz həmin surədə buyrulur: “Qədr gecəsi min aydan daha xeyirlidir!” (“Qədr”, 3)

Qədr gecəsi səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır.

Bu gecənin müxtəlif əməlləri var. Onlardan bəziləri bunlardır:

1. Qüsl almaq

2. Səhərə qədər məsciddə ibadət etmək

3. İki rəkət Qədr gecəsi namazı qılmaq (bu namaz sübh namazı kimidir, amma hər rəkətdə “Həmd” surəsindən sonra 7 dəfə “İxlas” surəsi oxunur və namaz bitdikdən sonra alın səcdəyə qoyulur, 70 dəfə “əstəğfirullahə və ətubu ileyh” deyilir.)

4. Quranı baş üzərinə qoyub Allaha Allah, Peyğəmbər (s) və imamların adlarını and verib bağışlanma diləmək

5. İmam Əli (ə) və imam Hüseynin (ə) ziyarətnaməsini oxumaq

6. 100 rəkət müstəhəb namaz qılmaq. Qəza namazı olanlar, yaxşı olar ki, altıgünlük qəza namazı qılsınlar. Bunun savabı həm 100 rəkətli namazın savabını ödəyir, həm də altıgünlük qəza namazı qılınmış olur

7. İmam Səccadın (ə) Qədr gecəsində oxuduğu duanı oxumaq

8. Peyğəmbər (s) və Əhli-beytinə (ə) salavat hədiyyə etmək

Allah orucunuzu qəbul etsin!


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Orucluq hər evə ayrı bir sevinc gətirir - Ramazan ayının 26-cı gününün duası

Allahın mömindən razı qalması böyük bir ilahi məqamdır - Ramazan ayının 24-cü gününün duası

Oruc, gözümüzün nuru, ruhumuzun güc qaynağıdır - Ramazan ayının 21-ci gününün duası

İnsan mənəviyyatını saflaşdırmalıdır - Ramazan ayının 18-ci gününün duası

Allah bərəkəti insanın ömrünə və əməlinə də verir - Ramazan ayının 17-ci gününün duası

Məni pis adamlardan uzaqlaşdır - Ramazan ayının 16-cı gününün duası

Allahın rəhməti kimi qəzəbi də var - Ramazan ayının 14-cü gününün duası

Allah baş verəcək hadisələri öz dərgahında müəyyənləşdirir - Ramazan ayının 13-cü gününün duası

Camaatın əlindəkilərə tamah salma - Ramazan ayının 12-ci gününün duası

Ramazan ayı ilə bağlı daha bir klip ictimaiyyətə təqdim edilib (VİDEO)

Azercell Ramazan ayı boyu bölgə sakinlərinə ərzaq yardımı paylayacaq

Azərbaycanda Mübarək Ramazan ayına həsr edilən klip çəkilib (VİDEO)

TƏBİB Ramazan ayı ilə bağlı vətəndaşlara müraciət edib

Birinci vitse-prezident Ramazan ayının başlanması münasibəti ilə Azərbaycan xalqını təbrik edib

Bu gündən Azərbaycanda Ramazan ayı başlayıb - 1-ci günün duası

Bu gecə niyyət axşamıdır, sabah Ramazan ayının 1-dir

BMT-nin baş katibi Ramazan ayı ilə bağlı müsəlmanlara müraciət edib (VİDEO)

Ayətullah Sistaninin dəftərxanası Ramazan ayı hilalının görünməsi barədə məlumat yayıb

QMİ Ramazan ayının başlaması ilə bağlı fətva verib

Ayətullah Sistani koronavirus və Ramazan ayının orucu ilə bağlı fətva verib

21 Oktyabr 2020, 17:36 (GMT +4)
“Yəmən hökuməti” paytaxt limanının açılması üçün Səudiyyə Ərəbistanına təzyiqlərin gösərilməsini istəyib  

