AK rəhbəri koronavirusa qarşı peyvəndin əlverişli qiymətə olmasını zəruri hesab edir05 May 2020, 12:00 (GMT +4) Bakı, 5 may, SalamNews. SARS-CoV-2 koronavirusun yayılması problemini həll etmək, həmçinin ona qarşı bir peyvənd yaratmaq və bu dərmanı istehsal etmək yalnız qlobal və kordinə edilmiş addımlar yolu ilə mümkündür.
SalamNews TASS-a istinadən xəbər verir ki, bu barədə "DW"yə müsahibəsində Avropa Komissiyasının sədri Ursula fon der Layen açıqlama verib.
"Dünyanın hər bir nöqtəsində onun ədalətli və əlverişli qiymətlərə satılmasına zəmanət verilməlidir. Bunun üzərində işləyirik və bunun üçün vəsait lazımdır", fon der Layen bildirib.
O qeyd edib ki, mayın 4-də donor konfransı keçiriləcək, burada peyvənd yaratmaq üçün 7,5 milyard avro toplamaq planlaşdırılır.
|