Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

OPEC+ çərçivəsində tədbirlərin icrası SOCAR-a tapşırılıb

30 Aprel 2020, 12:47 (GMT +4)

Bakı, 30 aprel, SalamNews. Aprelin 9-da OPEC+ formatının 23 iştirakçı ölkəsi dünya bazarlarında Covid-19 pandemiyasının təsirindən yaranan iqtisadi resessiya şəraitini müzakirə edib, neftə olan tələb-təklifin tarazlaşdırılması üçün cari ilin 1 may tarixindən etibarən neft hasilatının gündəlik 9,7 milyon barel həcmində azaldılması barədə razılığa gəlib. Azərbaycan OPEC+ iştirakçısı kimi görüşdə iştirak edib və digər ölkələrlə birlikdə üzərinə hasilatın könüllü azaldılması ilə bağlı mütənasib öhdəliklər götürub. Razılaşmanın yeni şərtlərinin müzakirəsində Azərbaycanı təmsil etməyə səlahiyyəti olan Energetika Nazirliyi, razılaşmanın şərtlərini və respublikanın öz üzərinə götürdüyü öhdəlikləri açıqlayıb.

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) SalamNews-a verilən məlumata görə, Energetika Nazirliyi tərəfindən hasilatın müvəqqəti azaldılması kvotalarının ölkədəki hasilatçılar arasında mütənasib şəkildə bölünməsi təklif edilib və təklifin icrasının təmin edilməsi Nazirlər Kabinetinin tapşırığı ilə Dövlət Neft Şirkətinə həvalə olunub.

OPEC+ razılaşmasının şərtlərinə əsasən, hasilatın müvəqqəti məhdudlaşdırılması 2020-ci ilin may və iyun ayları, 2020-ci ilin iyul-dekabr ayları arasında və 2021-ci ilin yanvar -2022-ci ilin aprel ayları arasında isə 620 min bareldən yuxarı olmamalıdır. Qeyd olunan göstəricilər yalnız xam neftin hasilatına aiddir. Məhdudiyyətlər qaz kondensatının hasilatına şamil edilmir.

Beləliklə, cari ilin may-iyun aylarında ölkə üzrə xam neft hasilatının 2020-ci il üzrə təsdiq edilmiş plan göstəricilərinə nisbətən, gündəlik olaraq, 96 min, iyul-dekabr aylarında 63 min, 2021-ci ilin yanvar - 2022-ci ilin aprel ayları arasında isə 30 min barel həcmində azaldılması nəzərdə tutulur.

SOCAR-ın “Azneft” İstehsalat Birliyi ilk dövrdə gündəlik hasilatı 17 min barel həcmində azaldaraq 100 min barel səviyyəsinə endirməyi, sonrakı dövrdə tədricən artıraraq, ümumi hasilata gündəlik 5 min barel, gələn ildən etibarən isə daha 6 min barelin əlavə edilməsini, beləliklə, 2021-ci ildə ümumi xam neft hasilatının gündəlik 111 min barel səviyyəsinə çatdırılmasını özündə əks etdirən proqram hazırlayıb.

“Azəri-Çıraq-Dərinsulu Günəşli” yataqlarının gündəlik hasilatının may və iyun aylarında 76 min barel azaldılması nəzərdə tutulur. Sonrakı dövrdə yataqların əməliyyatçısı olan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) hasilatda gündəlik 27 min barel, gələn ildən etibarən isə, əlavə olaraq, gündəlik 26 min barel artıra biləcək.

Beləliklə, 2021-ci ildə ABƏŞ üzrə hasilatın səviyyəsi gündəlik 487 min barel səviyyəsində proqnozlaşdırılır.

Digər əməliyyat şirkətləri hasilat səviyyəsini ilk dövrdə gündəlik 3 min barel azaldacaq, iyul-dekabr aylarında gündəlik 1 min barel, gələn il isə daha 1 min barel artıra biləcəklər.
OPEC+ razılaşmasından irəli gələn tədbirlər nəticəsində cari ilin may-dekabr aylarında Azərbaycanın xam neft hasilatı ümumilikdə 17.4 milyon barel azaldılaraq, 141.8 milyon barel təşkil edəcək. 2021-ci ildə ölkə üzrə bu göstərici 30.7 milyon ton və ya 226.3 milyon barel həcmində proqnozlaşdırılır. Qaz-kondensat yataqlarını istismar edən “Şahdəniz” konsorsiumunun və “Umid Babek Operating Company” əməliyyat şirkətinin karbohidrogen hasilatı, eyni zamanda SOCAR-ın “Azneft” İB-nin və “Bahar Energy Operating Company Limited” əməliyyat şirkətinin kondensat hasilatı bu göstəricilərə daxil deyil.

