Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“Ailə Könüllüləri” layihəsinə start verilib

25 Aprel 2020, 16:51 (GMT +4)

Bakı, 25 aprel, SalamNews.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Ailə Könüllüləri” layihəsinə start verir.

Bu barədə SalamNews-a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, könüllülük insanları xalqa və dövlətə xidmət naminə vahid niyyət, vahid amal ətrafında birləşdirən təmənnasız xidmət deməkdir: "Həm tarixi ənənələrimizə uyğun, həm də müasir çağırışlara cavab olaraq ölkəmizdə könüllülük fəaliyyətinin təbliği və təşviqi istiqamətində əhəmiyyətli addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş və dövlət dəstəyi mexanizmləri formalaşdırılıb.

Prezident İlham Əliyev cəmiyyətin əsas hərəkətverici qüvvəsi olan gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi barədə sərəncam imzalayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu təşəbbüsə dəstək çərçivəsində bir sıra tədbirlərə start vermiş və bu fəaliyətin davamı olaraq növbəti “Ailə Könüllüləri” layihəsini elan etmək üçün müvafiq qərar qəbul edib.

Yeni yaradılacaq “Ailə Könüllüləri”nin fəaliyyətinin əsas məqsədi müxtəlif ünsiyyət vasitələri və əlaqə mexanizmlərindən istifadə etməklə milli-mənəvi dəyərlərimizin, sağlam həyat tərzinin, möhkəm ailə modelinin təbliği, bilik və təcrübələrin ötürülməsi yolu ilə müsbət həyat nümunələrinin və hekayələrinin insanlar arasında yayılması, həmçinin ailələrin asudə vaxtlarının səmərəli təşkilinə töhfə verməkdir.

Layihənin hədəfləri sırasında silahlı münaqişələr, təbii fəlakətlər, yanğınlar, epidemiyalar və digər fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə dəstək göstərilməsi də mühüm yer tutur.

“Ailə Könüllüləri”nin fəaliyyətinin məqsədləri sırasına həmçinin həssas qruplara daxil, aztəminatlı, o cümlədən gənc ailələrin qarşılaşdıqları çətinliklərin və problemlərin həlli üçün müvafiq xidmətlərə yönləndirmək, habelə sosial, psixoloji və mənəvi dəstək göstərmək də daxildir.

“Ailə Könüllüləri”nin fəaliyyəti yalnız ailələri deyil, həm də yerli icmaların inkişafına birgə töhfə vermək üçün imkanlar yaradır və ən əhəmiyyətlisi uşaqlarda xeyirxahlıq, mərhəmət və humanizm keyfiyyətlərinin aşılamağa yönəlir.

“Ailə Könüllüləri” layihəsinə qoşulmaq və “Ailə könüllüsü” kimi fəaliyyət göstərmək üçün ailələr müvafiq (əlavə edilir) anket formasını dolduraraq ailemkonulluleri@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.

Anket forması qəbul edildikdən sonra Təşkilat Komitəsi tərəfindən ailələrlə əlaqə saxlanılacaq və onlarla müsahibə keçiriləcək.

“Ailə Könüllüləri”nin fəaliyyəti “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik aktları və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə könüllü arasında bağlanmış müqavilə ilə tənzimlənir".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident şəhid hərbi qulluqçuların ailə üzvləri ilə telefonla danışıb (FOTOLAR)

“ABAD” aztəminatlı ailələrin uşaqlarına dəstək olub

Cavid Paşayevin ailəsi Birinci vitse-prezidentə təşəkkür edib

Husilər Səudiyyə vətəndaşlarını hakim ailənin saraylarından uzaq durmağa çağırıb

ƏƏSMN: Daha 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək

HƏMAS Qəzzada İsrailə cəsusluq edən qrupu ələ keçirib

Netanyahu bu gün Fələstin ərazilərinin İsrailə ilhaqını elan edə bilər

BNA rəsmisi və ailəsi koronavirusa yoluxub

İsrailə gedən ABŞ nümayəndə heyəti Fələstin ərazilərinin ilhaqı ilə bağlı danışıqlar aparır

ASAN könüllüləri və “Coca-Cola” əməkdaşları aztəminatlı ailələrə yardım edib

“Kaspi” qəzetinin baş redaktoru və ailəsi koronavirusa yoluxub

DYP: Ezamiyyəsi olan şəxslərin ailə üzvləri postdan buraxılmayacaq

TƏBİB: Son zamanlar yoluxmalar əsasən ailə içində olur

Dənizçilər 779 qaçqın və məcburi köçkün ailəsinə sovqat paylayıb

Ailə TV Sevinci Lotereyası davam edir

İslam Əməkdaşlıq Təşkilatı Fələstin ərazilərinin ilhaqı barədə İsrailə xəbərdarlıq edib

