Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT
02 May 2020, 12:20 (GMT +4)

DTX İrandan Azərbaycana 15 kq-dan çox narkotikin keçirilməsinin qarşısını alıb

Bakı, 2 may, SalamNews.Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına külli miqdarda narkotik vasitə və psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinin qarşısı alınıb.

DTX-dan SalamNews-a verilən məlumata görə, həyata keçirilən tədbirlərlə Cəlilabad rayonunun Gülməmmədli kəndi ərazisində Azərbaycan Respublikasının vətəndaşı İsmayılov İsrafil Yuri oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsində, daşınmasında və qaçaqmalçılığında şübhəli şəxs qismində saxlanılmış, sonuncunun idarə etdiyi motosikletə və üzərinə keçirilmiş baxış zamanı külli miqdarda narkotik vasitə - 15 kiloqram 346 qramdan artıq heroin və psixotrop maddə olan 962,1 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma) maddələri ilə cinayət işi başlanılmış, İsrafil İsmayılov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda bu cinayət əməllərinin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DTX Respublika Gününə həsr olunmuş videokompozisiya hazırlayıb 

Prezident İlham Əliyev DTX ilə bağlı fərman imzalayıb

DTX terror qruplaşmasına qoşulan şəxsi həbs edərək ölkəyə gətirib (VIDEO)

DTX: DSX-nin rəis müavini və digər yüksək rütbəli hərbçiləri saxlanılıb 

DTX və Baş Prokurorluq DSX-də əməliyyat keçirib

DTX Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatla bağlı məlumat yayıb (VİDEO)

DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirir

DTX İmişlinin icra başçısının həbsi ilə bağlı məlumat yayıb (VIDEO)

DTX Biləsuvarda keçirilən xüsusi əməliyyatla bağlı video yayıb

DTX Biləsuvarda keçirilən əməliyyatla bağlı məlumat yayıb

DTX əməkdaşları qanvermə aksiyasında iştirak ediblər

DTX əməkdaşları Ulu Öndərin məzarını ziyarət edib

DTX Gömrük Komitəsinin vəzifəli əməkdaşlarını həbs edib

İcra başçısı başda olmaqla 6 nəfər DTX tərəfindən saxlanılıb (RƏSMİ)

DTX Neftçalada keçirilən əməliyyatla bağlı açıqlama yayıb

DTX Ağstafanın icra başçısı və müavininin saxlanılması barədə məlumat yayıb (VİDEO)

DTX: Partlayıcı qurğu "mütəxəssisi" və digər terrorçular saxlanılıb

DTX və Xarici Kəşfiyyat Xidmətində çalışmış hərbi qulluqçuların pensiyaları artırılacaq

DTX-nın hərbi qulluqçularının, mülki işçilərinin maaşlarının məbləğləri təsdiqlənib

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub

04 İyun 2020, 14:51 (GMT +4)
Həftəsonu market və apteklər işləməyəcək

04 İyun 2020, 14:43 (GMT +4)
Kim Çen Inın bacısı Seulu hərbi anlaşmanın pozulması ilə hədələyib

04 İyun 2020, 14:30 (GMT +4)
Vətəndaşlar vacib halda evdən çıxarkən 102-yə zəng vurmalıdır

04 İyun 2020, 14:23 (GMT +4)
Yaxınlarının dəfninə qatılmaq istəyənlər DİN-dən icazə alacaqlar

04 İyun 2020, 14:18 (GMT +4)
Həftəsonu Bakıda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti qadağan edilib

04 İyun 2020, 14:14 (GMT +4)
İranda bir günə 3,574 nəfərin koronavirusa yoluxması qeydə alınıb

04 İyun 2020, 14:13 (GMT +4)
Nazirlər Kabineti həftəsonu məhdudiyyətlərin siyahısını açıqlayıb

04 İyun 2020, 14:03 (GMT +4)
Lukaşenko ölkəyə yeni baş nazir təyin edib 

04 İyun 2020, 14:00 (GMT +4)
Azərbaycanda sərt karantin rejimi tətbiq olunub

04 İyun 2020, 13:52 (GMT +4)
XI sinif şagirdlərinin onlayn Azərbaycan dili imtahanının sınaq versiyası hazırlanıb

04 İyun 2020, 13:41 (GMT +4)
DGK: Ölkəyə qanunsuz gətirilən siqaretlər müsadirə olunub

04 İyun 2020, 13:30 (GMT +4)
Etirazçılar ABŞ Konqres binasının qarşısına toplanıb

04 İyun 2020, 13:25 (GMT +4)
Yəmənin sabiq səhiyyə naziri koronavirusdan ölüb

04 İyun 2020, 13:11 (GMT +4)
Könüllülərin növbəti əlaqələndirmə görüşü keçirilib

04 İyun 2020, 13:10 (GMT +4)
Rusiyada COVID-19 virusuna yoluxanların sayı 441 138-ə çatıb

04 İyun 2020, 13:01 (GMT +4)
DSX və Hərbi Prokurorluğun generalları Ermənistanla sərhəddə olublar

04 İyun 2020, 12:44 (GMT +4)
İran prezidenti ABŞ-dakı etirazlara münasibət bildirib

04 İyun 2020, 12:40 (GMT +4)
Paşinyan Ermənistanda koronavirusla bağlı vəziyyətin pisləşdiyini açıqlayıb

04 İyun 2020, 12:25 (GMT +4)
Sabah Milli Məclisin növbəti iclası keçiriləcək

04 İyun 2020, 12:07 (GMT +4)
Tramp Putini bu il G7 sammitinə dəvət etməyi məqsədəuyğun hesab edir

04 İyun 2020, 12:00 (GMT +4)
Azercell uşaqlar üçün “Mobil TV” xidmətini istifadəyə verib

04 İyun 2020, 11:59 (GMT +4)
ABŞ-ın sabiq müdafiə naziri Trampı ölkə ictimaiyyətini parçalamaqda ittihamlandırıb

04 İyun 2020, 11:48 (GMT +4)
Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğu SOCAR-a keçib

04 İyun 2020, 11:43 (GMT +4)
Türkiyədə koronavirusdan sağalmış xəstələrin sayı 130 mini keçib

04 İyun 2020, 11:30 (GMT +4)
"ABAD"ın sayca beşinci "food hall"-u açılıb (FOTOLAR)

04 İyun 2020, 11:23 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

04 İyun 2020, 11:21 (GMT +4)
ABŞ-ın təzyiqlərinə baxmayaraq İran-İraq elektrik enerjisi müqaviləsinin müddəti uzadılıb

04 İyun 2020, 11:10 (GMT +4)
AP: Floydun qətlində daha üç polis əməkdaşı ittiham olunur

04 İyun 2020, 11:01 (GMT +4)
DİN: Metroda polisə müqavimət göstərən 5 nəfər barəsində cinayət işi açılıb

04 İyun 2020, 10:45 (GMT +4)
Təhsil Nazirliyinin tabeliyində 5 yeni lisey yaradılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66