Mobil versiya RU AZ
_




DÜNYA » RAMAZAN

Bu gün ramazanın 15-i İmam Həsənin (ə) mövlud günüdür

09 May 2020, 04:07 (GMT +4)

Bakı, 9 may, SalamNews. Bu gün müsəlmanların ikinci imamı Həzrət İmam Həsənin (ə) mövlud günüdür.

SalamNews xəbər verir ki, İmam Həsən ibn Əli (ə) hicrətin 3-cü ilində mübarək Ramazan ayının 15-ci gecəsində Mədinə şəhərində dünyaya göz açıb. O Həzrətin (ə) Seyyid, Sibt, Əmin, Hüccət, Nəqi, Zəki, Zahid və Müctəba kimi ləqəbləri vardır.

Dünyaya gəldikdən 7 gün sonra anası Həzrəti Fatimə (ə) İmam Həsəni (ə) ipək parçaya bükərək Allah Rəsulunun (s) yanına aparır. Həzrət Peyğəmbər (s) uşağın adını "Həsən" qoyur və onun üçün əqiqə qurbanı olaraq bir qoyun kəsir.

İmam Həsən (ə) babası Peyğəmbərin dövründə az yaşayıb. Çünki İmam Həsən (ə) təxminən yeddi yaşında olarkən İslam peyğəmbəri (s) dünyadan köçüb.

İmam Həsən (ə) atası İmam Әli (ə) və anası Həzrət Fatimeyi-Zəhranın (ə) tərbiyəsi altında böyüyüb. Babasının, eləcə də atasının elm məktəbindən faydalanıb. O, Peyğəmbərin (s) nəzərində çox dəyərli və üstün bir uşaq idi. Bir gün Həzrət Peyğəmbər (s) minbərdə söhbət edərkən İmam Həsənin ağlamaq səsini eşidir. Tez minbərdən aşağı düşür, onu ovutduqdan sonra yenidən minbərə çıxır. Camaat bu hərəkəti barədə Peyğəmbərə sual verdikdə, o həzrət (s) belə buyurdu: "Onu ağlayan gördükdə, dözə bilmirəm". Peyğəmbər (s) namazını camaatla birgə qılıb qurtardıqdan sonra İmam Həsəni qucağına alıb belə buyurub: "Hər kim məni sevirsə, Həsəni də sevsin". Başqa bir hədisində isə belə buyurub: "Həsən və Hüseyni sevən məni də sevir, bu iki nəfərlə düşmənçilik edən isə mənimlə düşmənçilik edir. Həsən və Hüseyn cənnət cavanlarının ağasıdır".

İmamın diqqəti cəlb edən yüksək əxlaqi xüsusiyyətlərindən biri də, onun misilsiz infaq və bəxşişləri idi. Tarixçilər yazıb ki, İmam Həsən (ə) iki dəfə bütün sərvətini Allah yolunda xərcləyib, üç dəfə bütün sərvətini iki hissəyə bölərək yarısını özünə saxlayıb, digər yarısını isə Allah yolunda infaq edib. İmam Həsən (ə) bəzi vaxtlar ehtiyacı olan şəxslərə külli miqdarda pul bağışlayardı. Belə ki, bu miqdar pulu bir yerdə bağışlamaq camaatın heyrətinə səbəb olardı.

Həzrət İmam Həsən (ə) atasının şəhadətindən sonra imamətə çatıb. O, həmçinin 6 ay müddətinə xilafət məqamında da olub və müsəlmanların işlərini idarə edib.

