Hindistan-Pakistan sərhədində birinciyə məxsus döyüş təyyarəsi yerə düşüb (FOTO)08 May 2020, 13:30 (GMT +4) Bakı, 8 may, SalamNews, B.Samid. Hindistan Hərbi Hava Qüvvələrinə məxsus bir döyüş təyyarəsi Pakistanla sərhəddə yerə çırpılıb.
SalamNews xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Hindistanın Hərbi hava Qüvvələri bəyanat verib.
Bildirilib ki, Hindistanın Pakistanla sərhədində yerləşən Pəncab əyalətində bir ədəd Mig-29 hərbi təyyarəsi yerə çırpılıb.
Hadisənin dəqiq səbəbi hələ məlum deyil.
Polit katapult edərək Bəncab əyalətinin Huşyar-pur bölgəsində sağlam yerə enə bilib.
Döyüş təyyarəsi yerə çırpılaraq yanıb.
|