Səudiyyə Ərəbistanı iqtisadi vəziyyətə görə subsidiyaları dayandırıb və vergiləri artırıb11 May 2020, 14:04 (GMT +4) Bakı, 11 may, SalamNews, B.Samid. Səudiyyə Ərəbistanı hökuməti koronavirus pandemiyası dövrü və neftin qiymətinin kəskin düşməsilə bağlı ölkə vətəndaşlarına verilən yardım subsidiyalarını dayandırıb və vergiləri artırıb.
SalamNews Səudiyyə Ərəbistanın dövlət xəbər agentliyi VAS-a istinadla xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Məhəmməd bin Abdullah əl-Cədan hökumət tərəfindən müvafiq qərarın verildiyini bildirib.
Nazir açıqlayıb ki, cari məsələlərə görə dövlətin gəlirləri azalıb.
Nazirin sözlərinə görə iyun ayının birindən hökumətin vətəndaşlara bahalaşmalarla bağlı öncədən verdiyi subsidiya dayandırılacaq.
Əlavə edilib ki, ölkədə əlavə dəyər vergisi də 5 faizdən 15 faizə qaldırılıb.
Qeyd edək ki, koronavirus pandemiyası dönəmində neftə tələbatın kəskin azalması, bundan öncə OPEK+ ölkələrinin toplantısı çərçivəsində neft hasilatının lazımi qədər azaldılmaması ardından qara qızılı qiyməti son 22 ildə ən aşağı qiymətlərlə satılıb. Körfəzdə yerləşən araşdırma mərkəzlərinin məlumatına görə neftə asılılığı olan körfəz ərəb ölkələrinin koronavirs pandemiyası dövründəki maddi ziyanı 323 milyard dolları ötür.
|