Bu müddətdə Əli (ə) və onun övladları ilə qatı düşmən olan, uzun illərdən bəri xilafətə göz dikmiş Müaviyə müharibəyə başlayıb, İmam Həsənin (ə) xilafət mərkəzi olan İraqa qoşun yeridib. İmam ordu başçıları Müaviyə tərəfindən göndərilmiş yüksək məbləğdə pulla satın alınır və ordu içərisinə təfriqə düşür. Nəhayət o Həzrət sülh müqaviləsi imzalamağa məcbur olur və müəyyən şərtlərlə xilafəti Müaviyəyə həvalə edir. Həmin şərtlərdən biri də bu idi ki, Müaviyənin vəfatından sonra xilafət yenidən İmam Həsənə (ə) qayıtmalı, ailəsinin və şiələrin toxunulmazlığı hər bir cəhətdən təmin olunmalı idi. Müaviyə bu yolla islam xilafətini ələ keçirdi. Sonra İraqa daxil oldu, rəsmi və ümumi bir çıxışda sülh maddələrini ləğv etdi və mümkün olan hər bir vasitədən istifadə edərək Əhli-beytə və onun şiələrinə ən ağır işgəncə və təzyiqləri rəva gördü. 

İmam Həsən (ə) on il davam edən imamətinin bütün dövrünü son dərəcə çətin vəziyyətlərdə, ağır və şiddətli hadisələrdə yaşayıb. Onun, hətta öz evində belə təhlükəsizliyi yox idi. Nəhayət 50-ci hicri ilində Müaviyənin sifarişilə zəhərləndirilərək şəhid edilir. Mübarək nəşinin babası İslam peyğəmbərinin (s) yanında dəfn edilməsinin qarşısı da alınır.

Həzrətin mübarək məzarı Mədinənənin Bəqi qəbiristanlığında İmam Zeynulabidin(ə), İmam Məhəmməd Baqir (ə) və İmam Cəfər Sadiqlə (ə) yanaşı yerləşir. Əfsuslar olsun ki, bu gün İmamı yalnız kənardan ziyarət etmək mümkündür. Keçən əsrin əvvəllərinə qədər peyğəmbərin bir çox yaxın səhabəsi və ailəsinin dəfn olunduğu Bəqi qəbiristanlığındakı mövcud olmuş qəbirüstü türbələr və kitabələr dağıdılaraq tanınmaz hala salınıb, sonrakı illərdə isə İmamların dəfn olunduğu əraziyə kənardan sədd çəkilərək ziyarətçilərə maneələr yaradılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bu gün İmam Həsən Əskərinin (ə) mövlududur

Bu gün Həzrət peyğəmbərin (s) vəfatı, İmam Həsənin (ə) şəhadət günüdür

Tbilisidə İmam Həsən (ə) mövludu qeyd olunub (FOTOLAR)

Bu gün imam Həsənin (ə) mövlud günüdür

Bu gün peyğəmbərin (s) vəfatı, İmam Həsənin (ə) şəhid edildiyi gündür

Gürcüstanda İmam Həsənin (ə) doğum günü qeyd olunub (FOTO)

Digah qəsəbəsində İmam Həsənin (ə) doğum günü qeyd olunub (FOTO)

Müsəlmanların ikinci imamı Həzrət İmam Həsənin (ə) doğum günüdür

Həzrət Əlinin (ə) hərəmi İmam Həsənin (ə) mövludu münasibətilə bəzədilib (FOTO)

Moskvada İmam Həsən Əskərinin (ə) mövludu qeyd edilib

Moskvada Məhəmməd peyğəmbərin (s), İmam Həsən Əsgəri (ə.s) və İmam Rzanın (ə.s) şəhadəti qeyd edilib

Bu gün Həzrət Məhəmməd peyğəmbərin (s) vəfatı, İmam Həsənin (ə) şəhadət günüdür

Moskvada imam Həsənin (ə) mövlud günü qeyd edilib (FOTO)

Bu gün İmam Həsənin (ə) mövlud günüdür

Gürcüstanda İmam Həsən (ə) məscidində əza məclisi keçirilib (FOTO)

Bu gün Həzrət Məhəmməd peyğəmbərin (s) vəfatı, İmam Həsənin (ə) şəhadət günüdür

İmam Həsənin (ə) mövludu Həzrət Əlinin (ə) hərəmində qeyd edilib (FOTOLAR)

