Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

BDU-nun rektoru Prezident İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb

30 Aprel 2020, 12:40 (GMT +4)

Bakı, 30 aprel, SalamNews. BDU-nun rektoru Elçin Babayev Universitetin kollektivi adından Prezident İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb

SalamNews-un məlumatına görə, məktubda deyilir:

"Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi varisi və layiqli davamçısı kimi Siz ölkəmizə uğurla rəhbərlik edərək Ulu Öndərin memarı olduğu müstəqil Azərbaycan Respublikasını dünyanın qabaqcıl ölkələri sırasına çıxarmısınız. Sizin uğurlu daxili və xarici siyasətiniz nəticəsində bu gün Azərbaycan təkcə regionda deyil, dünya miqyasında lider dövlətlərdən və Avropanın mədəniyyət mərkəzlərindən birinə çevrilmişdir.

Müdrik siyasi kursu yeni dövrün tələblərinə uyğunlaşdıraraq və iqtisadi potensialı intellekt kapitalına çevirmək məqsədini qarşıya qoyaraq Siz digər sahələrlə yanaşı, ölkəmizdə elmi-texniki potensialın qorunub saxlanılması və modernləşdirilməsi, elm, təhsil və səhiyyə sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, cəmiyyətdə ziyalı təbəqəsinin nüfuzunun artırılması istiqamətində də çox mühüm qərarlar qəbul etmisiniz.

Hazırda inkişaf etmiş bir sıra dövlətlər və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən görülən tədbirlərə baxmayaraq, koronavirus (COVID-19) infeksiyasının dünyada yayılmasının qarşısını almaq hələ də mümkün olmamışdır. Lakin Sizin uğurlu siyasətiniz və qətiyyətli addımlarınız sayəsində ölkəmizdə pandemiyaya qarşı mübarizədə ciddi nəticələr əldə olunmuşdur. Hadisələrin axarını uzaqgörənliklə, dəqiq və düzgün təhlil edərək vaxtında verdiyiniz qərarlar, Sizin təşəbbüsünüz və rəhbərliyinizlə operativ olaraq həyata keçirilən qabaqlayıcı tədbirlər ölkəmizdə koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması və vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması üçün misilsiz əhəmiyyət kəsb edir.

Ciddi karantin tədbirlərinin tətbiqi, infeksiyanın diaqnostikası məqsədilə testlərin vaxtında alınması və yoxlamaların aparılması, infeksiyaya yoluxmuş insanların müalicəsinin operativ təşkili, qoruyucu vasitələrin istehsalı və zəruri tibbi bazanın gücləndirilməsi, yeni xəstəxanaların tikilərək istifadəyə verilməsi istiqamətində görülən işlər xüsusi qeyd edilməlidir. Eyni zamanda, koronavirusa yoluxanlara xidmət göstərən həkimlərin və aidiyyəti üzrə pandemiya ilə mübarizə sahəsində çalışan işçilərin əməkhaqqının əhəmiyyətli dərəcədə artırılması, bu çətin günlərdə aztəminatlı insanlara və sosial cəhətdən həssas qrupa aid edilən ailələrə dövlət qayğısının göstərilməsi, bir sıra genişmiqyaslı sosial layihələrin həyata keçirilməsi xalq-iqtidar birliyinin bariz təzahürüdür və qədirbilən xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Sizin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın xalqımıza etdiyiniz çoxsaylı səmimi müraciətləriniz milli həmrəyliyimizin və xalqımızın ölkə başçısına olan sarsılmaz inamının daha da güclənməsinə səbəb olmuşdur.

Pandemiya dövründə ölkədə iqtisadi sabitliyi təmin etmək, pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə həyata keçirilən tədbirlər inkişaf etmiş bir sıra dünya dövlətləri tərəfindən də maraqla qarşılanır və nümunə kimi qəbul edilir.

Sizin müdrik siyasətiniz nəticəsində Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Hələ mart ayının əvvəllərində bu təşkilatın aparıcı mütəxəssislərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdə olmuş, atılan addımları müsbət qiymətləndirmiş və Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunəvi ölkə kimi dəyərləndirilmişdir.

Sizin təşəbbüsünüzlə videokonfrans vasitəsilə Türk Şurasının dövlət başçıları səviyyəsində fövqəladə Zirvə görüşünün keçirilməsi, həmçinin bir sıra dövlət başçıları ilə müxtəlif formatlarda müzakirələrin aparılması koronavirus pandemiyası ilə mübarizədə beynəlxalq əməkdaşlıq üçün zəmin yaratmışdır. Şübhə etmirik ki, Sizin təşəbbüsünüzlə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında keçiriləcək Zirvə görüşü də dünya dövlətlərinin bu mübarizədə səfərbər olması və beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəkdir.

Möhtərəm cənab Prezident, Bakı Dövlət Universitetinin kollektivi əmindir ki, Sizin qətiyyətli addımlarınız, əhalimizin sağlamlığının qorunması istiqamətində apardığınız siyasət və xalq-iqtidar birliyi sayəsində Azərbaycan xalqı bu ağır vəziyyətdən, bu böyük sınaqdan şərəflə çıxacaqdır. Bu yolda Sizə möhkəm cansağlığı və daha böyük uğurlar arzulayırıq. Allah Sizi və ölkəmizi qorusun.

