Allahın rəhməti kimi qəzəbi də var - Ramazan ayının 14-cü gününün duası08 May 2020, 03:43 (GMT +4) Bakı, 8 may, SalamNews. İslamın əsas təməl prinsiplərindən biri Allahı razı salan əməllərə can atmaq, onu qəzəbləndirən amillərdən uzaq durmaqdır. Əks təqdirdə Allahın qəzəbinə düçar olan şəxs səadətə qovuşmayacaq.
SalamNews xəbər verir ki, bu gün mübarək Ramazan ayının 14-cü günüdür.
Belə bir gün üçün nəzərdə tutulmuş münacatda möminlərə tövsiyə edilir ki, Allahı qəzəbləndirən amillərdən uzaq dursunlar. Çünki insanların günahları ucbatından Allahın endirdiyi və onlara düçar etdiyi bəlaların qarşısını heç nə ala bilməz. Yeganə məğlubedilməz varlıq odur. Onun rəhmət və mərhəməti insanların günahları davam etdirməsinə səbəb olmamalıdır. Çünki onun rəhməti kimi qəzəbi də var. O, yeganə məğlubedilməz olduğu üçün qəzəbinin qarşısını da heç nə ala bilməz.
Ramazan ayının 14-cü gününün duası:
"Allahummə la tuaxizni fihi bil-əsərat. Və əqilni fihi minəl-xətaya vəl-həfəvat. Və la təc-əlni fihi ğərəzən lil-bəlaya vəl-afat. Bi-izzətikə ya izzəl-muslimin".
Tərcüməsi:
"İlahi, bu gün səhvlərimə görə mənə qəzəblənmə! Bu gün xətalarıma göz yum! Məni bəla və afətlərə hədəf etmə! İzzətinə and verirəm, ey müsəlmanlara izzət verən Allah!".
|