Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycan Prezidenti: Məhdudlaşdırıcı tədbirlərin tətbiqi qərarı asan olmamışdır

29 Aprel 2020, 09:00 (GMT +4)

Bakı, 29 aprel, SalamNews.Məhdudlaşdırıcı tədbirlərin tətbiqi qərarı asan olmamışdır.

SalamNews-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 28-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin təşəbbüsü ilə keçirilən videokonfransda deyib.

Dövlət başçısı bildirib:

"Biz anlayırdıq ki, insanlar üçün narahatlıq yaranacaq, iqtisadi inkişafımıza böyük zərbə dəyəcək, halbuki bu ilin göstəriciləri olduqca ümidverici idi. Lakin bizim iki variantımız var idi. Birinci variant insanların həyatını və sağlamlığını qorumaq, ikinci variant isə iqtisadiyyatın xilas edilməsi prioriteti idi. Bu səbəbdən ilk gündən bizim seçimimiz insanların həyatının qorunması oldu. Gördüyümüz bütün işlərin məqsədi budur və bu istiqamətdə səylərimizi tam səfərbər etmişik. Biz 120 mindən artıq test həyata keçirmişik və aparılan testlərin adambaşına düşən sayına görə aparıcı yerlərdəyik.

Biz əlavə laboratoriyalar yaratmışıq və hazırda onların sayı 18-dir. Koronavirusa yoluxmuş pasiyentlər 22 dövlət xəstəxanasında, o cümlədən yeni istifadəyə verilmiş 575 çarpayılıq müasir xəstəxanada müalicə olunurlar. Hazırda karantin rejimində 2000-ə yaxın vətəndaşımız var və bu rəqəm aşağı düşməkdədir. Bu insanlar xaricdən gələnlər və onlarla təmasda olmuş şəxslərdir. Onlar 4-5 ulduzlu mehmanxanalarda yerləşdirilib və yüksək standartlara cavab verən şəraitlə təmin ediliblər.

Vaxtaşırı sərtləşdirdiyimiz məhdudlaşdırıcı tədbirlərin müsbət nəticəsi olmuşdur və artıq iki həftədir ki, bizdə müsbət dinamika var. Yəni, sağalanların sayı yoluxanların sayından artıqdır. Ölüm faizinin nisbətən aşağı olması onu göstərir ki, işlər müsbət istiqamətdə aparılır. Dünəndən biz məhdudlaşdırıcı tədbirləri yumşaltmağa başlamışıq.

İqtisadiyyatımıza təsirə gəldikdə, əlbəttə, təsir mənfi olacaqdır. Bizim ilin əvvəlində müsbət perspektivlərimiz var idi. Hələ də ilin ilk rübünə nəzərə salsaq, artım 1 faizdir, qeyri-neft sektorunda artım 3 faiz təşkil edir, qeyri-enerji sahəsində artım isə 23 faizdir.

Koronavirus nəticəsində mənfi təsirə məruz qalmış özəl sektorun müvafiq sahələrinə ciddi dəstək paketi təqdim edilmişdir. Xidmət və digər sahələrdə çalışan 600 min vətəndaşın və mikrosahibkarlıq subyektlərinin əməkhaqlarının böyük hissəsi dövlət tərəfindən ödənilib. Bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa minimal meyara uyğun olaraq ödənişlər edilib".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident İlham Əliyev Emmanuel Makrona məktub göndərib

Prezident İlham Əliyev: Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq

Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Prezident İlham Əliyev “8-ci km” yarımstansiyasının açılışında iştirak edib (FOTOLAR)

Prezident İlham Əliyevlə BMT-nin Baş katibi arasında telefon danışığı olub

Prezident İlham Əliyev Yaponiya imperatoruna başsağlığı verib

Prezident İlham Əliyev: Əlavə xəstəxanalara ehtiyac olacaq

Prezident İlham Əliyev Nursultan Nazarbayevə telefonla zəng edib

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib

Prezident İlham Əliyev modul tipli hospitalın açılışında iştirak edib

Prezident İlham Əliyev Donald Trampa təbrik məktubu göndərib

Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib

Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

Prezident İlham Əliyev səhifəsində Polis Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev nazirliklə bağlı fərman imzalayıb

Prezident İlham Əliyev və ÜTT-nin Baş katibi arasında videokonfrans keçirilib

Prezident İlham Əliyev Türkmənistan Prezidentinə zəng edib

Prezident İlham Əliyev iki dənizçini təltif edib 

Prezident İlham Əliyev İçərişəhərdə aparılan bərpa-konservasiya işləri ilə tanış olub

