Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Bu günün «Ön cəbhədə savaşanları» (TƏHLİL)

09 May 2020, 15:30 (GMT +4)

Bakı, 9 may, SalamNews, K.Orxan. Azərbaycanda koronavirusla mübarizə kifayət qədər uğurla gedir, dövlət tərəfindən bütün tədbirlər görülür. Artıq görülən bu işlərin nəticəsidir ki, virusla mübarizə öz nəticəsini göstərib. Belə ki, son günlər virusa qalib gəlmək istiqamətində müsbət tendensiyanın şahidi oluruq. Həmçinin xüsusi karantin rejiminin yumşalmasına baxmayaraq, Operativ Qərargah tərəfindən qoyulan tələblərə hər kəs riayət etməlidir. 

Hər birimiz anlayırıq ki, bugünkü vəziyyət yorğunluğumuza, məişət və digər həyati problemlərin yaranmasına səbəb olub, adi həyat tərzimiz pozulub. Böyük əksəriyyətimiz üçün dörd divar arasında qalmaq olduqca çətindir. Lakin, çox təəssüf ki, indi çıxış yolumuz yoxdur. Özünütəcrid rejiminə alışmalıyıq, dözməliyik. Xüsusi dəyəri olan odur ki, qeyd etdiyim intizam və məsuliyyət hər gün cəmiyyətimizin möhkəmliyini, həmrəyliyini və birliyini göstərir, koronavirus pandemiyasına qalib gələcəyimizə böyük ümid verir. Bu gün həkimlərimiz və tibb işçilərimiz fədakarcasına fəaliyyət göstərirlər

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva xalqa müraciətində qeyd etdi ki, bu günlərdə biz həkim peşəsinin niyə müqəddəs missiya adlandırıldığını yenidən dərk edirik. Bu peşə həqiqətən də həmişə dərin zəka və yüksək bacarıq tələb edib. Amma bu gün bizim tibb işçilərimizdən həm də böyük şəxsi cəsarət tələb olunur. Onlar bu çətin sınaqdan şərəflə çıxırlar. Epidemiya ilə mübarizəyə tibb işçilərimizdən ibarət böyük ordu qoşulub. Onların sırasında kişilər və qadınlar, təcrübəli həkimlər və hələ çox gənc olanlar, görkəmli xadimlər və bu peşəyə yenicə qədəm qoymuş ali təhsil müəssisələrinin məzunları, tibb bacıları, texniklər və sanitarlar var. Onlar bizim həmvətənlərimizin – təhlükəli virusa yoluxan insanların həyatını xilas edirlər.

Ölkə başçısı İlham Əliyevin və 1-ci vitse- prezident Mehriban xanım Əliyevanın xalqa müraciətələrindəki çağırışlar cəmiyyətin koronavirusla mübarizədə toparlanmasında böyük rol oynadı.

Dövlətimizin başçısı İlham Əliyev “Yeni klinika” tibb müəssisəsinin açılışında bu məqamı xüsusi qeyd etmişdir ki, bu mübarizədə əsas yük həkimlərin üzərinə düşür. “Biz onların maddi təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görmüşük. Bildiyiniz kimi, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4, 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürüdür”, - söyləyən Prezident bu məqamı da açıqlamışdır ki, ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu, deyil. Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər.


Xidmət heyəti xüsusi tibbi geyimdə olduqları üçün onların üzünü görmək, tanımaq mümkün deyil. Buna görə də karantində qalan vətəndaşlar həmin şəxsləri görünməyən qəhrəman adlandırırlar. 

"Hər kəs ailəsini və özünü düşünür amma biz vətənə və millətə qulluq etməyi düşünüb bu yolu seçdik"


Həkim uroloq Məmməd Məmmədov SalamNews-a müsahibəsində bildirib ki, o bura könüllü olaraq gəlib.

"Aprelin 3-dən hər gün 8 saat olmaqla növbə ilə xəstələrin yanında oluruq. Virusla amansız mübarizə aparırıq. Kiçik bir ehtiyatsızlığımız xəstənin halının dəyişməsinə gətirib çıxarda bilər. Həm də virus bizə keçməsin deyə atacağımız addımları belə ehtiyatla və dəqiq edirik. . Hər kəs ailəsini və özünü düşünür amma biz vətənə və millətə qulluq etməyi düşünüb bu yolu seçdik. Təsəvvür edin ki, 8 saatlıq müddətdə su və yemək yemirik, havakeçirməz kombinzonun içində olmaq... Amma nəyin bahasına olursa olsun bütün çətinlikləri adlayacağıq. 