21 Oktyabr 2020, 17:23 (GMT +4)
Ordubadda qədim abidələr aşkarlanıb

21 Oktyabr 2020, 17:12 (GMT +4)
İspaniyanın “La Vanguardia” qəzeti Zəngilan şəhərinin azad edilməsindən yazıb

21 Oktyabr 2020, 16:53 (GMT +4)
Lənkəranın 99 yaşlı sakini bir aylıq təqaüdünü Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb

21 Oktyabr 2020, 16:35 (GMT +4)
Parisdə Eyfel qülləsi yanında iki müsəlman qadın bıçaqlanıb

21 Oktyabr 2020, 16:34 (GMT +4)
Ermənistana məxsus daha 3 PUA məhv edilib

21 Oktyabr 2020, 16:30 (GMT +4)
DİN əhaliyə xəbərdarlıq edib

21 Oktyabr 2020, 16:20 (GMT +4)
Rusiyada "Su-34" qırıcısı qəzaya uğrayıb

21 Oktyabr 2020, 16:11 (GMT +4)
Hərbi komandiri də daxil olmaqla Ermənistanın daha 4 zabiti məhv edildi

21 Oktyabr 2020, 16:07 (GMT +4)
Təhsil Nazirliyi “Qarabağın məşhur müəllimləri” layihəsinə başlayır

21 Oktyabr 2020, 15:54 (GMT +4)
Direktorların işə qəbulu üzrə imtahan proqramı açıqlanıb

21 Oktyabr 2020, 15:45 (GMT +4)
“Azəriqaz”: Əhali abunəçilərinin cəmi 8,3%-i güzəştli limit həddini keçib

21 Oktyabr 2020, 15:31 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 31 mini ötüb

21 Oktyabr 2020, 15:30 (GMT +4)
Moskvada Azərbaycan və Rusiya XİN başçılarının görüşü olub

21 Oktyabr 2020, 15:10 (GMT +4)
Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxub

21 Oktyabr 2020, 14:58 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

21 Oktyabr 2020, 14:51 (GMT +4)
Düşmənin döyüş meydanında atıb qaçdığı növbəti texnikalar (VIDEO)

21 Oktyabr 2020, 14:46 (GMT +4)
Türkiyə Suriyanın şimalında doqquz PKK üzvünün zərərsizləşdirildiyini bildirib

21 Oktyabr 2020, 14:35 (GMT +4)
TBMM sədri: Qardaş Azərbaycanın haqlı davasını bütün dünyaya çatdıracağıq

21 Oktyabr 2020, 14:28 (GMT +4)
Azərbaycan ət idxalını 10%-dən çox azaldıb

21 Oktyabr 2020, 14:11 (GMT +4)
Kanadada koronavirusa yoluxanların sayı 203 mini keçib

21 Oktyabr 2020, 13:57 (GMT +4)
Liviyada münaqişə tərəfləri quru və hava yollarının açılmasında razılığa gəliblər

21 Oktyabr 2020, 13:57 (GMT +4)
Azərbaycan nefti 42 dollara qədər ucuzlaşıb

21 Oktyabr 2020, 13:45 (GMT +4)
Şəmkirdə 29 yaşlı kişi qonşusunu bıçaqlayıb

21 Oktyabr 2020, 13:34 (GMT +4)
Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda 4 yarımstansiyanın tikilməsi nəzərdə tutulub

21 Oktyabr 2020, 13:28 (GMT +4)
Qırğızıstanda təkrar parlament seçkiləri 20 dekabrda keçiriləcək

21 Oktyabr 2020, 13:18 (GMT +4)
İqtisadiyyat Nazirliyi: 78 obyektdə epidemiya əleyhinə rejim pozulub

21 Oktyabr 2020, 13:02 (GMT +4)
Kaliforniyada ermənilər azərbaycanlılara qarşı vandalizm aktı törədib

21 Oktyabr 2020, 12:47 (GMT +4)
Valideynləri Suriyada ölən daha 16 uşaq Rusiyaya gətirilib

21 Oktyabr 2020, 12:40 (GMT +4)
ABŞ-ın keçmiş kəşfiyyatçıları Rusiyanı Baydenə qarşı kampaniya aparmaqda ittiham edir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66