14 İyul 2020, 13:36 (GMT +4)
AMEA-nın yaradılmasının 75 illiyi münasibətilə kitab və buklet hazırlanacaq

14 İyul 2020, 13:25 (GMT +4)
Pandemiya səbəbindən 2020-ci ildə dünyada aclıq çəkən insanların sayı 132 milyona qədər arta bilər

14 İyul 2020, 13:17 (GMT +4)
Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov şəhid olub

14 İyul 2020, 13:10 (GMT +4)
MN: Düşmən mövqeləri və müdafiəsinin dərinliyindəki ehtiyatlar məhv edilib (VİDEO)

14 İyul 2020, 12:53 (GMT +4)
Türkiyə və rusiyalı hərbi polislər post patrul zamanı şiddətli partlayışa məruz qalıblar (VİDEO)

14 İyul 2020, 12:38 (GMT +4)
Rusiyada son sutkada 175 nəfər koronavirusdan ölüb  

14 İyul 2020, 12:30 (GMT +4)
DİN: Karantini pozaraq futbol oynayan 25 nəfər saxlanılıb

14 İyul 2020, 12:18 (GMT +4)
“Bacarıqlı gənclər” festivalı keçiriləcək

14 İyul 2020, 12:17 (GMT +4)
Qırğızıstan XIN rəhbəri koronavirusa yoluxub

14 İyul 2020, 12:08 (GMT +4)
ABŞ qüvvələri Əfqanıstanda beş hərbi qərargahı tərk ediblər

14 İyul 2020, 12:01 (GMT +4)
AzTU adı Azərbaycan Texniki Universitetinin brendi kimi təsdiqlənib

14 İyul 2020, 11:51 (GMT +4)
Elmar Məmmədyarov sərhəddə olanlar barədə Aİ-nin ali nümayəndəsinə məlumat verib

14 İyul 2020, 11:35 (GMT +4)
Rəsmi Dəməşq beynəlxalq təşkilatın «kimyəvi hücum»la bağlı hesabatını siyasi qərar adlandırıb

14 İyul 2020, 11:25 (GMT +4)
Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 51 ili tamam olur

14 İyul 2020, 11:12 (GMT +4)
ABŞ-da koronavirus peyvəndinin istehsalına başlanacaq

14 İyul 2020, 11:10 (GMT +4)
Mətbuat Şurası jurnalistlərə müraciət edib

14 İyul 2020, 11:01 (GMT +4)
Səidə Fətullazadə yüksək vəzifəyə təyin edilib

14 İyul 2020, 10:55 (GMT +4)
BMT baş katibi Ermənistan və Azərbaycanı atəşkəsə çağırır

14 İyul 2020, 10:52 (GMT +4)
DİM: İyulun 20-dən sonra növbəti buraxılış imtahanları keçirilə bilər 

14 İyul 2020, 10:41 (GMT +4)
İran nüvə sazişində qalan tək ölkə olmayacağını bildirib

14 İyul 2020, 10:40 (GMT +4)
MN: Ermənistan silahlı qüvvələri Tovuzun kəndlərini atəşə tutub

14 İyul 2020, 10:18 (GMT +4)
Türkiyə XİN Ayasofyanın yeni statusu ilə əlaqədar Aİ tənqidlərinə cavab verib

14 İyul 2020, 10:06 (GMT +4)
Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri arasında telefon danışığı olub

14 İyul 2020, 09:53 (GMT +4)
İyulun 15-dən etibarən Rusiya gələnlər üçün iki həftəlik karantin ləğv edəcək

14 İyul 2020, 09:47 (GMT +4)
Səudiyyə və İraq illərdir bağlı qalan yeganə sərhəd keçidini açmağı planlaşdırırlar

14 İyul 2020, 09:30 (GMT +4)
MN: Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır

14 İyul 2020, 09:25 (GMT +4)
«Liviya Parlamenti» Misiri ölkədə hərbi müdaxilə etməyə çağırıb

14 İyul 2020, 09:14 (GMT +4)
ÜST: Dünyada 13 milyondan çox insan koronavirusa yoluxub

14 İyul 2020, 09:00 (GMT +4)
Ucarda atasını öldürməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb olunub

13 İyul 2020, 21:16 (GMT +4)
MN: Düşmənin bir neçə hərbi obyekti və texnikası darmadağın edilib (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66