Azərbaycandakı səfirlərin ailə üzvləri məcburi köçkün qəsəbəsində olublar

Almaniya xarici işlər naziri Fələstin ərazilərinin ilhaq edilməsi planı fonunda İsrailə gedib

Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı açıqlanıb

Netanyahu Fələstin ərazilərinin İsrailə əlavə edilməsinin zamanını açıqlayıb

16 İyul 2020, 16:30 (GMT +4)
Prezident İlham Əliyev Ceyhun Bayramovu videoformatda qəbul edib

16 İyul 2020, 16:20 (GMT +4)
Hindistanda son sutkada 32 mindən çox yeni COVID-19-a yoluxma qeydə alınıb

16 İyul 2020, 16:05 (GMT +4)
Caspian European Club Cavad Qasımovun iştirakı ilə Online Round Table keçirib

16 İyul 2020, 15:50 (GMT +4)
AzTU tələbələri Tvitterdə erməni yalanlarını ifşa edib

16 İyul 2020, 15:38 (GMT +4)
ABŞ "Huawei" əməkdaşlarına qarşı sanksiya tətbiq edəcək

16 İyul 2020, 15:28 (GMT +4)
Ayətullah Xameneinin nümayəndəsi Ermənistanın təxribatını pisləyib

16 İyul 2020, 15:26 (GMT +4)
Ceyhun Bayramov Xarici işlər naziri təyin edilib

16 İyul 2020, 15:23 (GMT +4)
Tayland Baş nazirinin müavini və üç nazir istefa edib

16 İyul 2020, 15:23 (GMT +4)
Elmar Məmmədyarov vəzifəsindən azad edilib

16 İyul 2020, 15:15 (GMT +4)
Büdcənin altı ayda gəlir və xərcləri açıqlanıb

16 İyul 2020, 15:06 (GMT +4)
Ruhani və Putin telefonla danışıqlar aparıblar

16 İyul 2020, 14:50 (GMT +4)
Rusiya XİN Türkiyənin S-400-ü ABŞ-a satması ehtimalını istisna edib

16 İyul 2020, 14:45 (GMT +4)
Müdafiə Nazirliyi: Qan Bankında bütün qan qruplarının ehtiyatı mövcuddur

16 İyul 2020, 14:35 (GMT +4)
MN: Düşmən ərazisində Azərbaycan Ordusunun ölən və yaralanan hərbçisi qalmayıb

16 İyul 2020, 14:29 (GMT +4)
Səfər Mehdiyev: Gömrükdən 942 kq narkotik keçirilməsinin qarşısı alınıb

16 İyul 2020, 14:18 (GMT +4)
Rusiya XİN: Ermənistanla Azərbaycan arasındakı gərginliyin azaldılması üçün mümkün olan hər şeyi edəcəyik

16 İyul 2020, 14:00 (GMT +4)
İxvanəl-Müslimin hərəkatının fəaliyyəti İordaniyada da qadağan edilir

16 İyul 2020, 14:00 (GMT +4)
MN: Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur

16 İyul 2020, 13:57 (GMT +4)
Forbes: Elon Mask dünyanın ən varlı on insanından biridir 

16 İyul 2020, 13:41 (GMT +4)
Sabah Bakıda 35 dərəcə isti gözlənilir

16 İyul 2020, 13:21 (GMT +4)
Prezident İlham Əliyev hökumətə tapşırıqlar verib

16 İyul 2020, 13:18 (GMT +4)
Rusiyada COVID-19-a yoluxanların sayı 750 mini keçib

16 İyul 2020, 13:08 (GMT +4)
ARDNF-nin gəlir və xərclərinə dair məlumat açıqlanıb

16 İyul 2020, 12:54 (GMT +4)
Braziliya prezidentinin COVID-19 testinin nəticəsi məlum olub

16 İyul 2020, 12:45 (GMT +4)
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşlara müraciət edib

16 İyul 2020, 12:45 (GMT +4)
«Əshabi Kəhf» İraqda ABŞ hərbi karvanına hücum etdiyini bildirib

16 İyul 2020, 12:20 (GMT +4)
Kanye Vest prezidentliyə namizəd kimi qeydə alınıb

16 İyul 2020, 12:15 (GMT +4)
İlham Əliyev: Ermənistan yeni təxribatlar törədə bilər

16 İyul 2020, 11:58 (GMT +4)
İranın şimal-qərbində təhlükəsizlik qüvvələrinə silahlı hücum edilib, iki ölü var

16 İyul 2020, 11:52 (GMT +4)
Sobyanin Moskvada koronavirusun kəskin yayılmayacağına ümid edir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66