2020-ci ilin sonunadək SOCAR-ın “Azneft” İB-də, əməliyyat effektivliyini nəzərə alaraq, bir neçə yataqda hasilatın müvəqqəti məhdudlaşdırılması və avadanlıqlarının sənayedə qəbul edilmiş tələblərə uyğun şəkildə konservasiya edilməsi planlaşdırılır. Hasilatın məhdudlaşdırılması prosesində qərarvermə mexanizminin başlıca amilləri kimi yatağın istismarının iqtisadi səmərəliliyi, texniki dayanıqlığı, sənaye təhlükəsizliyi və ətraf mühitə mənfi təsirin minimuma endirilməsi prinsipləri əsas götürüləcəkdir. Əsasən quruda yerləşən və hasilatın maya dəyəri yüksək olan neft və qaz yataqlarında istismarın dayandırılması, daha yüksək rentabellik göstəricilərinə malik dənizdə yerləşən bəzi yataqlarda isə istismarın davam etdirilməsi nəzərdən keçirilir.

Hasilatın müvəqqəti məhdudlaşdırılması nəticəsində SOCAR-da sərbəstləşən işçilərin əksəriyyəti quyuların konservasiya işlərinə və avadanlıqların texniki xidmətinə cəlb olunacaqlar. Odur ki, hazırda bəzi yataqların istismarının dayandırılması ilə bağlı işçilərin kütləvi surətdə ixtisara salınması gözlənilmir. Sərbəstləşən işçilər isə Kadrların Ehtiyat Bazasına (KEB) daxil ediləcək, onların SOCAR-ın müəssisə və təşkilatlarının siyahı tərkibində saxlanılması üçün əmək qanunvericiliyinin verdiyi imkanlar çərçivəsində tədbirlər görüləcəkdir. Şirkətdaxili vakansiyalar üzrə (əgər həmin ixtisas üzrə KEB-də namizəd varsa) kənardan işə qəbulun dayandırılması və vakansiyaların KEB-də mövcud olan işçilər hesabına yerləşdirilməsi, eləcə də işçilərin yenidən hazırlanması və yeni peşələrə yiyələnmələri üçün kadr hazırlığı mərkəzlərində təlimlərə cəlb olunması da nəzərdə tutulub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

SOCAR-da OPEC+ razılaşmasının icrası müzakirə olunub

KİV OPEC+ üzvlərinin komitə iclasının keçirilməsinə razılıq verdiyini açıqlayıb

Kreml OPEC+ ölkələrinin neft hasilatının azaldılması barədəki qərarını şərh edib

Neft OPEC+ sazişi fonunda bahalaşıb

“OPEC plus”un yeni razılaşmasını Azərbaycan da təsdiqləyib

Bu gün “OPEC plus” ölkələri yenidən toplanır

OPEC + yeni razılaşma əldə edib

OPEC+ çərçivəsində danışıqlar gələn həftə baş tuta bilər

OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşü bazar ertəsi keçiriləcək

Pərviz Şahbazov səudiyyə, rusiyalı həmkarları və OPEC-in Baş katibi ilə görüşüb

Azərbaycan "OPEC+" nazirlərinin iclasında iştirak edəcək

Davosda Prezident İlham Əliyev ilə OPEC-in baş katibi arasında görüşü olub

OPEC: Dünya iqlim dəyişikliyinə qarşı mübarizədə neftdən imtina etməyəcək

Energetika naziri OPEC-in Baş katibi və rusiyalı həmkarı ilə neft bazarını müzakirə edib (FOTO)

Energetika naziri “OPEC plus” nazirlərinin6-cı iclasında iştirak edəcək

Rəsmi Tehran OPEC-dən çıxmaqla bağlı xəbərləri təkzib edib

Azərbaycan “OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclasında təmsil olunub

