Putin Rusiya vətəndaşlarına müraciət ünvanlayacaq11 May 2020, 15:48 (GMT +4)
Bakı, 11 may, SalamNews. Rusiya prezidenti Vladimir Putin mayın 11-də ölkə vətəndaşlarına daha bir müraciət ünvanlayacaq.
SalamNews bu barədə TASS-a istinadən xəbər verir.
Mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə koronavirus pandemiyasının yayılması fonunda ölkədəki epidemioloji vəziyyət, habelə Rusiya iqtisadiyyatı müzakirə ediləcək. Sonuncu dəfə prezident Rusiya vətəndaşlarına 28 apreldə koronavirus pandemiyasının yayılması ilə bağlı müraciət edib.
|