Gürcüstanda İmam Həsənin (ə) mövludu münasibətilə mərasim keçirilib (FOTOLENT)

Bu gün İmam Həsənin (ə) mövlud günüdür

Moskvada İmam Həsənin (ə) mövludu münasibəti ilə iftar süfrəsi təşkil edilib (FOTO)

30 May 2020, 17:44 (GMT +4)
Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

30 May 2020, 17:00 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

30 May 2020, 16:50 (GMT +4)
Bakıda iki marşrutun hərəkət istiqaməti dəyişdiriləcək

30 May 2020, 16:43 (GMT +4)
Moskvada sərnişin təyyarəsi hava limanına enişdən sonra alovlanıb

30 May 2020, 16:41 (GMT +4)
“Fəvvarələr meydanı”nda fleşmob keçirənlər saxlanılıb

30 May 2020, 16:30 (GMT +4)
Azərbaycan bu il dezinfeksiyaedici vasitələrin idxalını 3 dəfəyə qədər artırıb

30 May 2020, 16:24 (GMT +4)
Rusiyada koronavirusa qarşı peyvənd hazırlanıb

30 May 2020, 16:20 (GMT +4)
"Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının videokonfrans formatında keçiriləcək görüşünün vaxtı məlum olub

30 May 2020, 16:10 (GMT +4)
Bakıda daha bir marşrut xətti “BakuBus”un ixtiyarına verilib

30 May 2020, 16:01 (GMT +4)
“Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib

30 May 2020, 15:49 (GMT +4)
Özbəkistanda karantin rejimi iyunun 15-dək uzadılıb

30 May 2020, 15:44 (GMT +4)
Bakıda istixanada narkotik bitkiləri əkib-becərən şəxs saxlanılıb

30 May 2020, 15:30 (GMT +4)
Milli Məclisin son iclasının gündəliyinə dəyişiklik edilib

30 May 2020, 15:21 (GMT +4)
Baydenin fikrincə ABŞ polisinin iş prinsipləri dəyişdirilməlidir

30 May 2020, 15:10 (GMT +4)
DİN: AXCP üzvü polisə tabe olmadığına görə həbs edilib

30 May 2020, 14:54 (GMT +4)
Rusiyada son sutka ərzində daha 8 952 nəfər koronavirusa yoluxub

30 May 2020, 14:30 (GMT +4)
Tibbi maskalardan istifadə edilməməsinə görə cərimələr müəyyənləşib

30 May 2020, 14:17 (GMT +4)
Çin koronavirusun mənbəyinin Uxandakı bazar olduğuna dair iddiları rədd edib

30 May 2020, 14:15 (GMT +4)
DGK: "Samur" postundan keçən yük avtomobillərinin sayı artıb

30 May 2020, 14:01 (GMT +4)
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı artıb

30 May 2020, 13:40 (GMT +4)
Moskvada daha 3599 nəfər koronavirusdan sağalıb

30 May 2020, 13:30 (GMT +4)
Sabah Milli Məclisin plenar iclası keçiriləcək

30 May 2020, 13:22 (GMT +4)
Almaniyada koronavirusdan təxminən 8,5 min nəfər ölüb

30 May 2020, 13:20 (GMT +4)
Dahi satirik şair Mirzə Ələkbər Sabirin doğum tarixidir

30 May 2020, 13:15 (GMT +4)
Su hovuzunda və yaşadığı evdə narkotik becərənlər saxlanılıb

30 May 2020, 13:04 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanib

30 May 2020, 12:45 (GMT +4)
Zaxarova ABŞ-ın ÜST-lə bağlı qərarına münasibət bildirib

30 May 2020, 12:45 (GMT +4)
“Reabilitasiya” elektron sistemi yaxın aylarda işə salınacaq

30 May 2020, 12:25 (GMT +4)
Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib

30 May 2020, 12:15 (GMT +4)
Ləki-Qəbələ dəmir yolu xəttində tikinti işlərinin 70 faizi tamamlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66