Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycan Qazaxıstana nota verib

02 May 2020, 16:07 (GMT +4)

Bakı, 2 may, SalamNews. Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Serjan Abdıkarimov nazir müavini Xələf Xələfov tərəfindən Xarici İşlər Nazirliyinə dəvət edilib.

Bu barədə SalamNews-a XİN-dən məlumat verilib.

Görüş zamanı nazir müavini 30 aprel 2020-ci il tarixində Xəzər dənizində Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşları Q.İbrahimov, E.Nuriyev, E.Əhmədov və Ş.Novruzovun saxlanılması zamanı silah tətbiq etməsi nəticəsində bir nəfərin ölümü və iki nəfərin yaralanması ilə bağlı Azərbaycan tərəfinin ciddi narahatlığını bildirib və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müvafiq notasını təqdim edib.

Görüş zamanı X. Xələfov odlu silahdan istifadə edilməsi halının insan tələfatı ilə nəticələnməsinin iki ölkənin sərhəd xidmətləri arasında birgə əməkdaşlıq mexanizminə, ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq ruhuna uyğun olmadığını qeyd edib.

Eyni zamanda, nazir müavini iki müttəfiq və strateji tərəfdaş dövlət arasında münasibətlərin prinsiplərinə uyğun olaraq Qazaxıstan tərəfindən bu insidentin və Azərbaycan vətəndaşlarının ölümü və yaralanmaları hallarının hərtərəfli və obyektiv araşdırılması və istintaqının nəticələri barədə Azərbaycan tərəfinin məlumatlandırılmasını xahiş edib. Azərbaycan tərəfi insident nəticəsində həyatını itirmiş Azərbaycan vətəndaşının nəşinin Azərbaycan tərəfinə tezliklə verilməsi barədə müraciət edib.

Səfir S. Abdıkarimov öz növbəsində baş vermiş insidentin insan tələfatı ilə nəticələnməsindən dərin təəssüfünü ifadə edərək, vəfat etmiş şəxsin yaxınlarına baş sağlığı verdi və yaralıların tezliklə sağalacağına ümid etdiyini bildirib. O, təqdim olunan notanı və Azərbaycan tərəfinin ciddi narahatlığını ölkəsinə çatdıracağını və bir daha bu qəbildən olan halların baş verəcəyi təqdirdə iki ölkə arasında mövcud sərhəd əməkdaşlığı mexanizminə uyğun həll ediləcəyinə ümidvar olduğunu bildirib.

Daha sonra səfir hadisə nəticəsində həyatını itirmiş Azərbaycan Respublikası vətəndaşının nəşinin Azərbaycan tərəfinə qaytarılması üçün səfirlik tərəfindən zəruri köməkliyin göstəriləcəyini ifadə edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan Fransaya nota verib, səfir XİN-ə çağırılıb