Energetika naziri “OPEC plus” tədbirində iştirak edəcək

OPEC bülletenində Azərbaycana xüsusi buraxılış həsr olunub

Fevralda OPEC-in sutkalıq neft hasilatı azalıb

03 İyun 2020, 09:37 (GMT +4)
ABŞ-da etiraz aksiyaları zamanı azı 11 nəfər ölüb

03 İyun 2020, 09:30 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub

03 İyun 2020, 09:18 (GMT +4)
ABŞ-da etiraz aksiyaları 250 şəhərə və 23 xarici ölkəyə sirayət edib (VİDEO)

03 İyun 2020, 09:15 (GMT +4)
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 6,1 milyonu keçib

03 İyun 2020, 09:15 (GMT +4)
Prezident İlham Əliyev vergi güzəştləri ilə bağlı qərarı təsdiqləyib

03 İyun 2020, 07:32 (GMT +4)
İslam İnqilabının banisi Ayətullah Musəvi Xomeyninin vəfatından 31 il keçir

02 İyun 2020, 18:00 (GMT +4)
İqtisadiyyat Nazirliyi bir sıra iaşə müəssisələrində pozuntu aşkar edib

02 İyun 2020, 17:58 (GMT +4)
Ukraynada DİN rəhbərinin istefası tələb edilir

02 İyun 2020, 17:46 (GMT +4)
Dövlət qulluğu ilə bağlı ümumi müsahibə elan edilib

02 İyun 2020, 17:32 (GMT +4)
İŞİD ilə əməkdaşlıq edən Dağıstan sakini üç il müddətinə həbs edilib

02 İyun 2020, 17:31 (GMT +4)
Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 90 minə çatıb

02 İyun 2020, 17:26 (GMT +4)
Parlament sosial yardımın 1 illik təyin olunmasını təsdiqləyib

02 İyun 2020, 17:11 (GMT +4)
Azərbaycanda dərslər tədris ilinin sonunadək dayandırılıb

02 İyun 2020, 17:05 (GMT +4)
DİN metroda polis əməkdaşları ilə vətəndaşların mübahisəsinə aydınlıq gətirib

02 İyun 2020, 17:02 (GMT +4)
Rusiya Türkiyənin S-400 istehsalında iştirakını nəzərdən keçirməyə hazırdır

02 İyun 2020, 16:57 (GMT +4)
Suriya Ordusu Həsəka əyalətində ABŞ hərbi karvanının qarşısını alıb

02 İyun 2020, 16:55 (GMT +4)
Prezident İlham Əliyev dini qurumlara maliyyə yardımı ayırıb

02 İyun 2020, 16:52 (GMT +4)
AQTA: Alma, şaftalı və nektarində xəstəliklər aşkarlanıb

02 İyun 2020, 16:40 (GMT +4)
BNA vətəndaşlara tibbi maska paylayıb

02 İyun 2020, 16:32 (GMT +4)
Türkiyədə kütləvi həbslər başlayıb

02 İyun 2020, 16:22 (GMT +4)
Masallı rayon prokuroru tutduğu vəzifədən azad edilib

02 İyun 2020, 16:17 (GMT +4)
“Azərsu” modul tipli qurğuları təmir edəcək

02 İyun 2020, 16:06 (GMT +4)
KİV: Vaşinqtonda etirazçıları dağıtmaq üçün hərbi helikopterlərdən istifadə edilib

02 İyun 2020, 15:54 (GMT +4)
“Biz birlikdə güclüyük!” adlı beynəlxalq onlayn "dəyirmi masa" keçirilib

02 İyun 2020, 15:42 (GMT +4)
İranda gündəlik koronavirusa yoluxma sayı rekord həddə çatıb

02 İyun 2020, 15:35 (GMT +4)
BŞTİ-də vətəndaşların qəbulu iyunun 15-dək dayandırılıb

02 İyun 2020, 15:28 (GMT +4)
Rusiyada son sutka ərzində 8 863 nəfərdə koronavirus aşkar edilib

02 İyun 2020, 15:09 (GMT +4)
Türkiyə XİN: Ankara Aralıq dənizindəki maraqlarını müdafiə etmək əzmindədir

02 İyun 2020, 15:03 (GMT +4)
Nazir: Neft sektorundan asılılığın tədricən azaldılması istiqamətində əməli tədbirlər görülür

02 İyun 2020, 14:56 (GMT +4)
Gömrük Akademiyasında yeni ixtisaslara qəbul aparılır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66