Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » RAMAZAN

AQTA: Ramazanda balanslı və sağlam qidalanmaq vacibdir

25 Aprel 2020, 16:30 (GMT +4)

Bakı, 25 aprel, SalamNews. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Ramazan ayında düzgün qidalanma ilə bağlı məlumat paylaşıb.

AQTA-dan SalamNews-a verilən məlumata görə, Ramazan ayında düzgün qidalanma qaydalarına daha çox diqqət etmək lazımdır.

Balanslı və keyfiyyətli qidalanmaq vacibdir. Yaz fəslinə təsadüf etdiyindən oruc tutarkən aclıq və susuzluğu hiss etmiş oluruq. Bu səbəbdən imsak və iftarda tərkibində maye olan qidalar qəbul edilməlidir. Mütəxəssislər hesab edirlər ki, fasilələrlə qidalanmaq daha çox faydalıdır. Orqanizmin ehtiyacı olan vitaminlərin, mineralların yetərli miqdarda, balanslı olaraq qəbulu mühümdür. Belə qidaların kifayət qədər qəbul edilməməsi orqanizmə mənfi təsir göstərir və insan özünü pis hiss edir, fiziki və əqli iş qabiliyyəti zəifləyir.

Nəinki Ramazan ayının imsakında, adi günlərdə belə səhər yeməyi mütləq yeyilməlidir. Əgər imsakda düzgün qidalansaq, gün ərzində həm su, həm də enerji balansımızı qorumuş olarıq. Özümüzü yorğun və halsız hiss etmərik. Mütəxəssislər imsakda toxluq müddətini uzadan, bədəndə su saxlayan qidalara üstünlük verməyi tövsiyə edirlər. Həzm problemi yaşamamaq, qanda şəkərin miqdarını normada saxlamaq üçün lifli qidalardan istifadə artırılmalıdır. Tərkibində yumurta olan səhər yeməyinə qatıq, yulaf və çia toxumu əlavə edilərsə, toxluq hissi daha uzunmüddətli ola bilər.

Həzm sisteminin fəaliyyəti pozulduqda qəbizlik, şişkinlik, qarında qaz problemləri müşahidə oluna bilər. Bu halda bağırsaqların fəaliyyətini yaxşılaşdırmaq məqsədilə qatıq istehlakı artırılmalı və daha çox meyvə-tərəvəzə üstünlük verilməlidir. Maye olaraq bitki çayı, az şəkərli kompot, ayran və süd kimi məhsullar da bağırsaqların fəaliyyətinə müsbət təsir edir.

Orucu ilıq su ilə açmaq lazımdır. 1-2 stəkan su içdikdən sonra zeytun, xurma, tərəvəz salatı və göy-göyərti yemək daha uyğundur. 15-20 dəqiqə fasilədən sonra isə əsas yeməklərə başlamaq olar. Birbaşa quru qidanın qəbulu həzm problemləri yarada bilər. Yeməyə ilk olaraq sulu yeməklərdən başlamaq məsləhətdir. Qəbul olunan qidalar yaxşı çeynənməlidir ki, həzmdə problem yaranmasın. Normadan artıq və fasiləsiz qida qəbul etmək ziyandır. Əsas yeməklərdən bir neçə çeşid varsa, birinə üstünlük verilməlidir. Mümkün qədər az yağlı yeməklər qəbul edilməlidir. Xəmir xörəklərinin, qızartmaların, tərkibində sous olan kalorili yeməklərin Ramazan ayı boyunca iftar süfrələrində yer almaması tövsiyə olunur. Acılı, müxtəlif ədviyyatlı qidaların, həmçinin turşuların qida rasionuna daxil edilməsi məqsədəuyğun deyil. 1-2 dilimdən çox çörək yemək məsləhət görülmür. Yeməklərdən dərhal sonra şirniyyat qəbulu artıq çəkiyə səbəb olur. Şirniyyat, adətən, yeməkdən 1-2 saat sonra qəbul edilməlidir. Şərbətli şirniyyatların əvəzinə yarım porsiya südlü şirniyyat daha məqbuldur. İftarla imsak arası bol miqdarda su içilməsi tövsiyə edilir. İftardan sonra bağırsağın aktiv fəaliyyəti, qəbul edilmiş qidaların yaxşı həzm olunması üçün piyada gəzmək şərtdir. Oruc tutanlar yuxu rejiminə də düzgün əməl etməlidirlər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AQTA: Bəzi ölkələrdən qida məhsulların idxalına tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb

AQTA xırdabuynuzlu heyvanlarda çiçək xəstəliyindən qorunmağın yollarını açıqlayıb

AQTA: Əkin sahələrində işləyənlər 2 metrlik məsafə saxlanılmalıdır

AQTA bruselyoz xəstəliyi ilə bağlı xəbərdarlıq edib

AQTA: Hazırda səhra çəyirtkəsinin ölkəmizə miqrasiyaetmə ehtimalı yoxdur

AQTA: Qida məhsullarının xarici ticarət dövriyyəsində məhdudiyyət tətbiq olunmayıb