Azərbaycan Almaniyaya nota verəcək

Azərbaycan Rusiyaya nota verib

Rusiya səfirliyi Dövlət Departamentinə etiraz notası göndərib

İraq ABŞ-a nota verib

Hindistan Cavad Zərifin müsəlmanlarla bağlı paylaşımına görə İrana nota verib

İran Küveytə nota verib

Ukrayna XİN Macarıstan səfirinə etiraz notası təqdim edib

Rusiya səfirliyi ABŞ-a etiraz notası göndərib

Azərbaycan Rusiyaya nota verib

Azərbaycan ABŞ-a nota verib

XİN: Azərbaycan ABŞ-a nota verəcək

Azərbaycan Fransaya nota verib

Rusiya Ermənistana etiraz notası göndərəcək

Rusiya XİN ABŞ-a etiraz notası göndərib

Rusiya XİN ABŞ-a etiraz notası göndərəcək

Xüsusi notariuslar üçün yeni öhdəlik müəyyənləşib

Azərbaycan Fransaya nota verib

Azərbaycan Rusiyaya nota verib

Azərbaycan Bolqarıstana etiraz notası verib

27 Noyabr 2020, 13:07 (GMT +4)
Səudiyyə Ərəbistanı koalisiyası Yəmən paytaxtına 10-dan çox hava zərbəsi endirib

27 Noyabr 2020, 13:00 (GMT +4)
Bakıda növbəti dəfə dezinfeksiya işləri aparılacaq

27 Noyabr 2020, 12:57 (GMT +4)
Rusiyada son sutkada 27.543 nəfərdə koronavirusa yoluxma aşkar edilib

27 Noyabr 2020, 12:45 (GMT +4)
Anar Kərimov beynəlxalq təşkilatlara çağırış edib

27 Noyabr 2020, 12:30 (GMT +4)
DYP sürücülərə müraciət edib

27 Noyabr 2020, 12:24 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxmada yeni anti-rekord qeydə alınıb

27 Noyabr 2020, 12:15 (GMT +4)
BANM və Tallinn Texnologiya Universiteti arasında müqavilə imzalanıb

27 Noyabr 2020, 12:00 (GMT +4)
Bu il SOCAR-ın yeraltı qaz anbarlarına 2 milyard kubmetrədək qaz vurulub

27 Noyabr 2020, 11:45 (GMT +4)
Bakıda marşrut avtobuslarının dezinfeksiyasına nəzarət gücləndirilib

27 Noyabr 2020, 11:30 (GMT +4)
"Maestro Niyazi" gəmisi təmirdən sonra istismara qaytarılıb

27 Noyabr 2020, 11:23 (GMT +4)
Tramp Senatda respublikaçı namizədləri dəstəkləmək üçün Corciaya getmək niyyətindədir

27 Noyabr 2020, 11:15 (GMT +4)
Qubada yaşayış yerlərini tərk edən 3 aktiv COVID-19 xəstəsi aşkarlanıb

27 Noyabr 2020, 11:00 (GMT +4)
Şəmkirdə ev yanıb

27 Noyabr 2020, 10:45 (GMT +4)
Samuxda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib

27 Noyabr 2020, 10:45 (GMT +4)
Dünyada COVID-19-a yoluxanların sayı 61 milyonu keçib

27 Noyabr 2020, 10:33 (GMT +4)
Birləşmiş Ərəb Əmirlikləri İsrailə uçuşlarına rəsmən start verib

27 Noyabr 2020, 10:30 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

27 Noyabr 2020, 10:21 (GMT +4)
Paşinyan Putinlə bir saat ərzində iki dəfə telefonla danışdığını açıqlayıb

27 Noyabr 2020, 10:15 (GMT +4)
AQTA sahibkarlara çağırış edib

27 Noyabr 2020, 10:01 (GMT +4)
Azərbaycan banklarına qoyulan depozitlər azalıb

27 Noyabr 2020, 09:51 (GMT +4)
Sandu Moldova hökumətinin istefasından yanadır

27 Noyabr 2020, 09:50 (GMT +4)
Livana dəstək məqsədilə donorların toplantısı keçiriləcək

27 Noyabr 2020, 09:45 (GMT +4)
Qaxda yanğın hadisəsi baş verib

27 Noyabr 2020, 09:30 (GMT +4)
Azərbaycan və İtaliya XİN başçıları arasında telefon danışığı olub

27 Noyabr 2020, 09:23 (GMT +4)
ABŞ-ın növbəti hökumətindən İraqla bağlı fərqli rəftar görmək istəyirik - Rəsmi Bağdad

27 Noyabr 2020, 09:15 (GMT +4)
BDU Dövlət Bayrağını təhqir edən tələbə ilə bağlı məlumat yayıb

27 Noyabr 2020, 09:14 (GMT +4)
Buenos Ayresdə polislə Maradonanın azarkeşləri arasında toqquşma baş verib

27 Noyabr 2020, 09:00 (GMT +4)
Azərbaycanda simptomsuz şəxslərdən COVID-19 testi götürülməsi müvəqqəti dayandırılıb

26 Noyabr 2020, 19:31 (GMT +4)
Elxan Şahinoğlu: Azərbaycan-İran sərhədi dostluq sərhədinə çevriləcək

26 Noyabr 2020, 19:28 (GMT +4)
Azərbaycan Fransaya nota verib, səfir XİN-ə çağırılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66