Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Heydər Əliyev Fondunun ərzaq yardımını qohumlarına paylayan icra nümayəndələri barədə cinayət işi başlanıb

04 May 2020, 14:30 (GMT +4)

Bakı, 4 may, SalamNews. Koronavirus infeksiyasının respublika ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması, həmin dövrdə işləməyən şəxslərə və az təminatlı ailələrə ayrılmış ərzaq yardımlarının paylanmasında yol verilmiş neqativ hallara qarşı prokurorluq orqanları tərəfindən şəhər və rayon icra hakimiyyətləri ilə əlaqəli şəkildə qanuna müvafiq tədbirlər davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, Sabirabad, Ağcabədi və Tərtər rayon İcra Hakimiyyəti başçılarının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxslərinin bu qəbildən olan qanunazidd hallara yol vermələri barədə rayon icra hakimiyyətlərindən rayon prokurorluqlarına daxil olmuş müraciətlərə baxılıb.

Araşdırmalarla Sabirabad rayon İcra Hakimiyyətindən rayonun Ulacalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mehman Cəfərov və rayonun Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İqbal Əliyevin Heydər Əliyev Fondu tərəfindən imkansız ailələrə göndərilmiş ərzaq yardımının paylanması zamanı neqativ hallara yol verərək ərzaq paylarını özlərinin yaxın qohumlarına, o cümlədən kəndin imkanlı şəxslərinə paylamalarına, M.Cəfərov və İ.Əliyevin vəzifə saxtakarlığı etməklə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verməsinə əsaslı şübhələr müəyyən olunub.

Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Pərioğullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İmran Həsənov, Aran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məzahir Əmirahov və müavini Allahverdi Hüseynovun vəzifə saxtakarlığına yol verərək arayışlara bilə-bilə yalan məlumatlar daxil edib ayrı-ayrı şəxslərin xüsusi karantin rejimi qaydalarına zidd olaraq rayon ərazisini tərk etməsinə şərait yaratmalarına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Tərtər rayon İcra Hakimiyyəti Başçısının Mamırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid Məmmədov tərəfindən də eyni məzmunlu qanun pozuntusuna yol verilmişdir. Belə ki, Şahid Məmmədovun vəzifə saxtakarlığı edilməklə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verilməsinə əsaslı şübhələr müəyyən olunub.

Qeyd olunan şəxslər müvafiq rayon İcra hakimiyyəti başçılarının əmrləri ilə tutduqları vəzifədən azad ediliblər.

Toplanmış materiallar üzrə Sabirabad, Ağcabədi və Tərtər rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işləri başlanıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

03 İyun 2020, 19:35 (GMT +4)
İbrahim Məmmədov: Cümə günü axşamdan bazar ertəsi səhərə kimi hərəkət tam məhdudlaşdırılacaq

03 İyun 2020, 19:15 (GMT +4)
Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxub, 5 nəfər vəfat edib

03 İyun 2020, 18:04 (GMT +4)
Tərtərin Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi tikiləcək

03 İyun 2020, 17:53 (GMT +4)
SABAH qruplarına tələbə seçimi müsabiqəsinə başlanılıb

03 İyun 2020, 17:40 (GMT +4)
“Neftçi” klubu qapıçı Kamran İbrahimov ilə yeni müqavilə imzalayıb

03 İyun 2020, 17:40 (GMT +4)
Tramp Minneapolisdə iğtişaşların qarşısının alınmasına görə özünə təşəkkür edib

03 İyun 2020, 17:19 (GMT +4)
BMT baş katibi ABŞ nümayişçilərini dinc aksiya keçirməyə çağırır

03 İyun 2020, 17:15 (GMT +4)
Bu ilin iyunun 1-dək 512 fermerə 5.2 milyon manat güzəştli mikrokredit verilib

03 İyun 2020, 17:01 (GMT +4)
Prezident İlham Əliyev Ağdamda “N” saylı hərbi hissədə olub

03 İyun 2020, 17:00 (GMT +4)
“Kapital Bank”da nağd pul krediti üzrə nağdlaşdırma komissiyası 0 faiz olub

03 İyun 2020, 16:43 (GMT +4)
Mərkəzi Elmi Kitabxana Azərbaycan diaspor könüllülərini təltif edib

03 İyun 2020, 16:41 (GMT +4)
Paşinyan Ermənistanda koronavirusla bağlı vəziyyəti fəlakət adlandırıb

03 İyun 2020, 16:38 (GMT +4)
Fələstində koronavirusa görə fövqəladə vəziyyət daha bir ay uzadılıb

03 İyun 2020, 16:16 (GMT +4)
Putin koronavirus peyvəndinə dair sammitdə iştirak etməyəcək

03 İyun 2020, 16:11 (GMT +4)
“SOCAR Polymer” yeni növ polimer istehsalına başlayıb

03 İyun 2020, 15:47 (GMT +4)
DİN: Həyətində narkotik bitkilər becərən şəxs tutulub

03 İyun 2020, 15:29 (GMT +4)
Ermənistanda COVID-19-a yoluxanların sayı 10 524-ə çatıb

03 İyun 2020, 15:29 (GMT +4)
“Tərtər” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib

03 İyun 2020, 15:14 (GMT +4)
Prezident İlham Əliyev yeni yolun açılışında iştirak edib

03 İyun 2020, 15:14 (GMT +4)
Liviya «Milli Razılıq Hökuməti» yüksək rəsmilərini Moskva və Ankaraya göndərir 

03 İyun 2020, 14:50 (GMT +4)
İlahiyyat İnstitutunda yay imtahan sessiyasının keçirilmə qaydaları açıqlanıb

03 İyun 2020, 14:40 (GMT +4)
AP: ABŞ-da etirazlar zamanı 9 mindən çox insan saxlanılıb

03 İyun 2020, 14:30 (GMT +4)
Mingəçevirdə silsilə oğurluq edən şəxs saxlanılıb

03 İyun 2020, 14:12 (GMT +4)
ABC: Nyu Yorkda atışma nəticəsində bir nəfər ölüb

03 İyun 2020, 14:05 (GMT +4)
Prezident İlham Əliyev Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib

03 İyun 2020, 14:04 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı səkkiz mini keçib

03 İyun 2020, 13:59 (GMT +4)
Tərtər Olimpiya İdman Kompleksinin açılışı olub

03 İyun 2020, 13:53 (GMT +4)
Abşerondakı bütün dəmir yolu stansiyalarında velosiped dayanacaqları olacaq

03 İyun 2020, 13:31 (GMT +4)
Türkiyədə təhlükəli terrorçu zərərsizləşdirilib

03 İyun 2020, 13:30 (GMT +4)
Gömrükçülər 545 kiloqram heroin aşkar edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66