AQTA heyvan kəsimi məntəqələri ilə bağlı vətəndaşlara müraciət edib

AQTA-nın Çağrı Mərkəzi bu gün fasilələrlə işləyəcək

AQTA: Normadan artıq şəkər istehlakı immun sistemini zəiflədir

AQTA Prezidentin çağırışına qoşularaq 100 min manat yardım edib

Ötən ay AQTA-ya 2376 müraciət daxil olub

AQTA və OIE-nin birgə regional seminarı öz işinə başlayıb

AQTA yoluxucu xəstəliklərdən qorunmaq üçün zəruri tövsiyələri açıqlayıb

AQTA-da növbəti "Açıq qapı"-laboratoriyaların qapıları vətəndaşların üzünə açılıb

AQTA Qax məktəbliləri ilə görüş keçirib

AQTA heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi ilə bağlı yenilikləri açıqlayıb

AQTA sədri: "Quş qripi" ilə bağlı 12 ölkədən gətirilən məhsullara qadağa qoyulub

AQTA il ərzində məhv edilən qida məhsullarının həcmini açıqlayıb

AQTA koronavurusa qarşı mübarizə tədbirlərini gücləndirib

AQTA koronavirus epidemiyası ilə bağlı sahibkarlara müraciət edib

30 May 2020, 17:44 (GMT +4)
Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

30 May 2020, 17:00 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

30 May 2020, 16:50 (GMT +4)
Bakıda iki marşrutun hərəkət istiqaməti dəyişdiriləcək

30 May 2020, 16:43 (GMT +4)
Moskvada sərnişin təyyarəsi hava limanına enişdən sonra alovlanıb

30 May 2020, 16:41 (GMT +4)
“Fəvvarələr meydanı”nda fleşmob keçirənlər saxlanılıb

30 May 2020, 16:30 (GMT +4)
Azərbaycan bu il dezinfeksiyaedici vasitələrin idxalını 3 dəfəyə qədər artırıb

30 May 2020, 16:24 (GMT +4)
Rusiyada koronavirusa qarşı peyvənd hazırlanıb

30 May 2020, 16:20 (GMT +4)
"Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının videokonfrans formatında keçiriləcək görüşünün vaxtı məlum olub

30 May 2020, 16:10 (GMT +4)
Bakıda daha bir marşrut xətti “BakuBus”un ixtiyarına verilib

30 May 2020, 16:01 (GMT +4)
“Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib

30 May 2020, 15:49 (GMT +4)
Özbəkistanda karantin rejimi iyunun 15-dək uzadılıb

30 May 2020, 15:44 (GMT +4)
Bakıda istixanada narkotik bitkiləri əkib-becərən şəxs saxlanılıb

30 May 2020, 15:30 (GMT +4)
Milli Məclisin son iclasının gündəliyinə dəyişiklik edilib

30 May 2020, 15:21 (GMT +4)
Baydenin fikrincə ABŞ polisinin iş prinsipləri dəyişdirilməlidir

30 May 2020, 15:10 (GMT +4)
DİN: AXCP üzvü polisə tabe olmadığına görə həbs edilib

30 May 2020, 14:54 (GMT +4)
Rusiyada son sutka ərzində daha 8 952 nəfər koronavirusa yoluxub

30 May 2020, 14:30 (GMT +4)
Tibbi maskalardan istifadə edilməməsinə görə cərimələr müəyyənləşib

30 May 2020, 14:17 (GMT +4)
Çin koronavirusun mənbəyinin Uxandakı bazar olduğuna dair iddiları rədd edib

30 May 2020, 14:15 (GMT +4)
DGK: "Samur" postundan keçən yük avtomobillərinin sayı artıb

30 May 2020, 14:01 (GMT +4)
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı artıb

30 May 2020, 13:40 (GMT +4)
Moskvada daha 3599 nəfər koronavirusdan sağalıb

30 May 2020, 13:30 (GMT +4)
Sabah Milli Məclisin plenar iclası keçiriləcək

30 May 2020, 13:22 (GMT +4)
Almaniyada koronavirusdan təxminən 8,5 min nəfər ölüb

30 May 2020, 13:20 (GMT +4)
Dahi satirik şair Mirzə Ələkbər Sabirin doğum tarixidir

30 May 2020, 13:15 (GMT +4)
Su hovuzunda və yaşadığı evdə narkotik becərənlər saxlanılıb

30 May 2020, 13:04 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanib

30 May 2020, 12:45 (GMT +4)
Zaxarova ABŞ-ın ÜST-lə bağlı qərarına münasibət bildirib

30 May 2020, 12:45 (GMT +4)
“Reabilitasiya” elektron sistemi yaxın aylarda işə salınacaq

30 May 2020, 12:25 (GMT +4)
Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib

30 May 2020, 12:15 (GMT +4)
Ləki-Qəbələ dəmir yolu xəttində tikinti işlərinin 70 faizi tamamlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66