Bakı Dövlət Universitetinin çoxminli professor-müəllim heyəti və tələbələri adından dərin hörmət və ehtiramla".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BDU-nun Apellyasiya Komissiyası fəaliyyətini onlayn davam etdirir

BDU-da onlayn imtahan sessiyasının ikinci həftəsi start götürür

BDU-nun tələbələrinə “Smart tələbə kartı” təqdim edilib

BDU-da onlayn imtahan sessiyası davam edir

BDU-da onlayn imtahan sessiyası öz işinə başlayıb

Rövşən Abdullaoğlunun yeni romanı çapdan çıxıb

Leyla Abdullayeva: Qarayaxma kampaniyasının araşdırılması üçün DTX-ya müraciət edilib

BDU-da onlayn elmi seminar keçirilib

Nuran Abdullayev: COVID-19 virusu qanın laxtalanma sisteminə təsir edir

Rövşən Abdullaoğlunun daha bir kitabı Türkiyə oxucularına təqdim edilib

BDU beynəlxlaq reytinq siyahısında 154 pillə irəliləyib

İsrailin Fələstin ərazilərini özünə əlavə etməsi İordaniya ilə toqquşmaya səbəb olacaq – Kral Abdulla

BDU-da təhsil alan əcnəbi tələbələr onlayn dərslərdə fəal iştirak edir

Professor Abuzər Xələfov şəxsi kitablarını BDU-a vəsiyyət edib

BDU ulu öndərin ildönümü münasibətilə ədəbi-bədii kompozisiya hazırlayıb

BDU-da 2 gün davam edən beynəlxalq virtual elmi konfrans işini yekunlaşdırıb

BDU-da beynəlxalq virtual elmi konfrans keçirilib

BDU-nun Elmi Kitabxanasının direktoru onlayn vebinarda iştirak edib

BDU müəllimlərinin məqalələri yüksək impakt faktorlu jurnalda dərc olunub

BDU-da ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş vebinar keçiriləcək

04 İyul 2020, 15:18 (GMT +4)
Ermənistanda son sutkada 580 nəfər COVID-19-a yoluxub, 8 nəfər ölüb

04 İyul 2020, 15:07 (GMT +4)
Abşeronda qanunsuz işləyən dərzi sexi aşkarlanıb, 56 nəfər cərimələnib

04 İyul 2020, 14:51 (GMT +4)
Türkiyə Kaşıqçının işi üzrə şəffaflığı təmin edib

04 İyul 2020, 14:34 (GMT +4)
Əlcəzair Fransaya qarşı mübarizə aparmış şəhid cənazələrini Paris muzeyindən ölkəyə gətirib (FOTO)

04 İyul 2020, 14:34 (GMT +4)
Qanunsuz yollarla Bakıdan Qəbələyə gələn şəxslər cəzalandırılıblar

04 İyul 2020, 14:30 (GMT +4)
Sahibkarlara hüquqi xidmətlərin göstərilməsi müzakirə edilib

04 İyul 2020, 14:20 (GMT +4)
Yenilənmiş Rusiya Konstitusiyasının mətni dərc edilib

04 İyul 2020, 14:06 (GMT +4)
Bakıda alternativ qaz xətləri yaradılır

04 İyul 2020, 13:49 (GMT +4)
Bostonda baş verən atışma ilə bağlı iki nəfər saxlanılıb

04 İyul 2020, 13:46 (GMT +4)
İranda dolların qiyməti rekord həddə bahalaşıb

04 İyul 2020, 13:40 (GMT +4)
Şamaxıda ictimai iaşə və ərzaq satışı müəssisələrində reydlər keçirilir (FOTO)

04 İyul 2020, 13:20 (GMT +4)
KİV: Hindistanın şimal-şərqində sel nəticəsində təxminən 60 nəfər ölüb

04 İyul 2020, 13:13 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

04 İyul 2020, 13:00 (GMT +4)
Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır 

04 İyul 2020, 12:50 (GMT +4)
ABŞ, Taliban və hökumət Əfqanıstandaxili sülh danışıqlarının zamanını təyin edə bilməyiblər

04 İyul 2020, 12:44 (GMT +4)
Rusiyada son sutkada koronavirusa yoluxanların sayı 6 632 nəfər artıb

04 İyul 2020, 12:41 (GMT +4)
DYP: 2 491 hərəkət iştirakçısı karantin qaydalarını pozub

04 İyul 2020, 12:25 (GMT +4)
Forbes: İlon Maskın sərvəti bir həftədə $5 milyard artıb

04 İyul 2020, 12:15 (GMT +4)
İran Nətənz nüvə obyektindəki hadisənin səbəbilə bağlı açıqlamanı təxirə salıb

04 İyul 2020, 12:10 (GMT +4)
Azərbaycanın Enerji Xartiyası Konfransına sədrliyində görüləcək işlər müzakirə edilib

04 İyul 2020, 11:53 (GMT +4)
Hillari Klinton pandemiyanın öhdəsindən Trampdan daha yaxşı gələcəyinə əmindir

04 İyul 2020, 11:40 (GMT +4)
Əfqanıstan prezidentinin müşaviri koronavirusdan ölüb

04 İyul 2020, 11:22 (GMT +4)
Dünyada 11 milyondan çox insan koronavirusa yoluxub

04 İyul 2020, 11:21 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

04 İyul 2020, 11:08 (GMT +4)
İraqda ikisi İŞİD komandiri olmaqla 6 terrorçu ələ keçib

04 İyul 2020, 11:00 (GMT +4)
Şahmar Mövsümov: 190 manatlıq birdəfəlik ödənişlər hissə-hissə veriləcək

04 İyul 2020, 10:47 (GMT +4)
Marneolidə İmam Rzanın (ə) mövludu münasibətilə mərasim keçirilib (FOTO)

04 İyul 2020, 10:41 (GMT +4)
ABŞ-da son sutkada rekord sayda COVID-19-a yoluxma qeydə alınıb

04 İyul 2020, 10:30 (GMT +4)
QMİ-də din xadimləri ilə videokonfrans formatında görüş keçirilib

04 İyul 2020, 10:25 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 42 dəfə pozub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66