Camaatın əlindəkilərə tamah salma - Ramazan ayının 12-ci gününün duası06 May 2020, 03:38 (GMT +4) Bakı, 6 may, SalamNews. Quran-kərim və hədislərdə mömin insan üçün deyilən sifətlərdən biri də aza qane olmaq və camaatın əlindəkilərə tamah salmamaqdır.
SalamNews xəbər verir ki, bu gün müqəddəs Ramazan ayının 12-ci günüdür. Belə bir gün üçün nəzərdə tutulmuş münacatda müsəlmandan tələb edilir ki, əldə etdiyi ilə qane olub, kifayətçilik libasını geyinsinlər. Hədislərdə insanın qənaət xüsusiyyəti onun üçün tükənməz xəzinə kimi vəsf edilir. Aza qane olan şəxs digərlərinin ömrü boyu axtardığını axtarmır və onların sərf etdiyi enerjini bihudə hesab edir. Bu minvalla o, adi insanların möhtac olduğuna ehtiyacı olmur.
Ramazan ayının 12-ci gününün duası:
"Allahummə zəyyinni fihi bis-sətri vəl-əfaf. Vəsturni fihi bilibasil-qünui vəl-kəfaf. Vəhmilni fihi ələl-ədli vəl-insaf. Və aminni fihi min kulli ma əxaf. Bi-ismətikə ya ismətəl-xaifin".
Tərcüməsi:
"İlahi, bu gün günahlarımı gizlətmək və mənə iffət verməklə məni zinətləndir. Bu gün mənə qənaət və kifayətcillik libasını geyindir. Məni bu gün ədalət və insafa vadar et. Bu gün məni bütün qorxduğum şeylərdən amanda saxla. İsmətinə and verirəm, ey qorxu içində olanların mühafizəçisi".
|