"İşlədikcə işin ağrılığını anladım"



Tibb baçısı Aygül Əliyeva da könüllü olaraq gəlib: "Virusla mübarizə başlayandan bura könüllü gəldim. İşlədikcə işin ağrılığını anladım. Əlimizdən gələni edirik ki, xəstələr vəziyyətdən çıxsın. Hər gün bir neçə dəfə səhətlərində dəyişiklik olub-olmamasını yoxlayırıq. Yorğunluq bizi halsız edib amma bu halsızlıq sadəcə fiziki yorğunluqdur. Düşünəndə ki, xəstələrin əlacı biz həkimlərdədir o zaman əlavə enerji gəlir. Arzum budur ki, camaat deyilənlərə əməl etsin. Pandemiya qısa müddətdə bitsin. Azad yaşamaq həyatımıza qovuşaq".

"Kiçik bir səhv ağır fəsadlarla nəticələnə bilər"



Ön cəbhədə dayanan görünməz qəhrəmanlarımızdan biri də Fərid Rizvanovdur. Onun 22 yaşı var, Təcili Yardımda çalışır:

"Öz istəyimlə gəlib kömək etmək istədim. Bir aydan çoxdir ki, burdayam. İşin məsuliyyətini və ağırlığını dərk edirəm. İstəməzdik belə hallarla rastlaşaq. Virusun bu cür kütləvi olması çox çətin oldu. 8 saatlıq iş saatımız var. Bəzən gecə, bəzən də səhərlər xəstələrin yanındayıq. Kiçik bir səhv ağır fəsadlarla nəticələnə bilər. Ona görə çox diqqətliyik."

Bu gün pandemiya ilə mübarizədə çoxsaylı könüllülərimiz, sadə vətəndaşlarımız, jurnalistlərimiz həmçinin yol polisləri də öz töhfələrini verirlər.

"Yol polisi səfərbər olunub ki, onlar sürücülər arasında maarifləndirmə işləri aparsınlar."


Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında bildirib ki, paytaxtda koronavirus infeksiyasının qarşısının alınması və qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsi üçün yol polisi əməkdaşları nəqliyyat vasitələrinin sahibləri ilə profilaktik tədbirlər həyata keçirirlər. V.Əsədov bildirir ki, profilaktik tədbirlərin keçirilməsində əsas məqsəd, koronavirus infeksiyası ilə bağlı sürücüləri məlumatlandırmaqdır. Zərurət yaranmadıqda sürücülərə şəxsi nəqliyyat vasitələrindən az istifadə olunması tövsiyə olunur. Tədbirlərin geniş miqyasda həyata keçirilməsi üçün yol polisi səfərbər olunub ki, onlar sürücülər arasında maarifləndirmə işləri aparsınlar. Pandemiya əleyhinə məhdudlaşdırma tədbirləri nəzərə alınmaqla hər bir nəqliyyat vasitəsinin sürücüsü məcbur qalmadıqda evdən bayıra çıxmasınlar. Onlar “Evdə qal” kampaniyasına əməl etməli və həmrəylik göstərməlidirlər.

Gəlin, onların əməyini yerə salmayaq, əksinə onlara öz dəstəyimizi göstərək - xüsusi karantin rejiminin yumşalmasına baxmayaraq, Operativ Qərargah tərəfindən qoyulan tələblərə, tətbiq edilən məhdudiyyətlərə ciddi riayət edək, şəxsi gigiyena qaydalarına əməl edək, sosial məsafə tələbini gözləyək! Bu çətin dövrdə yüksək vətəndaş məsuliyyətini, bu gün bizdən tələb olunan ən yüksək insani keyfiyyətlərimizi nümayiş etdirək. Biz birlikdə güclüyük!


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

16 İyul 2020, 18:00 (GMT +4)
Nazir: Son 4 ayda fermerlərə 9,5 milyon manat mikrokredit verilib

16 İyul 2020, 17:51 (GMT +4)
Cənubi Koreya prezidenti ayaqqabı hücumuna məruz qalıb

16 İyul 2020, 17:47 (GMT +4)
Azərbaycan Ordusu daha bir şəhid verib

16 İyul 2020, 17:45 (GMT +4)
Koronavirusa yoluxan Gömrük Komitəsinin 170 əməkdaşı sağalıb

16 İyul 2020, 17:35 (GMT +4)
Azərbaycanda daha 493 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib

16 İyul 2020, 17:20 (GMT +4)
İran XİN: İran Azərbaycan və Ermənistan arasında vasitəçiliyə hazırdır

16 İyul 2020, 17:20 (GMT +4)
Prezident İlham Əliyev “Böyükşor” yarımstansiyasının açılışında iştirak edib

16 İyul 2020, 17:17 (GMT +4)
Fransanın Baş naziri ölkənin 2020-ci ildə iqtisadi tənəzzül yaşayacağını açıqlayıb

16 İyul 2020, 17:02 (GMT +4)
Azərbaycanda ilk dəfə eko SİM kartlar təqdim edilib

16 İyul 2020, 17:02 (GMT +4)
İranda son sutkada 198 nəfərin koronavirusdan ölümü qeydə alınıb

16 İyul 2020, 16:57 (GMT +4)
Türkiyədə Ayasofyanı qorumaq və idarə etmək istiqamətində tədbirlər görüləcək

16 İyul 2020, 16:50 (GMT +4)
Facebookda Vaqif Dərgahlının adına saxta hesab açılıb

16 İyul 2020, 16:30 (GMT +4)
Prezident İlham Əliyev Ceyhun Bayramovu videoformatda qəbul edib

16 İyul 2020, 16:20 (GMT +4)
Hindistanda son sutkada 32 mindən çox yeni COVID-19-a yoluxma qeydə alınıb

16 İyul 2020, 16:05 (GMT +4)
Caspian European Club Cavad Qasımovun iştirakı ilə Online Round Table keçirib

16 İyul 2020, 15:50 (GMT +4)
AzTU tələbələri Tvitterdə erməni yalanlarını ifşa edib

16 İyul 2020, 15:38 (GMT +4)
ABŞ "Huawei" əməkdaşlarına qarşı sanksiya tətbiq edəcək

16 İyul 2020, 15:28 (GMT +4)
Ayətullah Xameneinin nümayəndəsi Ermənistanın təxribatını pisləyib

16 İyul 2020, 15:26 (GMT +4)
Ceyhun Bayramov Xarici işlər naziri təyin edilib

16 İyul 2020, 15:23 (GMT +4)
Tayland Baş nazirinin müavini və üç nazir istefa edib

16 İyul 2020, 15:23 (GMT +4)
Elmar Məmmədyarov vəzifəsindən azad edilib

16 İyul 2020, 15:15 (GMT +4)
Büdcənin altı ayda gəlir və xərcləri açıqlanıb

16 İyul 2020, 15:06 (GMT +4)
Ruhani və Putin telefonla danışıqlar aparıblar

16 İyul 2020, 14:50 (GMT +4)
Rusiya XİN Türkiyənin S-400-ü ABŞ-a satması ehtimalını istisna edib

16 İyul 2020, 14:45 (GMT +4)
Müdafiə Nazirliyi: Qan Bankında bütün qan qruplarının ehtiyatı mövcuddur

16 İyul 2020, 14:35 (GMT +4)
MN: Düşmən ərazisində Azərbaycan Ordusunun ölən və yaralanan hərbçisi qalmayıb

16 İyul 2020, 14:29 (GMT +4)
Səfər Mehdiyev: Gömrükdən 942 kq narkotik keçirilməsinin qarşısı alınıb

16 İyul 2020, 14:18 (GMT +4)
Rusiya XİN: Ermənistanla Azərbaycan arasındakı gərginliyin azaldılması üçün mümkün olan hər şeyi edəcəyik

16 İyul 2020, 14:00 (GMT +4)
İxvanəl-Müslimin hərəkatının fəaliyyəti İordaniyada da qadağan edilir

16 İyul 2020, 14:00 (GMT +4)
MN: Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66